Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Qənirə Paşayevadan yeni kitab

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın “DÜNYANIN İTİRDİYİ BÖYÜK İNSAN” adlı yeni kitabı işıq üzü görmüşdür. Mustafa Kamal Paşa Atatürkə həsr olunmuş kitab Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) xətti ilə nəşr olunmuşdur.
 “Dünyanın itirdiyi Böyük İnsan” xanım Paşayevanın oxucularla altıncı kitablı görüşüdür. Müəllif burada Türk Dünyasının (bütövlükdə dünyanın!) böyük dövlət xadimlərindən biri, Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Cümhurbaşqanı Mustafa Kamal Paşa Atatürk haqqında fikir və mülahizələrini bölüşür. Xanım millət vəkili öz fikir¬lərini bölüşərkən bir sıra ünlü insanların (özəlliklə də Türkiyədən kənarda yaşayıb fə¬aliyyət göstərmiş ictimai-siyasi və dövlət xadimlərinin, elm və sənət adamlarının) fikirlərinə, o cümlədən bu tarixi şəxsiyyət haqqında tarixi fikirlər söyləmiş ümummilli liderimiz Heydər Əliyevin kəlamlarına müraciət etmişdir. Qeyd edək ki, “TÜSİAB yayınları”ndan (2010/05-ci say) olan bu kitab, Qənirə Paşayevanın www.lent.az, www.dgtyb.org internet saytları, “Ulu Çinar” dərgisi və digər elektron və yazılı mətbuat orqanlarında yayınlanmış Atatürk ünvanlı məqalələri əsasında hazırlanmışdır.
 Nəşr məktəblilər, tələbələr, bütövlükdə, Atatürk haqqında oxumaq, öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulub.
 Azərbaycanda Atatürk Mərkəzinin İctimai-siyasi şöbəsinin müdiri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, kitabın redaktoru, Əkbər Qoşalı “Dünyanın itirdiyi böyük insan” üzərinə bir neçə söz başlıqla ön sözdə “qələmi götürüb ağ kağız üzərinə sadəcə və sadəcə ATATÜRK yazmaq da gözəldir, alqışa layiqdir” deyərək nəşrin missiyasını, içəriyini bu sözlərlə vurğulayır: “…Burada bir xüsusa da diqqət çəkmək istərdim. Bu da “Dünyanın itirdiyi Böyük İnsan”ın hansı auditoriyaya ünvanlanması məsələsidir. Bəlli olduğu kimi, xanım Paşayeva bu nəşri Azərbaycan məktəblilərinə, gəncliyimizə (ümumən bütün Atatürksevər Azərbaycan oxucularına) ünvanlayır. …Atatürkü sadə, səmimi, hər kəsin anlaya biləcəyi dillə (üslubla), yalnız elmi və inlellektual kəsim üçün deyil, ümum¬xalq ünvanlı nəşrlərlə tanıtmaqda yarar var, deyə düşünürəm. (...Və bir də, Atatürkü, Atatürkçülüyü nə qədər çox anlatmaq istəyən varsa (üstəlik əgər bu anlatmanı sayğıdəyər bir millət vəkili, bir ünlü qələm adamı edirsə) bir o qədər yaxşıdır.)”
“Dünyanın itirdiyi böyük insan” “Tarix yaradan, Tarix yazan insan”, “Tanrı bir topluma yardım etmək, kömək göstərmək istəyəndə, o toplumun başına Mustafa Kamal Paşa kimi bir lider gətirir”, “Bütün dünyada qibtə hissi yaradan Mustafa Kamal”, “Qığılcımları alova çevirməyi bacaran dahi lider”, “O, qurucusu olduğu Cümhuriyyətdə türk qadınına azadlıq, seçib-seçilmək hüququ verdi”, “Millətlər Cəmiyyəti sadəcə Türkiyəni dəvət edə bilmək üçün öz qanunlarını dəyişdirir”, “O, Əlifba inqilabı etdi”, “O, həm də bütün insani xüsusiyyətləri ilə bir örnək idi – Ata (Lider!) örnəyi, Türk örnəyi – Atatürk örnəyi”, “ATATÜRK: Dünən, Bugün, Sabah”, “Atatürk bizim içimizdən bir nəfərdir”, “Atatürk Ömürlüyü” kimi bölümlərdən ibarətdir.

 Dünən – Atatürkün haqqa qovuşduğu 10 noyabr günü, “Dünyanın itirdiyi Böyük İnsan”  kitabı Xəzər Universitəsində ictimaiyyətə təqdim olundu. Universitetin düzənlədiyi “Atatürkü anım” adlı ədəbi-bədii tədbir çərçivəsində gerçəkləşən təqdimatda Türkiyə Böyükelçiliyi, TÜSİAB və Azərbaycanda Atatürk Mərkəzinin nümnayəndələri, QHT  nümayəndələri, respublikamızın tanınmış ziyalıları, tələbələr və KİV təmsilçiləri iştirak etdi.

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az