Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Xalq Şairi Vaqif Səmədoğlunun 70 illik yubileyi qeyd olunub

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image Bu gün Yazıçılar Birliyinin (YB) Natavan zalında şair, dramaturq, publisist Vaqif Səmədoğlunun 70 illik yubileyi qeyd olunub. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə YB sədri Anar açıb. Yazıçı çıxışında Vaqif Səmədoğlunun yaradıcılığından bəhs edib, eyni zamanda şairin Ağsaqqallar Şurasının sədri olduğu da vurğulanıb.
Bundan başqa, YB-nin I katibi, şair Fikrət Qoca çıxış edib. F.Qoca V.Səmədoğlunun gəncliyində qazandığı şöhrətindən bəhs edib və yazıçının əsl şəxsiyyət olduğunu vurğulayıb. Daha sonra Sabir Rüstəmxanlı xəyalındakı gənc V.Səmədoğlunu atası Səməd Vurğunun kölgəsində qalmadan irəlilədiyinindən bəhs edib. Sonra tədbirdə millət vəkili Asim Mollazadə, şair Ramiz Rövşən, millət vəkili Elmira Axundova, yazıçı Natiq Rəsulzadə, millət vəkili Cəmil Həsənli və başqaları çıxış ediblər.
Qeyd edək ki, Vaqif Səmədoğlu 1939-cu ildə Bakıda şair Səməd Vurğunun ailəsində göz açıb. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. O, 1970-ci ildən AYİ-nin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın Xalq şairi (1999), Milli Məclisin üzvü (2000, 2005) kimi tanınıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb. "Humay" laureatıdır (1998), Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun qardaşıdır. V.Səmədoğlu "Yoldan teleqram" ( 1968), “Mən burdayam, ilahi”( 1996), ”Uzaq yaşıl ada”( 1996 ) kimi kitabların müəllifidir. Onun “Bəxt Üzüyü” (1991), "Yaşıl Eynəkli Adam" əsərləri tamaşaya qoyulub. Xatırladaq ki, bir neçə gün özcə şair “Şöhrət Ordeni” ilə təltif olunub.


Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az