...sıfırdı
(35 yaşıma yazılan şeir)
Hayandan baxırsan kürəyə bənzər,
Bu dünyanın yaranışı sıfırdı.
Aşağı – yuxarı bir şeydi elə;
Mənfinin müsbətin başı sıfırdı.
İnsandan dünyada min iz qalsa da,
Ya uca bir qala, ya söz qalsa da,
Üstünə qoyulan daş bir olsa da,
Baş altda əhlətin daşı sıfırdı.
Ordunun önündə olmasa ərən,
Ordu dağılacaq hey pərən-pərən.
Qarşısında yoxsa bir yolgöstərən,
Milyon sıfrı düz yanaşı, sıfırdı.
Bu torpağa səpdiyimiz dən sıfır,
Dünən yoxluq, bu gün boşluq, son sıfır.
Hava heçlik, Torpaq sıfır, Gün sıfır,
Göylərdən süzülən yaşı sıfırdı.
(Günlərim göylərə hər gün uçan quş,
Nə axtar ötəni, nə ardınca düş...)
...Mənim əzabımın yaşı otuz beş,
Mənim həyatımın yaşı sıfırdı.
18-20 avqust 2010
Yorumunuz
Şərhlərə görə (6 göndərilib)
-
Yerləşdirilib Hafiz Hacxalil, 25 Avqust, 2010 00:52:30Dostlar, Namiq bəyin dərdi nə sıfırdı, nə də 35 yaşa çatmagı. Heç şeirin ab-havası da bunları demir. Yenə hər misrada göynəyən vətən, kiçilən torpaq dərdi var. Əgər o torpaqlarda, yəni itirdiyimiz yurd yerlərində biz yoxuqsa, demək orda həyat, torpağa əyilən, onu bara-bərəkətə, hərəkətə gətirən həyat yoxdur. Sıfır sadəcə söz oyunudur. Amma sonunda böyük şairimiz Məmməd İsmayılın üslubunu duydum: Onun körpəsinin yaşı üç aylıq, Mənim həsrətimin yaşı bir ildi.
-
Yerləşdirilib Azər Həsrət, 24 Avqust, 2010 01:01:28Namiq bəy, necə deyərlər, keçmiş olsun. Ömür bir karvan kimi gələr keçər... Heç çatmaq da olmaz... Bundan sonra müdrikləşməyə bax daha...
-
Yerləşdirilib Habil Yaşar, 23 Avqust, 2010 12:35:52Allah hər zaman sizi qorusun və Doğum gününüz Kutlu olsun Namiq bəy.
-
Yerləşdirilib Habil Yaşar, 23 Avqust, 2010 12:34:17hər zamankı kimi möhtəşəm şairdən möhtəşəm bir şer ...Mənim əzabımın yaşı otuz beş, Mənim həyatımın yaşı sıfırdı. nə gözəl,necə gözəl original bir fikir...
-
Yerləşdirilib Sefeq AZERI, 23 Avqust, 2010 11:39:42Namiq müellim, bizim bildiyimiz Günes de küreye benzer. Yani bele götürsek Günes = SIFIR. Bu SIFIR = GÜNES = NAMIQ HACIHEYDERLI-nin Emelleri,Ezablari ve nehayet 35 Yasi. Yani Igidlik, Ucaliq yasi!







YENİLİKLƏR