Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Rəşid FAXRALI yazır (-Yenilənib)

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Borçalı aşıq mühiti:

 SAHİB SAZI, SAZ SAHİBİ YAŞADIR…

 Dağlar dumandı…
 Duman dağların dağ sinəsini sıxmaqdadı. Bir qə¬dər aralıda çəkinə-çəkinə çağalyan, için-için ağlayan çeşmənin səsi titrəməkdədi. Köçən, köç eləyən durna qatarından qalmış durnanın lələyi göylərin duman qanadından sürüşüb ağır-ağır torpağa düşməkdədi. Çilik-ağac oynayan yoxdu, müştük atan yoxdu, dirədöymə oynayan yoxdu, qodu-qodu gəzdirən yoxdu, inək sağan, inək eydirən, nəhrə çalxayan yoxdu. Dağların yetimliyi belə olurmuş; Dağlar dədə sözünə, dədə təsəllisinə möhtacdı. Payızın qoxusunu alan köç dədələri də aparıb. Dağlar təsəllini Sahib Pənahoğlunun «Divani»sindən alır…
 Yol azan yolçunun könlü qübarlanıb: «Du¬man, gəl get bu dağlardan…». Pıçıltısını kimsə eşitməyəcəkdi. Bu ürkəcək pıçıltı «Sarıtel»ə sarılıb; Sahib Pənahoğlu «Sarıtel» çalır…
 Çadırı sökülmüş dəyələr daşa dönmüş döyüşçü düzümüdü elə bil; sərkərdəsi gedib. Dumanlığa əsirmi düşüblər? Bir vaxtlar mətəristləndikləri dağ da onalara hayançılıq eləyə bilmir. Sönmüş ocaq yerlərinə baxmağa çəkinirlər. Ocaq yerlərində kül altından işaran köz çırpınmaqdadı. Canıyananlıqla baxanlar dəyələrdən birinin qənşərində unudulmuş, yaddan çıxmış qınsız xəncəri görər… Binələri çadır-çadır deyil dağların… Sahib Pənahoğlu «Paşa köçdü» çalır…
 Dumanlıqdan bir əlçim işıq süzülür. Yox, bu işıq deyil, uca ruhların dəyələri bu günə salanlara, yurd yerlərini yesir qoyanlara, payız barmaq qıcayan kimi dağları tək qoyub gedən binəçilərə gi¬leyidi. Bir boy da dikələn dağ uca ruhların gileyinə çiyn verir. Sahib Pənahoğlu «Ruhani» çalır…Çeşmə dirsəklənmək istəyir: «Urfanı»dı, mənim günümə ağlayır «Urfanı» - pıçıldayır. Bu pıçıltını nə dağlar eşidir, nə yol azan yolçu, nə də Sahib Pənahoğlu…
 O yolçu Kərəm olmasa da Kərəmlik yolunun yolçusudu. Köçmüş binələri görəndə, sönmüş ocaqları görəndə köksü ürəyinə darlıq eləyib. Bu¬ra Ərzurum gədiyi deyil, Asırğallı boyundu;  Asırğallı boyun boynunu büküb Kərəm misallı yolçunu süzür. «Mənim xan Əslimi gördünmü?» so¬ruş¬sa nə desin, nə? Sahib Pənahoğlu «Dilqəmi» çalır. Barmaqları şah pərdədə duruş gətirə bilmir. Xallar, güllər nagahan közə dönüb saza sarılır. Bu, «Yanıq Kərəmi»yə keçiddi; Sahib Pənahoğlu «Yanıq Kərəmi» çalır…
 …Tavar saza qıymayan Tanrı dumanı yığışdırır. Yolçu üzü Yolumçınqıla tərəfə yol alır. Axşama Divsizə çatar, ordan Türkiyəyə bir at mənzili yol qalır. Göy üzündən bir ümid boylanır: «Qayıdacaqlar, binəçilərin qayıdacaq» - dağların eyni açılır... Çeşmə üzü Dəvə qoruğuna sarı teylənir. Sa¬hib Pənahoğlu sazı «Müxəmməs»ə kökləyə-kökləyə pıçıldayır:

Bir qılıncdı bu Borçalı deyilən,
Bu qılıncın tiyəsidi Faxralı.
Ağır eldi, zəri də var, zoru da,
Sözqananı öyəsidi Faxralı.
Nə ki, sağam havam, suyum,
                         ölərsəm
Sümüyümün yiyəsidi Faxralı!..

 .…Aşıq Sahib Pənahoğlu (Hüseynov) 1970-ci ildə Borçalnın Faxralı elində anadan olub, Ustadı Aşıq Alı olub. Şirin ləmsi, şirin səsi var Sahibin, sazı sinəsində bala əvəzi əzizləyir. Sazı sevir, sevdirir. Elə Sahib kimi çalır, Sahib kimi oxuyur. Duyanların saza bağlı ehtiram ünvanıdı Sahib Pənahoğlu. Köv¬rələn, könlü qübarlanan, sevinən, sevən, həsrət odunda qovrulan, sinəsi dağlarsız dağlanan, bir udum Borçalı havasına qəribsəyən… Sahibin sazına pənahlanır…
 …Saz Sahibə, Sahib saza yaraşır…
 …Sahib sazı, saz Sahibi yaşadır…

 

 



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib Tural Abdurahmanov, 04 Yanvar, 2012 15:02:22
    Resid muellim cox gozel kas meni qirmazdiz.heyat uzulmek ucun cox qisadir...

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az