***
Ay dərdindən ölən adam,
Ölməklə dərdmi qurtarar?
Dərd güldürür deyən adam,
Gülməklə dərdmi qurtarar?!
Kim deyir ki, çatar sona,
Düşür gündə min cür dona.
Çörək deyil, ona-buna.
bölməklə dərdmi qurtarar?
Gah piyada, atlı gəldi,
Ruhumu qanatdı, gəldi.
"Allah, bu nə dərddi, gəldi?" -
Deməklə, dərdmi qurtarar?
Gah ağrı, gah ah yiyəsi,
Gah nahaq, gah haqq yiyəsi.
Özünü günah yiyəsi,
bilməklə dərdmi qurtarar?
Gizlətdiyin can hansıdı?
Ömür fələyin pasıdı.
Ürək yazı taxtasıdı? -
Silməklə dərdmi qurtarar.!?
3 avqust, 2010-cu il
Yorumunuz
Şərhlərə görə (5 göndərilib)
-
Yerləşdirilib Zarangiz , 16 İyul, 2011 04:54:40Ürək yazı taxtasıdır, Silməklə dərdmi qurtarar? Hafiz, Allah səni və xalqımızı dərddən uzaq etsin. Həqiqi şeirdi bu.Bənzətmələrin və deyim tərzin çox gözəldir, möhtəşəmdir.
-
Yerləşdirilib Hafiz Hacxalil, 17 Avqust, 2010 22:17:24Dostlar, şərhlərinizə görə təşəkkür edirəm. Allah sizdən razı olsun. Tutduğunuz orucların savabı sizi cənnət əhlindən etsin, inşallah.
-
Yerləşdirilib Akem Xaqan, 17 Avqust, 2010 09:54:03He, buna sher diyerem. Ruhuna bereket.Senin ugurlarina sevinirem qardashim. Tebrik edirem xaqan-am@mail.ru
-
Yerləşdirilib Ramin , 11 Avqust, 2010 22:51:57Ruhuna sağlıq.
-
Yerləşdirilib Şahinə Könül, 09 Avqust, 2010 05:58:38Sevincə də baxdım, qəmə də baxdım, Sevinc də baxtımdı, kədər də baxtım. Tək sevinc olsaydı kim olacaqdım?! Dərd məni Hüseyn Arif eylədi. (Hüseyn Arif)






