Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Güneydən gələn şeirlər (üslubuna toxunmadan)

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 

 Davıd Məleki (Davood Maleki)
 Doğum ili: 1973
 Doğum yeri:  Kəhrizə kəndi - Solduz mahalı - Nagadeh rayonu - Batı Azərbaycan - İran
 1985 ilində Təbriz Tib fakültəsində tib oxumaya başlayıb və 1998 ilində Təbriz Tib fakültəsində iç xəstəlixlər  bölümündən məvzun oldu və 2002 ilində Hematoloji ve Onkoloji bölümündən məvzun oldu.

 

 Gördüm
 Konül düştü sevdasına
 Nə dağ gördüm nə daş gördüm
 Can isti çıxmış özündən
 Nə əl əyax nə baş gördüm
 Alışdım alışanlarlan
 Nə bir quru nə yaş gördüm
 Qızışıblar qızışanlar
 Yanırlar başabaş gördüm
 Özündən özgələrindən
 Verir min yara baş gördüm
 Sovuyanda silinməz
 Tilit qan başabaş gördüm
 Bu yanmax necə yanmaxdır
 Yaşayışla yanaş gördüm
 Suyux qanlıq boyanmaxdır
 Yaşaya başabaş gördüm

Yarim tək mən soyuq gördüm Savalanı yürəğ yandı
Sinəmdən ah govzandı o gizlin dərdimi qandı
Gözü qan yaşıylan doldu baş ağ el gussəsi sinəndədi
Gözəl sevgilər əlindan yürağ sinəmdə al qandı

Fələk könül gülün gunçə`də dərdi
Arzunu kül etti dağlara sərdi
Hər dərdə dərman var min təbib gəlsə
Yaralı konlün sağalmaz dərdi

Biz gedərix düşən izlər qalacax
Torpaxdan`sa o da yelinən dolacax
Amma sınan yüraglərə düşsə iz
əyri ya düz ta göyül var qalacaq

olacaqa çarə yoxdur olacaq
yaz çıxan gül yay girməmiş solacaq
lap güllərin gözə vuranlarından
qalsa əğər bircə nisgil qalacaq

sevgi havası olsa əğər bir başın üstə
güllər bitirər qup quru lap sal daşın olsa
göylün gülü ki hər hava`da qol qanat açmaz
bir bax gövərir ərşə kimin bir qaşın üstə

baxışım gözdə qaldı
göz yaşım üzdə qaldi
yarim məni atmazdı
bilirəm üzdə qaldı

gözləmək
ayrılıq qızdırmasından od tudubdu yanır canım
nisgillərin budağıylan can atır dolanır qanım
necə diyim qıydı mənə gözləri dolu ayrıldı
o tutgunlu havasından hələ də solanır canım
dedim sənki gedirsən get bari dönüp dalı baxma
dedi getməliyəm amma yanarımı nəcür danım
qışın dondaran ayazı kəsib biçmaəxdə hər zadi
külündə istiliği var qınamayın ki quylanım
gecə uzansada bağrım darıxmıyıb dözəcəğdi
onun çiğninin üstündən görürəm boylanır danım

gözəllik
gözəllik görkəmi bir bax görəsən ki nələr eylər
seviş istisi toprağı qızıştırar bəşər eylər
ayaq altına döşənib əzilmiş bir qara çamır
baxış şovgiylə govzanib könül evində yer eylər
hərə gözəlliyi görüb özünə bir cürə yorar
biri toprağa üz tutub biri göylərdə seyr eylər
birisi aydan ulduzdan yuxarılara göz tikib
biridə iki gözünü sənəm görməğə gər eylər
yerinə düşübən yerli üzünə su alabilsə
çəkib boy başa yetirib şirin dili şəkər eylər
david  səndə usanma düşmüsən gözdən
baxışa turş olarsansa görərsən ki nələr eylər  

xəzəl yeli
xəzəl yeli əsə əsə
ozün yetirdi bir gölə
əyildi qarşından geçə
sızıltısı gəldi dilə
gülün rəngi dondu soldu
bülbül öldü ki nə oldu
bir bir yarpaqların yoldu
verdi yelə silə silə
bülbül oxuyur du hələ
ayaqa düşan sevgiylə
göz yaşından axan selə
sövkənirdi ölə ölə
dedim sağol öz sevgimiz
dumdurusan sudan təmiz
min yel əsti qarşımızdan
rəng vermədiq heç birimiz
gün bə gün artır ərkimiz
dedi rəng almadöq verax
ürəgdədir görkəmimiz
hələ görüşür gücümüz
belə gəldi tökümümüz
minlər tufan gələ gedə
titrəmiyacaq tükümüz
biz sevilib çağrılmışıq
üzə salıp gəlmədiq biz

nadan ceyran
uzaq durdun qıya baxdın
mənə gəldi qadan ceyran
canı aşkar oda yaxdin
dadan ceyran dadan ceyran
şirin dilin gəlməz sözə
bu can qurban xumar gözə
gənə hər dən baxar üzə
ya dur dindir ya dan ceyran
gəlsək hərdən üz bə üzə
göz tikilir qara gözə
bəyə birdə axa süzə
diyə demə ya dan ceyran
qaş oynatdın göz oynatdın
cana sindin göylə batdın
kim nə dedi məni atdın
dedin davud yadan ceyran

axtarram
məlul müşgül bu dağları gəzmə de
daşlarının çıxmacağın axtarram
ahmilan ürəgləri üzmədə
çıxmağına bir yolağın axtarram
könül quşu burdan getməz uzağa
nə usanar nə çəkilər gırağa
meyil verməz nə gülşənə nə bağa
daşlarının dolaşqanın axtarram
gözə gəlməz nə güli nə çiçəği
nə sulu bulağlı gözəl ətəği
nədə çoban yançısının tütəyi
ürəğə doyünən daşın axtarram
davıdam qismətim yazıldi dağlar
ürayi şişirdər gabarlar bağlar
ozümünki qalsın yad gövərər ağlar
o ox kirpiklərin qaşın axtarram
nə yaramın bitişməsin istədim
nə canımın kirişməsin istədim
amma gözə yetişməsin istədim
o baxış`la qamaşmasın axtarram

qıymayın
qıymayın baxışda
bir nisgil qalsın
nəyə yanan ürəg
sınıq dolansın
bir sınıq ürəyə
bir mağıl baxış
açıq pəncərədi
gün ışıq salsın
bir belə baxışa
yiyə olanlar
qoymayın heç ürağ
ışıxsız qalsın

üz vergilən
sevəniyən söz vergilən
dursun ürəğlansin sunam
baxanıyan üz vergilən
könlü gülümsənsin sunam
yananın`ilə yangılan
ağrılarını qangınan
olarsa bir inangınan
qoy hey köğrəklənsin  sunam
gızışdır qoygılan yansın
istilər tüstüsün alsın
yana yana bəlkə qalsın
öz rəngini alsın sunam
ürəg dolanıb dolanda
rəngi saralıb solanda
bax baxış nəştər olanda
gözyaşı sellənsin sunam
davıdı dərdlər govanda
sözləri özün boğanda
dilinə düğün vuranda
dinlə qoy dinlənsin sunam

ölməğə dəğir
sevgili baş goşub üstə gəlməsi
min kərə dirilib ölməğə dəğir
dodağın tərpədip gülümsənməsi
min kərə başına dönməğa dəğir
baş tapana bəsdi bircə qaş atmaq
min illix bir ömür allahtan almaq
çox önəmli olsa düz salıb çıxsax
bir an qarşısında sürməğə dəğir
ayağa düşübən qurbanliq olmaq
başa dolanmaqla bir könül almaq
odlanıb alışıb bir isti salmaq
min kərə gözlərə girməğə dəğir
davıdam odlandım bir dərdə düştüm
sızıltıdan düz loğmana yetişdim
dedi mən bu dərdə dərman demişdim
ay qılığı minlər sönməğa dəğir

göz ağatmaxtır işim
gecələr sevgi havasına can atmaxtir işim
yetməğə min həvəsiylə əl üzatmaxtır işim
yar sözüylə yer özünü bəzəməktir dediğim
o yoğun aləmlərə sevda yolun açmaxtır işim
üz özünü itirib əldən əyaxtan çıxana
sevgili bağ bərəsindən ey aparmaxtır işim
gözü susuz dolananın dizi tabdan düşəcək
agilin olmaz işinə bir göz ağatmaxtır işim
yola yorgun baxanın gözləri işşıxdan olar
ho çəkib gözgu özündən tozun almaqdır işim
dedilər yetmək itibdi qərə qaranlıq ara
göz yaşilə yuyub oyub yolun açmaqdır işim

gedilməmiş yol
min gül açılmamış qaldı
minidə gülməmiş soldu
minidə açıldı güldü
bir baxışa xınov oldu
nə açılmaq nədə gülmək
nədə baxışlara girmək
deməğ olmaz yetmək oldu
bu yol gedilməmiş yoldu


yürağin sevgisi
ürağin sevgisi mügaddas otdu
xətirin hürmətin saxlıyaq gərək
bu odlar sönsələr həyat sönəcək
püfliyə püfliyə saxlıyaq gərək
könül eşq ocağı yanmasa əğər
qaranlıq bu dünya nəmnəyə dəğər
alışan könüllər sönməsin deyir
isti göz yaşıynan dağlıyaq gərək
yaşayış nə gözəl könül canladır
qaş gözə qaş göz eyləməx anlatır
sevgini sevgiyə gayim bağladır
bizdə ona ürağ bağlıyaq gərək
davıd deyir sevgi getməz aradan
saxlıyacaq onu sevib yaradan
gözü sürməlidən teli qaradan
bizdə xtırlıyaq haxlıyaq gərək

maral
axşam başı qaş qərəlib
bulaq başın kəsib maral
əli goyun bə kəf durub
bərk titriyib əsib maral
göz tikilib yola amma 
əyaqı yerdə yer almır
bəlli olanı dursada
çoxlu`da tələsib maral
üzünü yola dutmada
bir yerə dalın çövürüb
ya birinə ürağ verib
ya birindən küsüb maral
əlin yanağa çəkmədən
göz yaşılın gabağını
təzəlikdə yumuruqlan
kəsib maral kəsib maral

böyüklük
fikir çalışıq ki belə deyirlər
göyə baxmaq dəğil əğilməkdidə
böyüklük tək başda oturmaq ki yox
böyük qabağında baş əyməkdidə

ulduz ki tək göydə axınan dəğil
elin ürağində görünəndidə
elini saxlıyan tək baş çəkən yox
elin dalısıcan sürünəndidə
əyilin əyilək biz böyüklərə
büğün goy böyüsün böyüklərimiz
indidən yerini səhmanlıyağın
sabaha böyüsüsn kiçiklərimiz

ana yurdum
ana yurdum oldu sulduz
başı uca dağın gördüm
gəzdim dağlarının başın
əslanlar yatağın gördüm
güllər ayrılmır tikandan
gözəllixlər keçmir candan
daşları doyulmur qandan
qanda çalxanmağın gördüm
davıdam gözü açmamış
mağıl gülə sataşmamış
gördüm solur açılmamış
dağın aqlamağin gördüm

xan tovus
ürəğim ki dolar dövran əlindən
aslanaram yinə yarın telindən
govzanaram göyə sona gölündən
gəlləm sənnən gucaqlaşam xan tovus
ürəg dolu bir ağlaşam xan tovus

bir anasan tıxa əslan bəslərsən
sinən üstə lalə reyhan bəslərsən
dəstə dəstə dəle ceyran bəslərsən
iğit ana öz anamsan xan tovus
odlu gala yurd yuvamsan xan tovus
hər daşın bir iğit dalda nacağı
dəğdrli toprağın ana gucağı
əlovlu sinəndi eşgin ocağı
iğit əslanların kanı xan tovus
sulduzun şöhrətı şanı xan tovus
azərbaican ölkəsinə yaraşıq
topraqların qanımızla qarışıq
qara saçın can boynuna sarışıq
ta can vardı çaxnıyarıq xan tovus
gucağın boş goymarıq xan tovus
goxmagınan tufan qalxa toz ola
yan dövrədən əyri baxan göz ola
özgə görə daldalar`da söz ola
qanımızlan toz boyarıx xan tovus
canımızlan qorularıq xan tovus

 bilməz
sevgi sevdasını tüşməyən bilməz
yanmaq havasını pişməyən bilməz
ürəğdən od alan ahın kəsərin
dumanlar döşünü deşməyən bilməz
saçların ucundan aslanmaq yolun
arzı tellərin eşməyən bilməz
gıl köprüdən keçməğliğin gılığın
ürəğə yol tapıb keçməyən bilməz
yalvarıb yaxarıb könül almaqı
iki əli boyuna eşməyən bilməz
istəkli goyunun istəkliğini
soyuq baxışlar`la düşməyən bilməz.

 

 

 

 



Yorumunuz comment Şərhlərə görə (22 göndərilib)

  • Yerləşdirilib davood maleki, 07 Mart, 2011 06:41:50
    salam haminizdan tashakkur ediram,sag,bash oja,kunul khoshloguyla shirin yashayen.davood.maleki@gmail.com
  • Yerləşdirilib davood , 07 Mart, 2011 00:57:30
    salam haminizdan tashakkur ediram,jan sagligi kunul khosh,luguyla shirin yashayen. davood.maleki@gmail.com
  • Yerləşdirilib s.abbasi, 29 Avqust, 2010 02:12:57
    aela.sag og بيزي سئويندردين الله سني سئويندرسين
  • Yerləşdirilib zahra va elin, 22 İyul, 2010 00:00:14
    Çok çok güzel...harika bir esarlar...söze gerek yok.......bu güzel paylaşım için teşekkürler......cok güzel olmuş sayın hocam teşekör ederim
  • Yerləşdirilib riza təbrizdən, 13 İyul, 2010 00:18:16
    sayin dr məleki sənin şeirlərvi öxüdüm.çox bəyəndim. sanki illər böyü önlarinan yaşamişam.daha gözləmək və gördüm şeirini.daha güzəl yazilar və səbkli şeirlər səndən ömütlarix.sənin və öz azəri ölmağima çox bayildim.var öl.sağ öl.çox yaşa.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az