Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

TÜRKPA-nın internet saytının rəsmi açılış mərasimi keçirildi

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 25 avqust 2010 -cu il tarixində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) internet saytının rəsmi açılış mərasimi keçirildi. Mərasimi açan TÜRKPA Baş katibi cənab Ramil Həsənov qonaqları salamlayaraq, TÜRKPA-nın quruluşu, fəaliyyəti və əsas məqsədləri, TÜRKPA Beynəlxalq Katibliyinin son 8 ayda fəaliyyəti haqqında geniş məlumat vermiş, həmçinin Katibliyin beynəlxalq heyəti ilə mətbuat nümayəndələrini tanış etmişdir.
21 noyabr 2008-ci il tarixində Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının Parlament rəhbərlərinin "İstanbul Sazişi"ni imzalaması ilə təsis olunmuş TÜRKPA-nın əsas məqsədlərini açıqlayan Baş katib türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsində tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq parlamentlərarası əməkdaşlığın genişlənməsində, milli qanunvericiliklərin yaxınlaşdırılmasında Assambleyanın bir tolerant təşkilat kimi çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. TÜRKPA-nın hər hansı bir ölkəyə, onun milli maraqlarına qarşı yaradılmaması və bu şəkildə fəaliyyət göstərməməsi də xüsusi olaraq cənab R. Həsənov tərəfindən qeyd edilmişdir.
Həmçinin 29 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilmiş TÜRKPA-nın 1-ci plenar sessiyası haqqında geniş məlumat mətbuat nümayəndələrinin diqqətinə çatdırılmışdır. Assambleyanın növbəti plenar sessiyasının isə Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçiriləcəyi nəzərdə tutulub.
TÜRKPA-nın yaranmasının region və Avropa ölkələri üçün həm siyasi, həm iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Baş katib beynəlxalq əməkdaşlıq çərçivəsində ATƏT PA, AŞPA, NATO PA, Avropa Parlamenti, Cənubi Avropa Ölkələrinin Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası (MDB PA) , İKT PA, Beynəlxalq Parlamentlər Birliyi, Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT PA) , Asiya Təhlükəsizlik və Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, qarşılıqlı fəaliyyət, müşahidəçi statusunun alınması ilə bağlı fəaliyyətləri haqqında da məlumat vermişdir.
Həmçinin TÜRKPA-nın sentyabr ayında Türkiyə Respublikasında keçiriləcək refendumda, eyni zamanda oktyab ayında Qırğızıstan Respublikası, noyabr ayında isə Azərbaycan Respublikasında keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak etmək istəyi və bununla bağlı danışıqların aparılması haqqında da məlumat verildi.
20 sentyabr 2010- cu il tarixində Bakıda TÜRKPA-ya üzv olan ölkələrin parlamentlərinin aparat rəhbərlərinin qeyri-rəsmi toplantısı, sentyabrın 21-də isə parlamentlərin aparat rəhbərlərinin iştirakı ilə tələbələr və media üçün "Dövlətlərarası Əlaqələrin İnkişafında Parlament Demokratiyası" adlı konfransın keçiriləcəyini qeyd etmişdir. TürkPA-nın iyul ayından etibarən staj proqramına başladığını qeyd edən R.Həsənov artıq Azərbaycan Milli Məclisi aparatının bir qrup nümayəndəsinin Türkiyə Böyük Millət Məclisi (TBMM) aparatının iş prinsipi ilə tanış olmaq və təcrübə mübadiləsi aparmaq üçün Ankaraya göndərildiyini söyləmişdir. Proqram çərçivəsində oktyabrın 3-dən 10-dək TBMM aparatının nümayəndələrinin Bakıya, daha sonra Qazaxıstan heyətinin TBMM-ə səfərləri təşkil olunacaq. Bu prosesin digər üzv ölkələrin parlamentlərinin aparatları arasında da həyata keçirilməsinin planlaşdırıldığı qeyd olunmuşdur.
TÜRKPA-nın gələcək fəaliyyəti haqqında ətraflı məlumat verildikdən sonra cənab Ramil Həsənov, müavinləri cənab Mels Semqaliyev və cənab Kürşad Melih Sarıarslan jurnalistlərin suallarını cavablandırmışdırlar. Mərasimin sonunda qurumun internet saytı təqdim edilmiş və saytın - azərbaycan, rus, ingilis, türk, qazax və qırğız dillərində hazırlanması, saytın bölmələrində TÜRKPA haqqında, təşkilatın strukturu, yaranma tarixi, üzvləri və fəaliyyəti barədə müvafiq məlumatların toplanması mətbuat nümayəndələrinin nəzərinə çatdırılmışdır.



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az