Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Türk Dövlətləri Günü qeyd edildi

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 1 oktyabr 2010-cu ildə Gəncliyə Yardım Fondunda Dünya Gənc Türk Yazarlar Birliyi və "Müasir İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Türk Dövlətləri Günü" münasibətilə tədbir keçirildi.
 Tədbiri "Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı açaraq sentyabrın 16-da Türkiyədə keçirilən Türk Ölkələrinin Dövlət Başçılarının X Zirvə toplantısından danışdı: "Bizim üçün bu toplantının xüsusi bir önəmi vardı. Həmin sammitdə Türk dövlətlərilə bağlı qəbul olunan qərarları, o cümlədən Türk Dövlətləri Gününün elan edilməsini çox böyük sevinc hissilə qarşıladıq. Bu qərar bizim 2006-cı ildən bəri təbliğ etdiyimiz ideyanın həyata keçməsinin göstəricisidir. Mən iddia etmirəm ki, bu qərar məhz bizim gördüyümüz işlər nəticəsində baş tutdu. Amma hər halda müəyyən qədər prosesə yardımımız oldu. Çünki hər zaman Türk Dünyasının bir olmasıyla bağlı fikirlər səsləndirir, bunun vacib olduğunu gündəmə gətirirdik. Nəhayət, rəsmi səviyyədə belə bir addımın atılması da ictimai dəstəyə zərurət yaradır. Həmin toplantıda qəbul olunan ən vacib qərarlardan biri də Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılmasıdır. Bundan başqa, digər çoxsaylı qərarlar qəbul olunub və biz həmin qərarları "Türk Eli" jurnalının növbəti sayında dərc edəcəyik. Hesab edirəm ki, Zirvə Sammitində qəbul olunan 60 qərar Türk Dünyasının inteqrasiyasıyla bağlı çox mühüm nəticələrə gətirib çıxaracaq. Bu tədbir həm də prosesə ictimai dəstək xarakteri daşıyır". Onun sözlərinə görə, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılması türk xalqları arasında inteqrasıyanın mühüm mərhələsidir: "Biz bunun Türk Dünyasının birliyi üçün əsasın, özülün olduğunu düşünürük. Ortaq əlifbanın yaranması həm ümumtürk dilinin formalaşmasına, həm də inteqrasiyanın daha ciddi şəkildə davam etməsinə səbəb olacaq. Türk Dövlət Başçılarının X Zirvə Toplantısına Türkmənistanın dövlət başçısının da qatılması onu göstərir ki, atılan addımlar daha real nəticələr doğurmağa başlayır. Artıq Türkiyədə də X Zirvə toplantısının qərarlarından irəli gələn bu tip tədbirlər keçirilir, ictimaiyyət, qeyri-hökumət təşkilatları qəbul olunmuş qərarları əməli surətdə dəstəkləyirlər".
 Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı illərlə QHT-lərin, ziyalıların zaman-zaman dilə gətirdiyi istəklərin, ideya və təşəbbüslərin hüquqi müstəvidə əks olunmasını, dövlət başçıları səviyyəsində təsdiqinin tapmasını qürurverici hal kimi dəyərləndirdi: "Hələ bir neçə il öncə bu tədbirin təşkilatçıları olan birliklərin və digər qeyri-hökumət təşkilatlarının iştirakıyla Türksoylu Dövlətləri Parlament Assambleyasının yaradılmasıyla bağlı tədbirlər keçirilirdi. Artıq bu Assambleya yaradılıb. Digər maraqlı bir məqam da budur ki, ötən il Türk Dövlət Başçılarının görüşü paytaxtlardan brində deyil, məhz Naxçıvanda keçirildi. Naxçıvan görüşündən bir il sonra Türkiyədə keçirilən X Zirvə Toplantısında Türk Dövlətləri Gününün bayram kimi qeyd edilməsi ilə bağlı qəbul eilən qərar vətəndaş cəmiyyəti quruculuğuna qatılan təşkilatların səsinin eşidilməsinin bariz örnəyidir. Biz çalışmalıyıq ki, hər ilin 3 oktyabrı Türk dünyasının birliyi, türk dövlətlərinin əməkdaşlığının dərinləşdirilməsi yolunda yürüyənlərin, necə deyərlər, hesabatlılıq günü olsun. ...Heç şübhəsiz ki, bu məqamda sözügedən böyük hadisələrə yol açmış, istiqamət vermiş dövlət böyüklərimizi sayğı ilə anmalıyıq. İlk növbədə, ümummilli liderimiz Heydər Əliyevi şükranlıqla anır, onun yolunda yürüdüyümüzü bildiririk. Dövlət başçımız İlham Əliyevin, onunla yanaşı Türk dünyasına könül vermiş digər türk dövlətlərinin başçılarına ehtiramımızı ifadə edirik."  
 “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Aygün Həsənoğlu bildirdi ki, Türk Birliyinin inteqrasiyası dövlət səviyyəsində müzakirə olunursa, bu, işıqlı ziyalıların, ömürlərini Türk Birliyinə həsr edən şəxsiyyətlərin əməllərinin nəticəsidir: "Dövlətin hər hansı bir problemi həll etməsi o demək deyil ki, biz kənara çəkilməliyik. Hər bir vətəndaş öz çevrəsində fəaliyyətini davam etdirməlidir. Azərbaycanın gələcəyi nə Avropa Birliyində, nə NATO-da, nə də digər təşkilatlarda deyil. Azərbaycanın gələcəyi ancaq Türk Birliyindədir. Bütövlükdə Türk Dünyasının da gələcəyi bu birliklə bağlıdır. Çünki zaman, yaşayışımız, problemlərimiz bunu tələb edir. Türkün zamanı gəlib. Bu zaman sözdə deyil, əməllərdə gəlməlidir. Hamıya bu yolda uğurlar arzulayıram".
 “Tərəqqiyə Elmi Dəstək” İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu dedi ki, bu məsələ Türk Dünyası üçün böyük önəm daşıyır: "Xoşa gəlməyən bir cəhət vardı ki, öz aramızda ünsiyyət vaxtı "mən türkəm" deməkdən qorxurduq. İndinin özündə də bəzi ziyalılarla söhbət edəndə bu barədə dərindən danışmağa ehtiyatlanırlar. Bizim bayrağımızın rəmzi mənalarından biri türkçülüyümüzü göstərir. İctimai rəy yaratmaq lazımdır ki, türk sözü qeyri-adi qarşılanmasın. Bizim birləşməyimiz tarixi zərurətdir. Çünki dünyanın sürətlə qloballaşdığı bir vaxtda ayaq altında qalmamaq üçün bir-birinə yaxın olan etnik mənsubiyyətlərin bir araya gəlməsi dünyanın xilası üçün vacibdir. Fikrimcə, Türk Dövlət Başçılarının sentyabrın 16-da bir yerə toplaşması əlamətdar hadisədir. Hələ bizim qarşımızda görüləcək çox işlər dayanır. Türkün potensialını ortaya qoymaq lazımdır".

 "Birlik" dərgisinin baş redaktoru İlqar İlkin 10-cu Zirvə Görüşünün önəminə vurğu yapdı. O, "Zirvə"nin, "Zirvə"də akınan qərarların zaman keçdikcə daha dərindən anlaşılacağına, potensial və prespektiv imkanlara daha dərindən nüfuz ediləcəyinə inamımını bildirdi.
 “Xocalı Soyqırımını Tanıtıma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu isə Türk Dünyasının başına gələn ağır dərdi - Xocalı faciəsini xatırlatdı: "Biz də ictimaiyyət olaraq birləşməli, xalqımızın başına gətirilən müsibətlər haqqında bu cür tədbirlərin digər türk ölkələrində də keçirilməsinə çalışmalıyıq".
 Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim də 3 oktyabr tarixinin Türk Dünyası üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı: "Heç şübhəsiz ki, bizim ortaq dil, tarix, mədəniyyət birliklərimiz var. Bunun son Zirvə toplantısında gündəmə çıxması qürurverici haldır. Çünki indiyə kimi ancaq arzularla çıxış edirdik. Amma ilk dəfə olaraq daha ciddi addımlar atıldı. Ümidvaram ki, bu tədbirlər Türkiyədə, Türkmənistanda, Qazaxıstanda və digər türk dövlətlərində də keçirilir".
Tədbirdə çıxış edən digər şəxslər də maraqlı fikirlər səsləndirdilər və sonda belə tədbirlərin ardıcıl olaraq düzənlənməsinin zəruriliyi vurğulandı.

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az