Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xalq yazıçısı Mehdi Hüseynin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təkilatçılığı ilə baş tutan təntənəli yubiley gecəsində nazir Əbülfəz Qarayev çıxış edib. Nazir M. Hüseynin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olduğunu vurğulayıb: “Mehdi Hüseynin ssenariləri əsasında çox gözəl ekran əsərləri yaradılıb. Onun xatirəsi hər zaman əziz tutulub. Mehdi Hüseyni yaşatmaq, onu təbliğ etmək hər birimizin borcudur”. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Mehdi Hüseyninin XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olduğunu deyib. Yubiley gecəsində akademik Bəkir Nəbiyev "Mehdi Hüseynin yaradıcılıq yolu" adlı məruzə ilə çıxış edib. Akademik Teymur Bünyadov isə Mehdi Hüseynlə bağlı xatirələrini danışıb.
Çıxışların sonunda ədibin oğlu Əli Hüseynov çıxış edərək, ilk növbədə, atasının 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam vermiş dövlət başçısı İlham Əliyev cənablarına, silsilə yubiley tədbirlərinə əməyi keçən bütün hər kəsə xalq yazçının ailəsi adından minnətdarlıq ifadə edib.
Daha sonra tanınmış sənətçilərin iştirakı ilə maraqlı bədii hissə təşkil olunub.






YENİLİKLƏR