Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Türk Dünyasının Gənc Liderləri Bakıda toplanır

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image
Belə ki, Dünya Türk Gəncləri Birliyinin VIII Liderlər Toplantısının açılış mərasimi mayın 23-də Hyatt Regensy "Quba" zalında hökumət nümayəndələri, millət vəkilləri, gənclər birliklərinin iştirakı ilə keçiriləcək.

May ayının 26-a kimi davam edəcək toplantıda türk dövlət, muxtar dövlət və topluluqlarında fəaliyyət göstərən gənclər birliklərini təmsil edən gənc liderlər və DTGB ilə daimi əməkdaşlıq edən KİV nümayəndələri iştirak edəcəklər.

Türk Dünyası Gənclik Günləri və Qurultayları arasında keçirilən Liderlər Toplantısı Dünya Türk Gəncləri Birliyi tərəfindən təşkil olunur. Qeyd edək ki, bu ilki Toplantı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və TİKA-nın dəstəyi ilə keçirilir.

Toplantının açılış günü iştirakçılar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı, “Şəhidlər Xiyabanı” və türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edəcəklər. Daha sonra nümayədələr komissiyalar üzrə müzakirələrə başlayacaq. Ayın 24-də gün ərzində komissiyalar üzrə müzakirələr davam etdiriləcək və günün sonunda Toplantının yekun sənədləri qəbul ediləcəkdir.

Toplantının proqramına əsasən may ayının 25-də nümayəndələrin Milli Məclisdə görüşü olacaqdır.

Qeyd edək ki, DTGB 1992-ci ildə Kazanda əsasən keçmiş SSRİ ərazisində yaşayan türksoylu xalq və topluluqları təmsil edən gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi qurultayda təsis edilmişdir. Birliyin yaranmasının ilk təşəbbüsçüləri Tatarıstandan «Azadlıq» Gənclər Təşkilatı, Başqırdıstandan Demok¬ratik Gənclər İttifaqı, Balkar Gənclərinin «And» Təşkilatı və Kırım-Tatar Məclisinin gənc üzvləri olmuşlar. DTGB-nin ilk Qurultayında (1992, Kazan/Tatarıstan) 8 nümayəndə heyəti iştirak etmişdirsə, 13-cü Qurultayda (2007, Ohri/Makedoniya) 36 nümayəndə heyəti iştirak etmişdir.

Bu günə kimi bir dəfə Türk Dünyası Gənclik Günləri və Qurultayı (2000), iki dəfə isə Liderlər Toplantısı (1993, 1997) Bakıda keçirilmişdir. Hazırda respublikamızı DTGB-də Gənclər Təşkilatlarının Milli Şurası təmsil edir. VIII Türk Dünyası Gənclik Günləri və Qurultayında təsis olunmuş Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbərliyi (1998-ci ildən) və DTGB İcraiyyə Komitəsi (2000-ci ildən) Bakıda fəaliyyət göstərir. DTGB-yə 1992-ci ildə Qarif İrik (Tatarıstan), 1992-ci ildən 1998-ci ilədək Talqat Əhmədişin (Tatarıstan), 1998-ci ildən 2000-ci ilədək Yaqub Dəliöməroğlu (Türkiyə) rəhbərlik etmişlər.

Hazırda DTGB-yə dr. Həsən Ali Karasar (Türkiyə), DTGB İcraiyyə Komitəsinə millət vəkili Əkrəm Abdullayev (Azərbaycan), Dünya Gənc Türk Yazarlar Birliyinə yazıçı-publisist Əkbər Qoşalı (Azərbaycan), Türk Dünyası Gənc Elm Adamları (Akademistlər) Birliyinə dr. Dosay Gəncata (Qazaxıstan), Türk Dünyası Gənc İlətişimçilər (Media Mənsubları) Birliyinə isə dr. Şəmsəddin Kuzəçi (Kərkük-İraq) rəhbərlik edir. 

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az