Bu gün Milli Məclisinin binasında Türkdilli Ölkələrin Parlament Assambleyasının ofisinin açılışı oldu.
Açılış mərasimində Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Nevzat Paktil, Qazaxıstan Parlamentinin xarici əlaqələr, müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Amzebek Jolşıbekov və digər rəsmi şəxslər iştirak etdilər. Qonaqlar TürkPA-nın ofisi ilə tanış oldular.
Aşılış törənindən sonra, Türkiyə Böyük Millət Məclisinin 90 illik yubileyinə həsr olunmuş "Parlament diplomatiyası: TürkPA" adlı konfrans keçirildi. Konfransda Azərbaycan, Qazaxıstan və Türkiyədən olan millət vəkilləri, böyükelçilər, QHT təmsilçiləri və KİV nümayəndələri iştirak edirdilər.
Qeyd edək ki, TürkPA ötən il Bakıda təsis olunub. Təşkilatın Katibliyinin Bakıda fəaliyyət göstərməsi barədə yekdil qərar qəbul edilib. Katiblik baş katib, onun Türkiyədən və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir. Hazırda TürkPA Baş katibi Ramil Həsənovdur.






