Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

"Ədəbi aləmdə gərək digərlərindən fərqlənməyi bacarasan"

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Şair Habil Yaşarın Sada.az sitəsinə verdiyi müsahibə

Habil Yaşar (Nəbiyev) 1983-cü il fevral ayının 26-da Baki şəhərində doğulub. 1993-cü ildə ilk dəfə mətbuatda şeri dərc olunub. 2000-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinə daxil olub. 2001-ci ildə ilk kitabı işıq üzü görüb. 2003-cü ildə Azərbaycan Yazıçılar Birliyinə daxil olub. Həmin ildə 2-ci kitabı çıxıb. 2003-cü ildən DGTYB-nin üzvü, 2009- cu ildən isə DGTYB Nəzarət-Təftiş Komissiyasının üzvüdür. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2006-cı ildən etibarən Bakı Neft Energetika Kollecinin Dil və Ədəbiyyat müəllimidir. Yazıçılar Birliyinin 11-ci qurultayı (2004), Beynəlxalq İnsan Hüquqları Konfransı(2008), Qeyri-Hökümət Təşkilatları Forumunun Qurultayı (2007), Gənclər Təşkilatları Milli Şurası Qurultayının (2009) və b nümayəndəsi olub. Şer və məqalələri bir sıra jurnal və qəzetlərdə nəşr olunub. 2008-ci ildə "Qafqaz Media" İB-nin “Vicdanlı Qələm”mükafatına layiq görülüb. 2009-2010-cu illərdə Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçü olub. 2009 cu ildə Gürcüstanda keçirilən Doğu Avropa Ölkələri Gənclər Əməkdaşlığı Konfransında Azərbaycanı təmsil edib. 2009-cu ildə Ankarada “Çağdaş Azerbaycan Şiiri” adlı kitabda şeirləri verilmişdir. 2009-cu ildə “XX və XXI ƏSRİN YARADICI İNSANLARI” adlı ensklopedik kitabda Habilin də səhifəsi yer alıb. 2009- cu il dekabrında Milli Şuranın Qubada keçirilən XI Qurultayında Mərkəzi- Nəzarət Təftiş Komissiyasının üzvü seçilib.

- Sizdə şair olmaq həvəsi necə yarandı, nə vaxt hiss etdiniz ki, şairsiniz?
-Mən birinci sinifə gedərkən şer yazmağa başladım. Təbii ki, ilk əvvəllər buna şer demək olmazdı, sonra yavaş-yavaş bu həvəs daha da artmağa başladı. İlk şerim isə kosmos haqqında olub. Şairlik taledir, alın yazısıdır...
- Şair olmaqla həyatda nə qazandınız?
-Şair olmaq Allahın insana verdiyi ən böyük nemətlərindən biridir və bütün nə qazanmışamsa Yaradana, bir də valideynlərimə borcluyam. Onlar məni bu gözəl sənətə ruhlandırdı, qeydimə qaldı, həvəsləndirdi.
- Şeir yazarkən nədən ilham alırsız?
-Gözəl olan hər şeydən. Müxtəlif mövzularım var -Ana, Vətən, İslam, gözəl insanlar və təbii ki, Məhəbbət.
- Sizi başqa şairlərdən fərqləndirən başlıca xüsusiyyət nədir? Hec bu haqda düşünmüsüz?
-Bu haqda düzü heç düşünməmişəm. Ancaq ədəbi aləmdə gərək digərlərindən fərqlənməyi bacarasan, təbii yalnız yaradıcılığınla. Bu sualın cavabını  düşünürəm ki, oxucularım məndən daha yaxşı bilər.
- Çağdaş dövrdə usaqlar sair olmaq arzusu ile yasayırlar, amma vadeyinlər buna mane olur. Belə valideynlərə nə deyərdiniz?
-Vaxtilə Mirzə Ələkbər Sabirin də atası Sabirə şer yazmağı qadağan edirdi, şer dəftərlərini cırır, onu ticarətə sövq edirdi, amma Sabir qəlbinin səsinə qulaq asdı və ölməzlik,əbədilik qazandı. Həmin valideynlərə məsləhətim isə övladlarının bu istəyinə qarşı çıxmamağı məsləhət görərdim.
- Yazdığınız şeirlərdən hansı sizə daha yaxındır,bir bənd eşitmək xoş olardı.
-Şerlərimin hər biri mənim üçün əzizdir. Ancaq bir bənd şerimi deyirəm.

Nəhəng olmağınla öyünmə, Xəzər,
Mənim dərdlərimdən böyük deyilsən.
Alarsan qoynuna o səni əzər,
Götür dərdlərimi götürə bilsən.

- Siz öz oxucularınızla necə əlaqə qurursuz?
-Müxtəlif vasitələrlə. Xüsusən, tədbirlərdə,i nternet vasitəsilə, müəyyən görüşlərlə.
- Bir azda yaradıcılıq planlarınız barədə məlumat verin.
- İnşallah, Allahın izni ilə bir sıra planlarım var. Yeni bir kitabım işıq üzü görməlidir və bununla yanaşı bir sıra böyük planlarım var İnşallah.

Müsahibəni hazırladı: Cəfər Mənsimi

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az