Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Yalquzaq.com xəbər saytı yeni görkəmdə

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Bakı, Yalquzaq.com, 28.07.2010 – Artıq il yarımdır ki, türk dünyasından tərcüməsiz xəbərlər yayan Yalquzaq.com xəbər saytı yeni görkəmdə oxucuların istifadəsinə verilib. Baş redaktorluğunu Yeddi Dövlət – Bir Millət Konseyinin başkanı Azər Həsrətin üstləndiyi sayt artıq gündəlik zəngin qəzet görkəmində ziyarətçilərini salamlayır.
Yalquzaq.com saytında yeddi bağımsız türk dövləti – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Özbəkistan, Türkiyə və Türkmənistanla bərabər digər türk topluluqlarından da tərcüməsiz gündəlik xəbərlər yer alır. Bunlarla bərabər saytda türk dövlət və topluluqları, onların rəhbərləri haqqında statik bilgilər və videolar da təqdim edilir.
Bundan sonra Azər Həsrətlə bərabər saytın idarə etməsində Yeddi Dövlət – Bir Millət Konseyinin üzvləri Dr. Ramiz Əskər – Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, elm adamı, Qafar Çaxmaqlı – Müstəqil Araşdırmaçı Jurnalistlər Ligasının sədri, elm adamı, Dilavər Əzimli – Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işçisi, Seymur Həsənli – Dünya Azərbaycanlıları Kongresi Gənclər Təşkilatının sədri, Nərmin Məmmədli – “Yeni Nəfəs+” qəzetinin baş redaktoru və Elnur Eltürk – Bakı Strateji Araşdırmalar Mərkəzinin sədri də iştirak edəcək.
Saytın özəlliyi ondadır ki, burada yayınlanan xəbərlər orijinaldakı dildə dərc edilir və artıq az müddət keçməsinə baxmayaraq xeyli oxucu auditoriyası toplaya bilib. “Biz bütün türk xalqlarının dillərinə eyni münasibət bəsləyirik və yalnız bir məsələdə qəti mövqeyimiz vardır ki, yazılar ancaq latın əlifbasıyla verilməlidir. Bu baxımdan Qırğızıstanı çıxmaq şərtilə digər müstəqil türk dövlətlərinin problemi yoxdur. Çünki Azərbaycan, Quzey Kıbrıs, Türkiyə və Türkmənistan əlifba məsələsini köklü şəkildə həll edib. Özbəkistan keçidi 2012-ci ildə başa çatdırmağı planlaşdırır. Qazaxıstan isə artıq qeyri-rəsmi də olsa dövlət səviyyəsində latın əlifbasından istifadə edir. Ancaq Qırğızıstan bu məsələdə heç bir addım atmayıb. Ona görə də oradan kiril əlifbasında aldığımız xəbərləri latına çevirməli oluruq”, – deyə Azər Həsrət bildirib.
Konsey başqanı onu da bildirib ki, ilkin mərhələdə ən azından yeddi bağımsız türk dövləti arasında vahid əlifba məsələsini həll etmək üçün təşəbbüs irəli sürmək planları var. “Biz bağımsız türk dövlətlərində istifadə edilən latın əlifbasının variantları üzərində müqayisəli iş aparıb ortaq əlifba hazırlamağı düşünürük. Bizim fikrimizcə ortaq dil formalaşdırmaq üçün ilkin addım ortaq əlifbanın formalaşdırılmasından ibarət olmalıdır” – deyən Azər Həsrət elə Yalquzaq.com saytının da bu məqsədə xidmət etdiyini bildirib.
Onu da qeyd edək ki, Yalquzaq.com saytı türk birliyinə xidmət göstərmək istəyən, ölkəiçi çəkişmələrdən uzaq mövzularda yazan hər kəslə işbirliyinə hazırdır.

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az