Bakı, 4 may (AzərTAc). Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədri, şair Əkbər Qoşalı bildirmişdir ki, "Yeni nəsil Azərbaycan ədəbiyyatının təbliği" layihəsi əsasında "Çağdaş Azərbaycan şeiri" antologiyasının II cildi nəşrə hazırlanır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə buraxılacaq kitabda yaşı 50-yə qədər olan ədəbiyyat nümayəndələri barədə məlumat veriləcəkdir.
Bundan başqa, türk dünyası ədəbi gəncliyinin ortaq elektron versiyasının yenidən hazırlanması, həmçinin Azərbaycanda fəaliyyət göstərən ədəbi qurumlar haqqında ilk "Sorğu kitabı"nın nəşri nəzərdə tutulmuşdur.







YENİLİKLƏR