Elçin MİRZƏBƏYLİ
Harahat gözümdən yuxum çəkilir-
Qaçır ocağımın tüstüsü, qaçır.
Soyuq divarlara ruhum çəkilir,
...Titrək əllərimin istisi qaçır.
...Mən yağış damlası - kim götürəcək,
Götürsə, kirpiyi nəm götürəcək,
Dünyanı büstübün qəm götürəcək
Bir eşq istəyirəm isitsin məni.
Bu ölmüş ruhumu dirildə bilən,
Bu soyuq kədəri kiridə bilən,
Bu donmuş sevgimi əridə bilən
Bir eşq istəyirəm isitsin məni...
Bəlkə bu sevgini yaz gətirəcək,
...Bir kövrək, nisgilli qız gətirəcək,
İlahi, dünyanı buz götürəcək
Bir eşq istəyirəm isitsin məni.
Yorumunuz
Şərhlərə görə (2 göndərilib)
-
Yerləşdirilib Elçin Mirzəbəyli, 29 Oktyabr, 2010 04:54:11Səmimi sözlərinizə görə təşəkkür edirəm. Amma bu şeir nedense tam yayımlanmaıb. O üzdən də "nəticəyə tələsməyim" barədə fikirlərinizi bölüşürəm. Bir neçə bənd şeirdən çıxarıldığı, yaxud məhz bu şəkildə əldə edildiyi üçün yarımçıq görünür. Önəmli deyil. Bütün hallarda dərin minnətdarlığımı bildirirəm.
-
Yerləşdirilib Akem Xaqan, 27 İyul, 2010 12:59:58Gozel ruhunuz var, amma soyuq divarlara cekilmese... Gozel dushunceleriniz var, amma neticeye telesmese.... Menim shair qardashim, meni valeh etdiniz. heqiqi menada size hormetim ve sevgim artdi. Bir shair qelbini yashatmaniza sevindim. inaniram ki gelecekde daha gozel, daha aydin dushuncenin mehsulu olacaq sherlere rast geleceyem. Allah sizileri gorunmeyen, bilinmeyen belalardan hifz etsin.






