Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

B.Aksoy: "Dünya Gənc Türk Yazarlar Birliyi bu vaxtadək ciddi çalışıb"

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Bakıda keçirilən Türk Dünyası Gənclər Birliyinin növbəti - VIII Liderlər Toplantısında qurumun yeni rəhbərliyi formalaşdırılıb. Birliyin İcraiyyə Komitəsinin yeni seçilən sədri, doktor Bülent Aksoy "Türküstan"a müsahibəsində təşkilatın fəaliyyəti və gələcək planları barədə danışıb. Qeyd edək ki, B.Aksoy Türkiyənin qocaman təşkilatlarından olan Türk Ocaqları baş katibinin müavinidir. Bu baxımdan, ona ilk sualımız bir müddət öncə Azərbaycanla Türkiyə arasında "sərhəd" məsələsi ilə bağlı yaşanan arzuolunmaz proseslə bağlı oldu  

Tanıtım: Bülent Aksoy 1976-cı ildə Türkiyənin Giresun şəhərində doğulub. 1997-cü ildə Ankarada Qazi Universitesinin coğrafiya müəllimliyi bölümünü bitirib. 2004-cü ildə coğrafiya müəllimliyi üzrə doktorluq müdafiə edib. O zamandan da Qazi Universitesində müəllim kimi çalışmaqdadır. 2002-ci ildən bu yana Türk Ocaqları Gənclik Qolunun genəl başqanı, həmçinin Türk Ocaqları baş katibinin müavinidir. Türk Dünyası Gənclər Birliyinin Bakıda keçirilən VIII Liderlər Toplantısında qurumun İcraiyyə Komitəsinin sədri seçilib.

- Azərbaycan insanı bütövlükdə Türkiyəni sevər. Amma Türkiyədə milli düşüncəni daşıyan insanlara, qurumlara Azərbaycanda ayrıca bir sevgi, sayğı var. O cümlədən, Türk Ocaqlarına... Bir müddət öncə Azərbaycanla Türkiyə arasında "sərhəd" məsələsi ilə bağlı yaranmış arzuolunmaz proseslərlə bağlı fikirlərinizi bilmək istərdik. 

- Bu olaylardan sonra Türk Ocaqları Genəl Mərkəzi və Gənclik Qolu olaraq biz açıq və birmənalı etirazımızı bildirdik. Ermənistanla sərhədlərin açılması mövzusunun son dərəcə xətalı bir qərar olduğunu, bunun yüzillər öncəyə dayanan "iki dövlət, tək millət" deyiminə zərbə vura biləcəyini xüsusi vurğuladıq. Və bu fikrimizi Türkiyə ictimaiyyətinə çatdırmaq üçün bir mətbuat açıqlaması yaydıq. Türk Ocaqlarının rəsmi veb-saytında, həmçinin 1911-ci ildən bu yana nəşr edilən "Türk Yurdu" dərgisində də genel başqanımızın bu açıqlamasını yayınladıq. Bundan başqa, Türk Ocaqları Gənclik Qolu olaraq Ermənistanla sərhədlərin açıqlamasına etiraz üçün bir imza kampaniyası başlatdıq. Bu imza kampaniyası saytımızda hələ də davam etməkdədir. www.turkocagi.org.tr saytımızı ziyarət etdiyinizdə bu kampaniya ilə qarşılaşa bilərsiniz. Biz Azərbaycan dövlətimizlə, Azərbaycan Türklüyümüzlə tamamən eyni fikirdəyik. Azərbaycanı ermənilərin gerçəkləşdirmiş olduğu işğal qarşısında yalqız buraxmırıq və qardaşlarımızın haqlı mücadilələrində dəstəkləyəcəyimizi bir daha vurğulamaq istəyirəm.

"Türk Ocaqlarının qapadılmasını Sovetlər Birliyi ilə Türkiyədən tələb etmişdi"

- Bizim istədiyimiz sürətlə olmasa da, hazırda Türk dövlətləri və toplumları arasında bir inteqrasiya prosesi getməkdədir. Türk Dövlətləri Parlament Assambleyası yaradıldı, ortaq televiziya olan TRT-AVAZ yayınlanmağa başladı. Türk birliyi uğrunda 1912-ci ildən bu yana fəaliyyət göstərən Türk Ocaqlarının indi bu yöndə hansı layihələri var?

- Bildiyiniz kimi Sovetlər Birliyi dağıldıqdan sonra ikiqütblü dünyadan, təkqütblü dünyaya keçildiyində Türk Dünyası ilə bağlı ilk çalışmalara başlayan milliyətçi qurumlardan biri də Türk Ocaqları oldu. Bu məqsədlə, 1992-ci ildə Türk Ocaqlarının təşəbbüsü və dəstəyi ilə Dünya Türk Gənclər Birliyi quruldu. Dünya Türk Gənclər Birliyi 1992-ci ildən bu günədək Atlantik okeanından Çinə qədər, Sibirdən Əfqanıstana qədər olan və 10 milyon kilometrə qədər ərazini əhatə edən bu geniş coğrafiyada yerləşmiş Türkləri bir araya gətirmək, bunları yaxınlaşdırmaq kimi önəmli bir vəzifəni yerinə yetirməkdədir. İlk illərdə tanışlıq xarakteri daşıyan bu toplantılar, qurultaylar sonradan Türk Dünyasının problemlərinə çözüm axtarmaq yolunda da böyük bir boşluğu doldurmağa başladı. Türk Ocaqları Türkiyədə milliyətçi qurumlar içərisində Türk Dünyasına ən duyarlı, ən diqqətcil təşkilatdır. Ötən əsrin əvvəlində Türk Ocaqları yaranarkən onun qurulmasında tək Türkiyənin deyil, Qafqaz və Orta Asiyadan da böyük ziyalılar iştirak ediblər. Bu mənada Azərbaycandan Əhməd Ağaoğlunu, Kırımdan Yusuf Akçuranı xatırlamağımız lazımdır. Onlar da İstanbula gələrək Ziya Göyalpla və digər milliyətçi aydınlarla Türk Ocaqlarının qurulmasında və "Türk Yurdu" dərgisinin nəşrə başlamasında önəmli addımlar atıblar. Qurulmasından indiyədək Türk Ocaqlarının Türk dünyasına ilgisi heç bir zaman azalmamışdır. Təsadüfi deyil ki, Sovetlər Birliyi ilə Türkiyə ilə anlaşmaların olduğu 1918-20-ci illərdə Moskva Türk Ocaqlarının qapadılmasını türk dövlətindən istəmişdir. Və o dönəmdə Türk Ocaqları bir müddət fəaliyyətini dayandırıb. Ancaq 1925-ci ildən yenidən fəaliyyətini bərpa edib. 1931-49-cu illərdə yenə bir kəsinti yaranıb. 1949-cu ildən günümüzə qədər Türk Ocaqları həm Türkiyədəki türk milliyətçiliyi davasını, həm də Türk Dünyasına yönəlik layihələri ortaya qoyan ən əzimli təşkilatdır. "2007 də Türkiyə prezidentinə təqdim etdiyimiz təkliflər tədricən reallaşır"

 - Türk Ocaqlarının gələcəklə bağlı hansı layihələri var?

- Dünya Türk Gəncləri Birliyi Türk Ocaqlarının Türk Dünyasına yönəlik bir layihəsidir. Amma 2007-ci ildə indiki Türkiyə prezidenti vəzifəsində başladıqda biz Türk Ocaqları mərkəz heyəti olaraq onunla görüşüb, təkliflərimizi 10 səhifəyə yaxın bir layihə şəklində təqdim etdik. Bu layihənin əhəmiyyətli bir hissəsi Türk dünyası ilə bağlı idi. Bu təkliflərdən bir qismi artıq həyata keçirilib ki, bunlardan biri də "TRT-AVAZ"dır. Bütün Türk dünyasına xitab edən bir televiziyanın belə qısa müddətdə fəaliyyətə başlaması sevindirici bir hadisədir. İnşallah, Türk dünyasının birliyinə yönəlik layihələr bundan sonra da davam edəcək.

- Adətən, Türk Birliyi ilə bağlı toplantılara, o cümlədən Dünya Türk Gəncləri Birliyinin toplantılarına qatılanların bəziləri bu səfərləri sanki bir turist kimi gəlirlər. Qurultaylarda qaldırılan məsələləri də geri döndükdə unudurlar. Yeni vəzifənizə başladıqdan sonra nələri etməyi düşünürsünüz?

 - Dediyiniz iradı qismən bölüşmək istəyirəm. Bu toplantılara qatılan nümayəndələrin bir qisminin müzakirə edilən məsələlər haqda bilgilərinin və maraqlarının olmadıqlarını təəssüflə müşahidə edirik.

- Hətta bəziləri qurultayda onlara verilən sənədləri, kitabları mehmanxanalarda qoyub gedirlər...

 - Bəli, belə hallar da var. Mən 2004-cü ildən bəri mən  Dünya Türk Gəncləri Birliyinin qurultaylarına qatılıram. Və hər zaman belə hallarla rastlaşarkən, bu haqda Türk Ocaqlarının rəhbərliyinə məlumat verirəm. Yeni seçildiyim vəzifəni layiqli bir şəkildə daşımaq üçün artıq fikrimdə müəyyən düşüncələrim var. Bunlardan biri qurultaylararası dövrdə fəaliyyətin aktiv tutulmasıdır. Bu gün Türk dünyasının önündə duran başlıca problem Azərbaycan torpaqlarının işğalının nə zaman sona çatmasıdır. Həmçinin, bu gün Türk dünyasının iki qanayan bölgəsi var: Kərkük və Doğu Türküstan. Bundan əlavə Rusiya tərkibində olan türk xalqlarının assimliyasiyaya uğraması bir problemdir. Hazırda Əfqanıstanda İran və Pakistan özlərinə yaxın etnik qruplara dəstək verdikləri üçün oradakı özbəklər və türkmənlər taleyin ümidinə buraxılmış durumdadırlar. 

 - Güney Azərbaycan ...

- Təbii. İranda 35 milyona yaxın Güney Azərbaycan türkünün milli kimlik və mədəniyyətlərini qoruyub saxlamaqları, varlıqlarını davam etdirmələri də Türk dünyasının ən ciddi problemlərindəndir. Türk dünyası coğrafiyası böyük olduğu üçün onun bütün problemlərini də asanlıqla və qısa zaman kəsiyində həll etmək mümkün deyil. Amma biz onlara  imkanımız çatan dəstəyi verməliyik. Rusiyadakı türksoylu xalqların assimiliyasiya və saylarının azalması kimi problemləri var. Putin iqtidara gəldikdən sonra Rusiyada imperiyapərəst siyasət tətbiq olunmağa başlayıb. Həm bu qurultaylar vasitəsilə, həm də davamlı təmaslar vasitəsilə Sibirdə və Ural boyunda olan qardaşlarımızın öz varlıqlarını qoruyub saxlamalarını dəstəkləməyimiz gərəkdir. "Yeni dönəmdə gənc türk yazarlarına dəstəyi artıracağıq"

- Türk gəncliyi arasında mədəniyyət sahəsində əlaqələr sizi qane edirmi və bu yöndə hansı işləri görməyi düşünürsünüz?

 - Dünya Gənc Türk Yazarlar Birliyi təşkilatımızın təməl qurumlarından biridir. Yaxın vaxtlarda da yaranmasının 10 illiyi tamam olacaq. Bu vaxtadək Dünya Gənc Türk Yazarlar Birliyi ciddi çalışıb. Biz gənc türk yazarlarına verilən dəstəyi yeni rəhbərlik dönəmində artıracağıq. Onların bizə təqdim edəcəyi layihələrə diqqətli olacağımızı bəyan edirəm. Bu dəstək gənc yazarların görüşlərinin təşkil edilməsi, onların əsərlərinin tanıdılması şəklində ola bilər. Yetər ki, Dünya Gənc Türk Yazarlar Birliyindən bizə təkliflər gəlsin. 



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib yazar, 24 İyun, 2009 04:08:48
    BÜLENT AKSOY BEY EFENDİYE DEYERLİ FIKIRLERINDEN DOLAYI TEŞEKKÜR EDİREM. TÜRK DÜNYASININ CİDDİ VE YETERİNCE YETKİN DÜŞÜNCEYE MALİK BELE GENCLRİNE HER ZAMAN İHTİYACI VARDIR. TANRI SİZLERİ GORUSUN!

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az