Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Yusif Günaydının 60 yaşına

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Tanınmış telejurnalist, ədəbiyyatşünas alim, əlitəmiz müəllim, özgün yorumlar müəllifi olan politoloq, istedadlı çevirmən… - Onun “titul”larının hamısı bu deyil, təbii. – Mən Yusif Günaydının ictimaiyyət tərəfindən tanınan fəaliyyət yönlərini qeyd etdim burada. Ancaq onunla bir yerdə çalışan, yoldaşlıq etmiş, sevinc bölüb çoxaltmış, kədər bölüb azaltmış insanlar üçün daha bir çox diqqətçəkici məqamlardan söhbət açmaq mümkündür. Bu mümkünat içində bütün yönləri, özgü özəllikləri birləşdirən ən uğurlu sözü isə axtarmağa dəyməz, çünki o söz Yusif müəllimin adı ilə qoşa çəkilir: GÜNAYDIN! – YUSİF GÜNAYDIN! Onunla hər görüş münasibətlərdə, əməli çalışma alanlarında, həssas məqamlarda irəliyə daha bir addımdır, qalxınmadır. Onunla söhbət könül xoşluğu, qəlb rahatlığıdır. Onun yazdıqları yenilikdir, aydınlıqdır, günaydınlıqdır!..
Yəqin hər kəs yaxın zamanlarda Azərbaycan teleməkanında yayımlanan “Həzrət Yusif” filmini izlədi. – Bilirsiz, ad onu daşıyanın ömrünə hopmursa, daşıyanı tərəfindən hörmətlə tutulursa bu başqa aləm olur. Mən “Yusif kimi gözəl Yusif” deyiminin də, daşıdığı adın təcallasının da onun yaşam və yaradıcılığında şəkilləndiyinə inanıram.
Yusif Günaydın aydınlığı mübahisəgötürməyən bir gerçəklikdir. Onda adının işığı var. Və nə yaxşı, adında (imzasında) da onun yaradıcılığının işığı yansıyır… Hər insan daha öncədən mövcud olmuş ada (adına) yeni keyfiyyət qazandırmırsa, daha nə oldu!?. Yusif müəllim adının da, təxəllüsünün də mahiyyətinin fərqində olan insandır. Özü də söhbət bugündən getmir, şəxsən mən Yusif müəllimi tanıdım-tanıyalı onu arayan, axtaran, OXUYAN, öyrənən və öyrədən gördüm. Gördüm ki, onun qələmi ürəyinə tərəf çəkir, yazdıqları könül qoxuyur.
Yusif müəllimi bizə - Dünya Gənc Türk Yazarlar Birliyinə (DGTYB) doğma qılan bütün bu deyilənlərin yanısıra həm də başqa bir özəlliyidir. Təbii ki, bu özəlliyin adı türkçülükdür. Ən gözəli nədir, bilirsizmi? – Onun türkçülüyü, necə deyim ibtidai (yaxud kor-koranə) türkçülük deyil; o, bu böyük adın, keçmiş əzəmətin kölgəsində xumarlananları qəbul etməyən, bu milli ideoloji kursu dolulalşdırmağa tərəfdar olan, bununçün çalışan insandır. Onu bu qutsal aqibət münasibəti ilə təbrik edirəm!

Əziz Yusif müəllim, yubileyiniz qutlu olsun!

Sayğılarımla,

Əkbər QOŞALI

DGTYB başqanı



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib AYBENİZ, 01 Fevral, 2011 06:44:49
    yubleyiniz mübarek, güzel insan!

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az