Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Nazilə GÜLTAC. ÇOVĞUN

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 (hekayə) Bu gün o çox narahat görünürdü.Tənhalıq və o illərin yorğunluğu ağır qurğuşun tək sanki   çiyinlərindən asılmışdı. Otaq bumbuz idi. Yatağından qalxmaq istədi Elə bil vücudu çarpayıya yapışmışdı. Bayaqdan bəri telefonun zəngi otağı başına götürmüşdü. Bu səs bir anlığa ona  orta məktəb illərindəki tənəffüs zəngini xatırlatdı..
 Məktəb illəri, tələbəlik. İllər boyu arzusunda olduğu həkimlik peşəsi.Minlərlə  xəstələrə şəfa verən titrək və yorğun əllərinə baxıb köks ötürdü. Yenə də keçmişi pərdə-pərdə gözləri önündə canlandı.
Gecə növbəsi. Günortadan yağan qar səngimək bilmirdi. Hər tərəf ağappaq , sanki ağ tənziflə sarınmışdı.Dənizdən qalxan külək qar dənələrinin yerə enməsini əngəlləyərək divarlara çırpırdı. Küçələrdə arabir şütüyən maşınların fənərləri asfaltın üstünə yapışıb qalan qar örtüyünü  mirvari kimi  parıldadırdı. Soyuq iliyə işləyirdi. Çağırışdan yenicə gəlmişdi. Dispetçirin səsi eşidildi:- Doktor Həsənzadə  çağırışa. Dərhal dispetçırə yaxınlaşdı ki, çağırış vərəqəsini götürsün. Dispetçir onu görcək: - Doktor, çağırışcı həyətdə sizi gözləyir. “Yaşıl dərə “ deyilən yaşayış massivinə gedirsiniz, - dedi. Yaşıl dərə - şəhərin kənarında salınmış” Gecə qondu“ adlanan  evlərdən ibarət  ətrafında gölməçələr olan bir ərazi idi.    
Çağırışcı da onlarla bərabər maşına əyləşdi Qəribə danışıq tərzi vardı. Xəstənin vəziyyətini soruşduqda - vallah ,mən onun qaynıyam, qardaşım dedi ki ,tez həkim gətir. Yoldaşım “vot-votdadı”.Onun  bu sözünə o vaxtı  hamı qəhqəhə çəkib gülüşmüşdü.
 Bu məzəli əhvalatı o bir daha xatırlayıb heysiz  halda gülümsündü.Başını yana çevirib pəncərəyə baxdı . Külək sərt və amansız olmasına baxmayaraq, küçədən gələn insan və maşın səslərini  boğa bilmirdi. Qəribədir. Nə baş verir? Bu gün nədənsə xatirələr onu  təkliyin əlindən alır, yalnız buraxmır.
Yenidən hamilə qadınla etdiyi söhbətini xatırladı:
 - Budur burda deyirəm, qızın olsa, mənim adımı qoyarsan.Çünki mən onun yolunda boğaza qədər gölməçəyə batmışam
 Qadın halsız baxışları ilə  həkimin lilə batmış üst - başını seyr etdi,-qurbanın olum  ay həkim ,sizin küçəmizdəki  gölməçəyə necə düşdüyünüzü  qaynim bizə danışdı.
Həmin anın soyuqluğunu yenidən canında hiss edirmiş kimi o yorğana bərk-bərk büründü.
 ...Dispetçirin səsi qollarını sinəsinə çarpazlayıb xəyala dalmış Nərmini şirin duyğularından ayırdı.
 -Doktor Şahbazova, çagırışa.Nərmin çevik bir tərzdə üst başına əl gəzdirərək   çantasını götürüb həyətə atıldı.Bu onun  həkim  kimi  ilk çağırışı idi. Dispetçirdən götürdüyü çağırış vərəqəsini ovcunda bərk- bərk sıxdı. Ünvana çatdılar.Qapıda onları  gənc bir qadın qarşıladı.Nərmin xəstəyə yaxınlaşdı.Xəstə özündə deyildi.
Nəbzini yoxladı,ürəyi sürətlə döyünürdü. Təzyiq normadan cox yüksək olduğundan  xəstənin  vəziyyəti qorxulu idi. Nərmin özünü itirmədən  tibb bacısına göstərişlərini verdi.10-15 dəqiqə göstərilən yardım nəticəsində xəstənin təzyiqi normal halına düşdü.
 Ürəyi ritmlə vurmağa başladı. Deməli, xəstəyə edilən ilkin yardım öz nəticəsini göstərmişdi.
 -Ananızdır?- deyə, Nərmin qadından soruşdu.
- Xeyr. Qonşuyuq.
- Bəs, bunun kimsəsi yoxdurmu?
- Bir oğlu, bir qızı var. Oğlu xaricdədir. Qızı isə ailəlidir. Heç kimə əziyyət vermək istəmir.
O, xəstənin bir daha təzyiqini yoxladı. Hər şey qaydasında idi...
Nərmin  üzünü xəstəyə tutub; - özünüzü necə hiss edirsiniz?, - deyə soruşdu.
- Çox sağ ol, qızım. İndi cox rahatam. Gülpəri, bunlara çay ver.
Nərmin xəstənin adının Gülpəri olmadığını öyrəndikdə  cibindəki çağırış vərəqəsini çıxarıb baxdı... Deməli, çağırışı qonşusu Gülpəri öz adına veribmiş
- Bəs xəstənin adı nədir? - deyə Nərmin Gulpəridən soruşdu.
-Nərmin.
Ooo, biz ki, adaşıq.
Gülpəri bu təsadüfə gülümsədi.
Nərmin əşyaları səliqə ilə çantasına yığıb ayağa qalxdı. Yaxşı, biz gedək.
Həkim bəs, çay?
Yox, sağ olun.
Xəstə ilə xudahafizləşib qapıdan çıxarkən ,divardan asılmış bir şəkil gördü. Təcili yardım maşının önündə dayanmış  gənc bir həkim  şəkildə  harasa baxıb gülümsəyirdi.
Bu kimdir?
Gülpəri; 
- Bu bizim Nərmin anadır.O da sizin kimi həkimdir.Uzun müddət Təcili Yardım  Stansiyasında çalışmışdır.Nərmin şəkilə yaxınlaşıb dikkətlə baxdı:- “İlahi! Necə də gözəlmiş”.
Sakitcə evdən çıxdı.Qapıdan çıxarkən bildirdi ki, xəstəyə yenə baş çəkəcək.
Çağırışlar bir qədər ara vermişdi. Stansiyada sakitlik hökm sürürdü.  Otaqda  hər bir  həkim  öz    xəstələri haqqında müzakirələr aparırdı.Nərmin  isə hələ də ilk çağırışın həyəcanını   yaşayırdı.
Gecəni səhərə qədər narahat keçirən Pakizə ana  otaqda   var-  gəl edirdi. O qızı  Nərminin  gəldiyini görcək ;-
Qurbanın olum, qızım .bu gecə səhərə qədər  yatağıma  sanki əqrəblər daraşmışdı.Səhəri diri gözlü açmışam. Tez- tez yatağına boylanmışam. Səni yatağında görmədikdə  haldan- hala düşmüşəm.
- Eey, ay ana, mən artıq  böyümüşəm... Sən hələ də mənə uşaq kimi baxırsan. Bu gecə mənə həkim-deyə müraciət edib-
lər.
Nərmin bu sözləri  deyərkən ,qəlbində fərəh hissi kecirtdi.
Gecə növbəsini səhərə qədər çağırışlarda  keçirən Nərmin  yuxusuzluqdan şikayətlənərək, anasının yatağına uzandı
- Hanı ay ana, deyirdin yatağın əqrəblərlə doludur?- deyə  zarafatından qalmadı  və şirin yuxuya daldı.
Pakizə ana  ehtiyatla  barmaqlarının ucunda gəzişərək  , mətbəxdə qızının çox sevdiyi  düşpərə  yeməyini hazırlamağa başladı.
Bu zaman  həyat yoldaşı Müzəffərlə qaynı  Soltan  hay küylə içəri daxil oldular.Pakizə ana  şəhadət    barmaığını dodaqlarına sıxaraq, - susss, Nərmin yatıb, - işarə etdi.
-Yox, ana artıq mən oyanmışam.
Hamı masanın arxasında əyləşmişdi... Müzəffər, arvadı Pakizənin bişirdiyi isti düşbərəni tərif¬ləyərək:
Əə, bu soyuq havanın yeməyi vallahi budur.
Soltan bu sözü gözləyirmiş kimi;
-Doğrudan, ay Pakizə, təsadüfdənmi, yoxsa,  bilərəkdən  bu düşpərəni bişirmisən? Yadındamı,  Nərmin dünyaya gəldiyi gün -
külək, çovğun, qar. Belə bir hava idi. “Skoro “ ilə səni aparmağa gəlmişdik, acından ölürdüm.Gözüm qazanda yenicə bişirdiyin  düşpərədə qalmışdı.
Pakizə:
- O günü unutmaq olarmı? Ay, sağ olmuş.
-Ə, o gecəsi nə zülm cəkdik. Hələ yazıq o Nərmin həkim.
-Qızım, o həkimin də adını sənə qoymuşuq. O gecə həkim bunu özü xahiş etmişdi.
Nərmin həkimin adını eşitcək, - dayanın bu gecə vaxtılə “Təcili Yardımda “işləmiş bir həkimin çağırışana getmişdim.Bəlkə...
Pakizə və Soltan  maraqla  Nərminin bu sözünü eşitcək, onu  sual yağışına tutdular.
- Necə adam idi?
Nərmin gördüklərini təfsilatı ilə  onlara danışdı.
Pakizə  Nərmin həkimin o gecəki  fədakarlığını gözləri önünə gətirərək, dərihdən ah çəkdi:
-Bu odur. Qızım, bəlkə, bizi onun yanına aparasan. 
Nərmini maraq götürdü. - Gör, o gecə həkim necə fədakarlıq göstərib ki, əmisi ilə anası  onu görməyə can atırlar.
Nərmin onlara bələdçıilk edərək, binanın önünə çatmışdı ki, Gülpəri ilə qarşılaşdı.
Gülpəri ağlayırdı.
Bir vaxt onun dünyaya gəlməsində koməklik edən insana bir gecəlik həyat bəxş eləyə bilmə¬diyinə görə anası ilə əmisinin
önündə o, günah işlətmiş adam kimi donub qaldı.

 



Yorumunuz comment Şərhlərə görə (6 göndərilib)

  • Yerləşdirilib nazilegultac, 02 İyul, 2010 11:21:52
    Təşəkkür edirəm . hekayəmi oxuyan hər kəsə. allah sizə xəstəlik və acı kədər verməsin
  • Yerləşdirilib Guney, 02 İyul, 2010 08:50:55
    Salam.Ellerinize ve ureyinize sagliq.cox gozel hekaye idi.
  • Yerləşdirilib habil yaşar, 23 İyun, 2010 05:32:47
    Allah qələminizi daha da iti eləsin Amin!
  • Yerləşdirilib nazile gultac, 23 İyun, 2010 04:22:28
    çox sağ olun.vaxtınızı ayırıb çərh yazdığınıza görə hər ikinizə minnətdaram. mən də sizə yaradıcılıq uğurları arzu edirəm.
  • Yerləşdirilib hayat, 23 İyun, 2010 03:48:22
    tebrik edirem, Nazile! davami gelsin.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az