Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Bir şagirdin duyğuları...

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 TÜRKAN (132 saylı məktəbin şagirdi) 

 ALLAH

 BİSMİLLAHİR-RƏHMANİR  RƏHİM!

 Fikirlərimi bu sözlərlə başlamaq istədim. Bu sözlər Allahımızın bizim üçün əta etdiyi ən gözəl sözlərdəndir. Gündəlik həyatımızda elə ən çox bu sözləri, Allaha bağlı Kəlamları, Duaları işlədirik. Həqiqətən Allah Təkdir, Ucadır, O, hər şeyi görən, bilən və eşidəndir.
 Nə qədər səhf ediriksə, günah qazanırıqsa, bizi yaradan Uca Varlıq günahlarımızı bağışlayandır. Biz təkcə günah edib bağışlamağımızı istədiyimiz vaxtda deyil, hər gün Allaha əl açıb dua etməliyik.
Allah möcüzə yaradandır. Gündəlik həyatımızda da Allahın möcüzəsi ilə rastlaşırıq. Örnəyi, Türkiyədə baş verən zəlzələ sonucu hər şey dağılsa da, İlahi birliyin məkanı olan cameyə heç bir şey olmamışdı. Gözəl guşələrimizdə baş verən İlahi möcüzələr hər kəsi təəccübləndirir. Lakin biz unutmamalıyıq ki, bunları yalnız Allah edə bilər, bu yalnız Allahımızın möcüzəsidir.
 Allahı, onun Kəlamlarını danan insan kafirdir. Allahın bizə Məhəmməd Peyğəmbərimizlə bəxş etdiyi Quran Kitabını hər kəs oxumalıdır və Allahın orada qeyd elədiyi hər bir əmələ biz insanlar riayət etməliyik.
Allahın yolundan çıxan insanları isə birlik olub yollarından çəkindirməliyik! Hər şeyə yalnız O, Uca Varlıq qadirdir! Gəlin sabahımızı düşünüb, Cəhəmnəmi yox, Cənnəti qazanaq!
 ALLAH  HƏR  BİRİMİZİ  CƏHƏMNƏM ƏZABINDAN  QORUSUN! (AMİN)

 ARZULAR

Biri var idi, biri yox idi. Azərbaycan kəndlərinin birində bir ailə yaşayırdı. Ailənin 13 yaşlı bir qızı var idi. Lakin 13 yaşlı qızın sevinci, xoşbəxtliyi çox çəkmədi. O, 13 yaşında anasını itirdi. Ata və qızın ağır günləri bundan sonra başladı. Onlar kənddə qala bilmədikləri üçün şəhərə köçdülər. Kiçik evdə yaşamağa başladılar. Qızın atasının xəstə idi. O, həm oxuyur, həm də atasına baxırdı.
İllər ötdü, qız böyüdü, məktəbi qurtardı. Lakin atası qızının şad günündə iştirak edə bilmədi. O artıq dünyasını dəyişmişdi. Qız daha təhsilini davam etdirə bilmədi. Artıq həyatda tək qalmışdı, kimdənsə kömək istəyə bilmirdi.
Bir gün qız özünü pis hiss etdi və həkimə üz tutdu. Xəstə olduğunu öyrənən qız yaşamaq istəmir, ölümünü gözləyirdi. Artıq qızın həyata baxışı dəyişmiş və keçmişini xatırlayır və həyatı ilə barışmaq istəmirdi. ...İllər boyu əziyyət çəkən qız düşünürdü ki,  yanız o dünyada xoşbəxt ola bilər...
Səhər açılmışdı. Qız artıq arzusuna çatmışdır. Çünki ruhu artıq O Dünyaya qovuşmuşdu, qız xoşbəxt idi. O, göylərdə atası və anası ilə ilə qovuşmuşdur.

 QƏMBƏR KİŞİ

 Düz neçə il bundan qabaq Azərbaycanın gözəl guşələrindən birində bir ailə yaşayırdı. Bu ailə o qədər də varlı olmasa da, Allahın verdiyi ruzi ilə dolanırdı. Hər səhər evin başçısı Qəmbər dayı sübh tezdən durar, namazını qılar, xanımı Zəhranı yuxudan oyadar, birlikdə səhər yeməyini yeyərdilər. Sonra Qəmbər dayı işinin dalınca gedərdi. O, Murtuz kişinin naxırlarına baxardı, heyvanları yaylağa aparardı. Lakin Murtuz kişi çox varlı olduğundan özünü kəndin sahibi sanardı. Elə ona görə də, kəndin əhalisi onu saymazdı. Lakin Qəmbər kişinin pula ehtiyacı olduğundan, ailəsini saxlamaq, balaca qızı Fatmanı oxutdurmaq üçün bəzən layiqsiz sözlərə dözməli olurdu. Fatmanın beş yaşı var idi, özü də çox istəyirdi ki, oxusun. Elə buna görə də gözləyirdi ki, altı yaşı tamam olsun və o da dostları kimi məktəbə getsin. Fatma balaca olsa da, ev işlərində anasına kömək edərdi. Hərdən dostları ilə də oynamağa gedərdi.
 Hər axşam Qəmbər kişi evə tez gələrdi. Qəmbər kişi evə gələr, Fatmanı əzizləyər, dinlə bağlı maraqlı söhbətlər edərdi. Axşam düşəndə, hava qaralanda Qəmbər kişi məscidə gedər, namazını qılar, evə gələrdi. Axşam yemələrini yeyər, Fatmadan nə istədiyini soruşardı, Fatma isə hər dəfə deyərdi:
 - Ata, mən də oxumaq istəyirəm. Bəs mən, nə vaxt dostlarım kimi məktəbə gedəcəm? Qəmbər kişi ilə Zəhra bir-birlərinə baxardılar və qızının başını sığallayaraq deyərdilər:
 - İnşallah, qızım, səndə oxuyacaqsan!
 Zəhra hər gecə qızına nağıl danışar və qızını yatızdırardı. Bir gün Qəmbər kişi Zəhraya dedi:
 - Bu qız çox oxumaq istəyir. Bəs biz nə edək?
 - Zəhra dedi:
 - İnşallah, qızımız oxuyacaqdır! Sən heç narahat olma! Bir az özünü düşün, yaman soyuqlamısan
- Qəmbər kişi dedi:
- Bir az üşütmüşəm, o da keçib gedər. Əsas qızımdır, onun oxuduğunu görsəm, gözüm arxada qalmaz. Zəhra söylədi ki, Qəmbər sən nə danışırsan? Allah səni başımızın üstündən əskik etməsin, İnşallah, oda olacaq, qızımızın oxumağını, ali məktəbə daxil olmağın görəcəksən. Sən, qızımızla fəxr edəcəksən!
 Bir axşam Fatma atasını səbirsizliklə gözləyirdi. Lakin Zəhranın ürəyində sıxıntı var idi. Qəmbər də hələ işdən gəlməmişdir. Zəhra fikirləşirdi ki, yəqin Qəmbər şam namazını qılıb gələcək. Amma namazın vaxtından xeyli keçmişdir. Qəmbər hələ evə gəlib çıxmamışdır. Zəhranın isə sıxıntısı getdikcə artırdı. Birdən qapı döyüldü.Zəhra qapını açdı və gördü ki, Qəmbər bəyin vəziyyəti yaxşı deyil, yanında isə kəndin iki-üç adamı var. Qonşular Qəmbəri otağa apardılar, çarpayıda uzatdılar. Zəhra tez-tez soruşurdu, axı nə olub?.... Balaca Fatma atasına baxıb ağlayırdı. Elə bilki Fatma nəsə pis hadisənin baş verəcəyini hiss edirdi. Qonşular Zəhranı və Fatmanı həyətə çıxardıb dedilər ki, Qəmbər dayı bir az istirahət edib özünə gəlsin.
 Zəhra qonşularından soruşdu, məndən heç bir söz gizlətməyin, deyin görün Qəmbər bəyə nə olub?!
 - Qonşusu Əliağa dayı dedi:
 - Qızım, sakit ol, ağlama. Qəmbər məscidə namaz qılmağa gəlmişdir. Namaz qıldıqdan sonra isə vəziyyəti bir qədər pisləşdi. Bizdə onu, həkimə apardıq. Həkim müayinə edib dedi: (hamı susdu, susqunluq çox çəkmədi).  
 Zəhra həyəcanlı halda pis xəbər olduğunu soruşdu. Əliağa dayı dedi ki, Qəmbər kişi bərk xəstədir. Onu burada müalicə etmək mümkün deyil. Onun müalicəsi rayonda yox, Bakıda mümkündür. Müalicəyə xeyli pul lazımdır. Biz əlimizdən gələni kömək etməyə hazırıq, amma bizdə də o qədər pul yoxdur. Bizim ümudimiz Allahadır.
 Zəhra dedi ki, çox sağolun, amma mən bilirəm pulu kimdən almaq lazımdır.Qonşular getdilər. Zəhra isə fikirləşirdi ki, axı mən pulu kimdən alacam. Axırda qərara gəldi ki, durub pul axtarmağa getsin. O, Fatmanı evdə tək qoyub gedə bilməzdi. Fatmanın əlindən tutub qapıdan çıxdı. Fatma isə donub qalmış, heç nə danışmırdı. Zəhra Fatma ilə qonşusu Xanım nənənin yanına gəlib, bir-iki saatlıq Fatmaya baxmasını xahiş etdi. Xanım nənə Zəhranın nəyəsə ehtiyacı olduğunu soruşdu. Zəhra yox, xanım nənə çox sağol. Qonşusu Zəhraya tək başına hara getdiyini, nə etmək istədiyini soruşdu. Hətta, istəyirsənsə uşaqlardan birinə deyim sənlə getsin? Zəhra yox, Xanım nənə, mən tezqayıdacağam.
 Artıq hava qaralırdı, axşam yavaş-yavaş düşməyə başlayırdı. Zəhra bu soyuq havada qarlı meşəni keçə-keçə, həm də düşünə-düşünə gəlib bir həyətin qapısına çatdı. Həmin həyət kəndin ağası Murtuz ağanın qapısı idi. Qapını döyən Zəhra, birdən ev sahibinin qışqırıq səsini eşitdi.
 Qapını kimdir möhkəm çırpan! Eşitmədiz gəlirəm! Murtuz gəlib qapını açanda gördü ki, gələn Zəhradır.
 Ay qız, sən burda nə gəzirsən? Bəs Qəmbər hanı?
 Zəhra gözləri dolmuş, səsi titrəyə-titrəyə cavab verdi. Qəmbər bərk xəstədir.O, bir müddət gələ bilməyəcək. Murtuz həyasızcasına qəhqəhə çəkib dedi:
 - Yoxsa, onun yerinə sən ilxıya baxacaqsan?
 Zəhra dedi ki, yox biz Qəmbəri müalicə etməliyik. Bunun üçün çoxlu pul lazımdır. Bəlkə bizə kömək edəsiz, Qəmbər neçə il sənin ilxında çalışıbdır. Murtuz birdən coşub elə cavab verdi ki, mənim kiməsə verməyə pulum yoxdur! Get qapımdan. Bir də sənin ayağın bu qapıya dəyməsin. Qapını Zəhranın üzünə çırpdı və deyinə-deyinə getdi. Zəhra isə əli boş, ümidsiz halda qapının arxasında qalıb göz yaşları tökürdü. Ümüdi Allaha qalan çarəsiz ana məyus halda evə qayıtdı. Qapılarına yaxınlaşanda gördü ki, qapı açıqdır. Xanım nənə, Əli dayı içəridə, Fatma isə ortalıqda yoxdur. Sanki ətrafa sakitlik çöküb. Zəhra sanki pis xəbər eşidəcəyini hiss edərək içəriyə getmək istəmirdi. O, Xanım nənədən qızının harda olduğunu soruşdu. Qonşular çarəsiz Zəhranı sakitləşdirib dedilər ki, Fatma yaxşıdır, öz otağındadır. Zəhra bir balaca rahatlaşıb, nə baş vediyini soruşdu. Qonşular Zəhranı stulda otuzdurub, özləri də bir qədər susduqdan sonra
 Qızım, Allah rəhmət etsin! Qəmbər...........
 Zəhra ağlayırdı, Fatma isə uzun-uzun xəyallara dalıb düşünürdü: Mən oxuyacam, böyüyüb həkim olacağam, xəstələrə kömək edəcəyəm.
 ...İllər keçdi. Fatma böyüdü, həkim oldu. Zəhra qızının bu günlərini gördüyü üçün çox sevinir və qızı ilə fəxr edirdi. Zəhra ana və Fatma düşünürdü ki, kaş bu günləri Qəmbər də görərdi. Qəmbər kişi o günləri görməsə də sən gör, Tanrı neynədi: həmən Murtuz qəfildən elə xəstələndi, elə ölümcül oldu, əlləri heç yana çatmadığından tələm-tələsik Fatmanı onun üstünə apardılar- bəlkə bir əlac edə deyə... Murtuz artıq huşu-başı yerində deyildi, ağrıdan zəncir çeynəyirdi. Fatmanı tanımadı, kim olduğunu soruşdu, o da bircə kəlmə Qəmbər kişinin qızıyam dedi. Bu sözdən sonra Murtuzun titrəməsi, çənəsinin şaqqıldaması daha da sürətləndi. Ancaq Fatma ona pislik etməyə yox, doğrudan-doğruya yaxşılıq eməyə- öz həkim borcunu yerinə yetirməyə gəlmişdi...

 

 

 



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib Rüfət Axundlu, 28 Oktyabr, 2009 08:16:34
    Siz ki, tanrıya bu qədər bağlısınız, tam əminliklə deyə bilərəm ki, nurlu, gözəl anlarla dolu gələcək qollarını açıb səbirsizliklə sizi gözləyir.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az