Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

YYSQ Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə mini-kitabxana bağışladı

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image   

Ötən həftə - 5 iyun 2009-cu il tarixində Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığıyla bir qrup yeni nəsil qələm adamı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oldu.

26 iyun Milli Ordu Günü münasibətilə təşkil olunan bu tədbir Məktəbin əməkdaşı, tanınmış şairə Zəminə Xınalının təşəbbüsüylə keçirilirdi.

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), tanınmış şair, Mahmud Kaşqarlı Fondunun icrakı direktoru Elxan Zal Qaraxanlı, eləcə də YYSQ üzvlərindən istedadlı şairlər Balayar Sadiq, Həqiqət Paşaqızı, Kənan Hacı kimi yeni bədii söz sahiblərinin iştirak etdiyi tədbir maraqlı ədəbiyyat və kitab məclisinə çevrildi.
 


Məktəbin zabit və müdavimləri ilə görüşü, ədəbi məclis, kitabların imzalama mərasimi, Ümummilli Liderimizin adını daşıyan muzeylə tanışlıqla yanaşı Yeni Yazarlar və Sənətçilər Qurumunun İllik Kulturoloji Layihəsi - IX Bakı Kitab Bayramı çərçivəsində həyata keçirilən bu görüş zamanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin muzeyinə və Kitabxanasına iki yüzdən artıq yeni kitabdan ibarət mini-kitabxana bağışlandı.

Tədbirdə şeirlər oxundu, milli ordumuzun gələcək zabitləri ilə hərbi-vətənpərvərlik mövzusunda söhbətlər edildi, şəkillər çəkildi. Görüç iştirakçıları əminliklə vurğuladılar ki, Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə Milli ordumuzun zabit və əsgərləri Azərbaycanın iyirmi faiz torpaqlarını erməni qəsbkarları - düşmən tapdağından xilas edəcək, o günə isə lap az qalıb...

YYSQ rəhbəri Aydın Xan (Əbilov) onu da bildirdi ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maddi dəstəyi ilə həyata keçirilən bu Kulturoloji Layihənin növbəti tədbiri Azərbaycan Milli Ordusunun "N" saylı Hərbi Hissəsində baş tutacaq: əsgər və zabitlərə mini-kitabxana ərməğan ediləcək.


Yeni Yazarlar və Sənətçilər Qurumu Analitik-İnformasiya bölməsi



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az