Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

“Vicdan susanda”nın yeni nəşrinin təqdimat mərasimi keçirilib

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image Bakı. Ülkər Qasımova - APA. M. F. Axundov adına Milli Kitabxanada əməkdar incəsənət xadimi, yazıçı Vidadi Babanlının “Vicdan susanda” adlı romanının yeni nəşrinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirin əvvəlində qonaqlar yazıçının həyat və yaradıcılığına həsr edilmiş kitab sərgisi ilə tanış olublar. Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan ədəbiyyatında V. Babanlının özünəməxsus yerindən, illər keçsə də, əsərlərinə olan marağın daha da artmasından və yeni nəşrlərin vacibliyindən söhbət açıb. Milli Məclisin üzvü, Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov yazıçının yaradıcılığı haqqında geniş məruzə edib. Fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev çıxışında Vidadi Babanlının yüksək peşəkarlıq və ustalıqla yazıb-yaratdığı və insani duyğuları əks etdirən əsərlərindən danışıb. Filologiya elmləri doktoru, tənqidçi Akif Hüseynov, “Azərbaycan” jurnalının baş redaktor müavini, filologiya elmləri namizədi, tənqidçi Vaqif Yusifli, filologiya elmləri doktoru, tənqidçi Rüstəm Kamal, şair-publisist Taleh Həmid, yazıçı-publisist Xeyrəddin Qoca da yazıçının əsərləri haqqında düşüncələrini bölüşüblər. Sonda əməkdar incəsənət xadimi Vidadi Babanlı ona göstərilən diqqətə görə təşəkkürünü bildirib.


Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az