Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni muğam müsabiqəsi başlayacaqdır

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni muğam televiziya müsabiqəsi başlayacaqdır.
 
 Yanvarın 5-də müsabiqənin seçim turu başa çatmış, yarışmada iştirak edəcək iyirmilik müəyyənləşdirilmişdir. Seçimlər əvvəl bölgələrdə, sonra Sumqayıt və Bakıda aparılmışdır.
 
 Üçüncü dəfə keçiriləcək müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalmışdır. Buraya xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov, habelə Nadir Axundov daxildirlər.
 
 M.İbrahimov vurğulamışdır ki, bundan əvvəlkində olduğu kimi, növbəti müsabiqədə də seçim SMS-lə deyil, yalnız münsiflər heyətinin qərarı ilə tam şəffaflıqla aparılacaqdır.
 
 Xalq Artisti demişdir ki, Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə fevralın 1-dən etibarən AzTV ilə canlı yayımlanacaqdır.
 
 Muğam televiziya müsabiqəsi ilk dəfə 2005-ci ildə keçirilmişdir. İkinci dəfə 2007-ci ildə təşkil edilən müsabiqənin qalibləri Elməddin İbrahimov və Güllü Muradova olmuşlar.


 BAKI. 07.01.2011. AzərTAc



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az