***
Gözümü açandan axtarışdayam,
Yaş töküb mərhəmət umuram bəzən.
Gah ərişdi yolum,
gah
arğacdayam,
Bir soyuq baxışdan donuram bəzən.
Çıraq axtarıram qaranlıqlara,
İşıqlı,
nurlu
bir yer axtarıram.
O yerdə yenidən qurulan dünya
Bir könül sultanı, pir axtarıram.
Mənim axtardığım nədir, soruşsan –
Özümçün heç bir şey,
dünya
deyirəm...
Eşq, Ürək, Həyəcan, Sevda deyirəm,
Mənim axtardığım Odur sonunda...
Axtara-axtara gəzirəm hələ,
Yolları-yollara qatıb gedirəm.
Hələ tapmayıram axtardığımı,
Axtara-axtara itib gedirəm.
12.07.2010
Yorumunuz
Şərhlərə görə (5 göndərilib)
-
Yerləşdirilib Zərəngiz Dəmirçi Qayalı, 10 Yanvar, 2011 07:43:13Insan yarandiqi gundan axtarishdadir. Na xosh o insanin halina ki,onun axtarishlari xeyiradir: Ciraq axtariram qaranliqlara, Ishiqli, nurlu bir yer axtariram. O yerda yenidan qurulan dunya Bir konul sultani,pir axtariram. Uqurun xeyir,Habil Yashar. Allah sizi qorusun. Hormatla: Zarangiz
-
Yerləşdirilib Shafag Azeri, 31 Avqust, 2010 15:01:18Bir soyuq baxisdan donuram bezen.Cox derin bir ifade Yasar bey, elleriniz var olsun.Soyuq baxislar altinda donnmagin aciligini men her an her deqiqe hiss edirem buralarda.Bu aciligi kimseye arzu etmirem....
-
Yerləşdirilib sevda, 18 Avqust, 2010 12:03:37COX XOSHUMA GELDI. EHSEN!!! ARDI GELSIN.
-
Yerləşdirilib Şahinə Könül, 13 Avqust, 2010 00:47:16(Çıraq axtarıram qaranlıqlara) Habil bəy, BÖYÜK TÜRK ŞAİRİ NAZİM HİKMƏT demiş: Sən yanmasan, mən yanmasam, necə çıxar qaranlıqlar aydınlığa?!
-
Yerləşdirilib GUL NAR, 07 Avqust, 2010 02:15:47Habil bey, hemiwe kimi ela,mukemmelldir.... elinize sagliq







YENİLİKLƏR