Yanvarın 22-də AVMVB Sumqayıt şəhər təşkilatında Əskişəhirdəki (Türkiyə) “Bəylərbəyi Qonağı” Muzeyinin rəhbəri, ortopodik həkim Niyazi Çapa, ünlü pedaqoq-yazar Huriye Saraç, Osman Qazi Universitetinin professoru Tamella Abbasxanlı ilə görüş keçirilmişdir.
Görüş zamanı qonaqlara, Sumqayıt şəhərinin tarixi, bu günü, iqtisadiyyatı, sənayesi, əhalisi, şəhərin QHT sektoru, o cümlədən AVMVB Sumqayıt təşkilatı və təşkilatın nəzdində yeni yaradılmış Qarabağ Tədqiqatları Mərkəzi haqqında geniş bilgi verilmişdir.
Qonaqlar Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən çox məmnun olduqlarını və bu münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirdilər.
Sonra qonaqların Sumqayıtın görməli yerlərinə ziyarəti təşkil edildi, onlara şəhərin tarixini əks etdirən hədiyyələr təqdim olundu.
***
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) sədr müavini, Birliyin Sumqayıt şəhər təşkilatının sədri Mübariz Quliyev bu günlərdə (13 – 16 Yanvar 2011 ci il) qardaş Türkiyədə səfərdə olmuşdur.
Səfərə Avrasiya Ekonomik İlişkilər Dərnəyinin başqanı Hikmət Ərən tərəfindən dəvət olunan Mübariz Quliyev, onunla və bir sıra digər şəxslərlə (o cümlədən Azərbaycanın Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları fəalları ilə) işgüzar görüşlər keçirmişdir.
Mübariz Quliyev Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr olunacaq və Türkiyənin geniş nümayəndə heyətinin iştirakı ilə Bakıda və Sumqayıtda düzənlənəcək konfransa hazırlıq məsələlərini də geniş müzakirə etmişdir. Qeyd edək ki, həmin konfrans Avrasiya Ekonomik İlişkilər Dərnəyi, TÜRKSAM, AVMVB, ATXƏM və DGTYB-nin təşkilatçılığı ilə gerçəkləşdiriləcəkdir.







YENİLİKLƏR