Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Ortaq türk əlifbası geniş müzakirə edildi

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Atatürk Mərkəzində “Ortaq türk əlifbası: keçmiş və gələcək” mövzusunda "dəyirmi masa" keçirildi. Tədbirin təşkilatçıları qismində Yeddi Dövlət – Bir Millət Konseyi və Dünya Gənc Türk Yazarlar Birliyi çıxış edirdi.
 Tədbirin aparıcısı, dr. Ramiz Əskər giriş sözündə türk xalqlarının qədim tarixi, ortaq dəyərlər və böyük türk coğrafiyasındakı üç dil qrupu (– oğuz, qıpçaq, karluklar) haqqında bilgi verdi. O, öz çıxışında ortaq türk əlifbası müzakirələrinin hələ 20 il öncədən güncəlləşməyə başladığı haqqında da fikirlərini bölüşdü. Türk xalqlarının tarixi dil abidələri olan “Dədəm Qorqud Kitabı”, “Kutadqu Bilig”, “Manas”, “Divanü Lüğət it-Türk” barədə danışan Ramiz Əskər ən qısa zamanda ortaq türk əlifbasının qəbul edilməsi vacibliyini vurğuladı.
 DGTYB başqanı Əkbər Qoşalı ortaq dəyərlərimiz, virtual aləmdə aparılan müzakirələr, qarşılıqlı münasibətlər və bu məsələlərdə ortaq türk əlifbasının oynaya biləcəyi rol haqqında fikirlərini səsləndirdi. O, bir neçə il öncə yazdığı "Altun bitik" kitabını xatırlatdı, həmin kitabın bir bölümünün əlifba məsələsinə həsr olunduğunu, ortaq əlifba (bazası) olaraq “Orxon-Yenisey” əlifbasını göstərdiyini, ancaq praktikliyi baxımından latın qrafikası əsaslı əlifbanın daha məqsədəuyğun olduğunu söylədi. Eyni zamanda bağımsız türk dövlətlərinin hazırda imkanlarının artdığını da dilə gətirən Əkbər Qoşalı ortaq əlifba məsələsinin bu və ya digər formada (formatda) həll ediləcəyinə ümidli olduğunu bildirdi.
Tədbirdə əsas məruzəçi kimi çıxış edən Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət isə məsələyə tarixi yöndən baxmağın vacibliyini söylədi. O hələ 150 il öncə böyük Azərbaycan fikir adamı Mirzə Fətəli Axundzadənin də əlifba islahatı üçün ciddi çalışdığını vurğuladı. Axundzadənin öncə ərəb əlifbasını islah etmək, sonra isə latın əlifbasına keçmək üçün Osmanlı və İran padşahlarına məktublar yazdığını, Osmanlı xanədanının məsələyə müsbət yanaşdığını, ancaq İran tərəfinin pozuculuq etdiyini söyləyən Azər Həsrət bu hərəkatın çar Rusiyasının süqutundan sonra da davam etdiyini bildirdi. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultaydan sonra türk xalqlarının latın əlifbasına keçdiyini, sonradan isə Sovetlərin siyasəti nəticəsində kirilə keçməsini və ardından da kiril əlifbası üzərində oyunlar oynandığını dilə gətirən Konsey başqanı bütün bunların “parçala, hökm sür” siyasəytinin tərkib hissəsi olduğunu dedi. Çıxışının sonunda o, ortaq türk əlifbası layihəsinin hazırandığını və onun üzərində müzakirələrin aparılmasını istədiyini bildirdi.
Çıxışçılardan şair Musa Ələkbərli, Yusif Nəğməkar, Müşfiq Çobanlı, Çingiz Bayramlı, İlqar İlkin, Aqil Camal, Firudin Əhməd(ov), Seymur Həsənli və baqşaları da ortaq türk əlifbasının tətbiqinin çoxdan vacib olduğunu söyləyərək bu yöndə aparılan işlərdə hər cür dəstəyə hazır olduqlarını bildirdilər. Tədbirin sonunda önümüzdəki həftə İstanbulda keçiriləcək Türk Zirvəsinə məsələylə bağlı müraciət ediləcəyi qərarlaşdırıldı.

"Dəyirmi masa" haqqında daha geniş bilgi sabah yayınlanacaq.

image

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az