10 iyun 2009-cu il tarixdə Azərbaycanda Atatürk Mərkəzində Əjdər Fərzəlinin “Gəmiqaya-Qobustan mədəniyyəti” kitabının müzakirəsi keçirildi. Tədbirdə tanınmış ziyalılar, müxtəlif ali məktəblərin tələbələri, mətbuat nümayəndələri və Atatürk Mərkəzinin əməkdaşlari iştirak edirdi.
Ənvər Əhməd, Oqtay Rza, İslam Sadıq, Əhməd Qəşəmoğlu, Tacir Səmimi və başqa natiqlərin çıxışlarında Əjdər Fərzəlinin tədqiqat obyektinə, illərdən bəri öyrəndiyi mövzuya bağlılığı, fədakarlığı, vətənpərvərliyi xüsusi vurğulandı.
“Gəmiqaya-Qobustan mədəniyyəti” (e.ö. VIII-V minilliklər) əsəri AMEA Nəsimi adına Dilçilik İnstitutunun xətti ilə 2008-ci ildə “Nurlan” Basım evində işıq üzü görüb. Əsərdə Gəmiqaya-Qobustan mədəniyyəti, onun tərkib hissəsi kimi, qədim Azərbaycan əlifbası ilk dəfə aşkar olunur; Orxon-Yenisey əlifbasının qrafik açımı verilir; Gəmiqaya-Qobustan abidələrinin tədqiqinə yeni istiqamətdən başlanmasının vacibliyi əsaslandırılır. Kitaba akademik İsa Həbibbəyli “İlk insanınməskənlərindən biri Gəmiqyqdır” adlı “Ön söz” yazıb.







YENİLİKLƏR