Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Nəsirəddin Tusinin “Əxlaqi-nasir” kitabı latın qrafikası ilə nəşr olunub

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Heydər Əliyev Fondu dünya şöhrətli mütəfəkkir, ensiklopedik alim Nəsirəddin Tusinin “Əxlaqi-nasir” kitabını yenidən - latın qrafikası ilə nəşr etdirib. SİA-nın Mədəniyyət və Turizm Baş İdarəsindən aldığı məlumata görə, nəfis tərtibatla, rəngarəng miniatürlərlə nəşr olunmuş “Əxlaqi-nasir” kitabı oxuculara Nəsirəddin Tusi dühasını tanıtmaqla yanaşı, həm də müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. Kitabda Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Tərcümədə müəllifin yazı üslubu mümkün qədər qorunub saxlanılıb.
Qeyd edək ki, Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi ərəfəsində ümummilli lider Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli fərmanında alimin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə yanaşı, onun çoxşaxəli yaradıcılığının hərtərəfli tədqiqi vacib məsələlərdən biri kimi qeyd olunub.

(Qaynaq: Jalə, SİA)



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az