Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

A.Həsrət: “AYO nəinki inkişafa təkan verir, hətta onu baltalamağa çalışır”

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Yel qayadan nə aparar?

 Azər Həsrətin AZXEBER.COM-a verdiyi müsahibə

 - Hal-hazırda mediada Anar müəllimə qarşı fikirlər o qədər də yaxşı deyil. Xüsusən, gənc yazarlar onun uzun müddət Yazıçılar Birliyinin sədri olmasını xatırladaraq oradan getməsini istəyirlər. Sizin buna qarşı münasibətiniz necədir?
 - Əvvəlcə Anar haqqında danışanların kimliyinə fikir vermək lazımdır. Düzdür, mən də əvvəllər ictimai kəsimdə olan insan kimi Anarı tənqid etmişəm. Lakin həmişə də sözlərimi ölçüb-biçmişəm. Fikirləşmişəm ki, o boyda adama hansı formada söz demək olar. Lakin son vaxtlar bəzi Azərbaycan-türk birliyinə yad olan adamlar elə ifadələr işlədirlər ki, bunlara səssiz tamaşa etmək mümkün deyil. Düşünürəm ki, Anar çapda bir ziyalıya olan hücumlara biganə olmamalıyıq. Ona “hücum” edənlərin kimliyini araşdırsaq, görərik ki, onlar Azərbaycan-türk dünyasına düşmən şəxslərdir. Onların ideologiyaları başdan-başa xalqımızın ziyanınadır. Belə adamların Anarı tənqid etməsinin altında, görünür, başqa mətləblər yatır. Yəni onlar millətin ən üzdə olan ziyalılarını aşağılamaq istəyirlər ki, onun milli-mənəvi dəyərlərini aşağı salsınlar. Mən də bu məsələdə, sözsüz ki, Anarın mövqeyindəyəm.
- Yazıçılar Birliyinə alternativ olaraq yaradılmış Azad Yazarlar Ocağına münasibətiniz necədir?
- Bəli, onlar, yəni gənc yazarlar o qurumu yaradarkən mənimlə də əlaqə saxlamışdılar. Alternativ ortaya qoymaq istəyirdilər və biz də onlarla söhbətimizdə alternativliyin inkişafa aparan yol olacağını vurğuladıq. Düşünürdük ki, nəsə bir keyfiyyətli, işgüzar fəaliyyət göstərəcəklər. Lakin çox təəssüf ki, belə olmadı. Onlar nəinki inkişafa təkan verdilər, hətta olanları baltalamağa çalışdılar. Faktiki olaraq o qurum bu saat ortalıqda yoxdur. Hətta üzvləri olduqları bəzi gənclərin adlarını belə unutmuşam. Təbii ki, belə olan halda, onlar özlərini gündəmdə saxlamaq üçün Anar çapında olan insanlardan istifadə edirlər. Anar müəllim də çox təmkinlə onların cavabını verir. Hətta bəzi məqamlarda cavab belə vermir. Yəni onları görə bilmir. Təbii, o çapda insan hər xırda ünsürü görə bilməz ki…
- Bu yaxınlarda “Azadlıq” radiosuna da Anar müəllimi dəvət etmişdilər. Orada aparıcının sualları və Anarın ona cavabını necə xarakterizə edərdiniz?
- Düzdür, verilişi dinləməsəm də, onun haqqında yazılanları çox oxumuşam. Taleh Şahsuvarlı bu haqda qeyd edirdi ki, aparıcı Xədicə xanım bir ittihamçı, təxribatçı kimi Anara suallarını verirdi, o isə bir yazıçı kimi onları cavablandırırdı. Anar müəllimin üzərinə getmək, təbii ki, düzgün deyil. O, bu ölkənin problemlərini, təbii ki, sual verənlərdən daha yaxşı bilir. Anara qarşı suallar jurnalistika çərçivəsindən çıxmışdı. Nə edək ki, bəzi gənclər öz mövcudluqlarını Anar kimi adamların kölgələrini baltalamaqda görürlər. Onlar başa düşürlər ki, bu gün Anar haqqında tənqid yazmasalar, onları heç kim tanımaz. Amma, təbii ki, yel qayadan nə aparar?

Əfsələddin Ağalar, Elmin Nuri

 

 



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib Zərəngiz Dəmirçi Qayalı, 26 Yanvar, 2011 03:19:03
    "Dağılmış SSRİ"nin bütün keçmiş türk respublikalarında artıq "Yazıçılar İttifaqı" deyilən qurum yoxdur.Bu isə rəhmətlik Hüseyn Arifin "Nihilist" şeirində deyildiyi kimi: "Nə yaradır, nə də qurur, Yaradana ağız burur"-kəlamını yada slır. Bizim çox həyəcanlı vaxtımızdır.Biz orta və gənc nəsl yazarlar bu "nihilist"lərə qarşı olmalıyıq ki,sənət gülüstanımızda da bayquşlar ulumasın.Bu gün Azərbaycan Yazıçılar Birliyi deyilən bir qurumun var olması bizim ağıllı, uzaqgörən ağsaqqal yazıçıların və uzaqgörən gənclərimizin əməyi bahasına və əlbəttə ki, Xalq Yazıçısı Anarın keçmiş SSRİ və türk dünyasında olan nüfuzu sayəsində olmuşdur. O ki qaldı Anara hücumlar.Bu bizim əzəli-əbədi bir dərdimizdir.Biz həmin xalqın nümayəndəsiyik ki,Cavid əfəndini sürüdük tribunadan saldıq!Onu Sibir torpağında yüz məşəqqətlərə düçar etdik... Anar təkcə "Dədə Qorqud" filminə görə tarixdə qalacaq. Mən onun Üzeyir bəyə, Cavidə həsr etdiyi sənədli filmləri demirəm. Təkcə "Qobustan" toplusu... Nə bilim, doğrudan da ziyalı qardaşım Azər Həsrət düz deyir: "yel qayadan nə aparar?" Hörmətlə: Zərəngiz

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az