“İrəli” Gənclər İctimai Birliyi və Uşaq Teatrının birgə layihəsi olan “Azərbaycanım” tamaşası Qurtuluş Günü münasibəti ilə tamaşaçılara təqdim olunacaq. Bu barədə məlumatı SİA-ya Uşaq Teatrının direktoru İntiqam Soltan verib. Məlumatda bildirilir ki, tamaşanın rejissoru İ.Soltandır. Tamaşa 14-15 iyun tarixində S.Vurğun adına Rus Dram Teatrının səhnəsində göstəriləcək. Qeyd edək ki, səhnə əsəri bütöv Azərbaycana və ulu öndər Heydər Əliyevə həsr olunub. 






YENİLİKLƏR