Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

"Mütləqə İnam” işıq üzü görüb

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

İnam Atanın (Asif Atanın) kitablarının toplandığı 10 Kutsal Bitiyin (On Müqəddəs Kitabın) I cildi - “Mütləqə İnam” (ikinci nəşr, “Qanun” nəşriyyatı, 2010, 324 səh.) işıq üzü görüb. İnam Atanın Mütləqə İnam Ocağı tərəfindən nəşrə hazırlanan kitabda yaradıcısının Adı ilə “İnam Ata Sivilizasiyası”, mahiyyətinə görə “Mütləqə İnam Sivilizasiyası”, ulusal kimliyinə görə “Türk Sivilizasiyası” adı ilə yeni ümumbəşər sivilizasiyasının yaranmasına səbəb olacağı düşünülən dünyaba-xışın fəlsəfəsi və ruhaniyyatı təqdim olunur.
Kitab İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruhun “Mütləqə İnam Sivilizasiyası...” adlı önsözüylə açılır. Öncə Atanın təhlükələrlə, təqiblərlə keçən ağır və bənzərsiz ömrü barədə yığcam bilgi verən Safruh daha sonra onun yaradıcılığını təhlil edir, kutsal kitablarını mövzular üzrə sıralayır, İnam Atanın Mütləqə İnam Ruhaniyyat Ocağının gördüyü misilsiz işlərdən danışır.
1983-cü ildə - İnam Ata ən dəhşətli təqib illərində qələmə aldığı kitabının başlanğıcında belə yazır: ““Mütləqə İnam” Beşliyini (“İnsan”, “İnam”, “Ruh”, “Həyat”, “İntibah” kitablarını) yazıb qurtardım. Borana düşdü Beşlik. Çap olunmadan qadağan olundu. Bəxtiyaram. Ömür sevdam baş tutdu, arzuma çatdım. Kitablarımın, Övladlarımın Atası oldum. Kitabları ilk növbədə azərbaycanlılar üçün yazdım. Mənim üçün Azərbaycan azərbaycanlıların cəmindən artıq, böyük, yüksək olan bir varlıqdır. İstədim ki, o, öz Müqəddəs mənasına layiq olsun. Kitabları həm də bütün insanlar üçün yazdım. Mənim üçün bəşər insanların cəmindən artıq, böyük, yüksək olan bir varlıqdır. İstədim ki, o, öz müqəddəs mənasına layiq olsun. İstədim ki, insanlar yaşasınlar...”

 (www.asifata.com)

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az