Kultaz.com Azərbaycanın mədəniyyət portalı ingilis dilində də yayımlanacaqİyunun 9-da Mədəniyyət Portalının 2 yaşı tamam olur. Sayt rəhbərliyi bu ilin sonuna qədər “Kultaz.com”-un ingilis dilli versiyasını da yaratmağı nəzərdə tutur.
“Bu gün Azərbaycan mədəniyyətini dünyaya sistemli şəkildə təqdim edən heç bir sayt yoxdur. Azərbaycanın istər ədəbi, istərsə musiqi, teatr və kino prosesində baş verənlərdən əcnəbi oxucu və mütəxəssislərin məlumat ala biləcəyi vahid mənbə yoxdur. Biz bu boşluğu doldurmağa çalışacağıq”- deyə sayt rəhbərliyi bildirir.
Qeyd edək ki, portala yeni nəsil Azərbaycan yazarlarının tanınmış nümayəndələrindən olan şair Zahir Əzəmət rəhbərlik edir.







YENİLİKLƏR