Səxavət SÜLEYMAN(Mingəçevir)
ARZULAMIRAM
Hər yaşın, dövranın öz görkəmi var,
Qocaya cahillik arzulamıram.
Təbət insanln düşər gözündən,
Hər quşa şahinlik arzulamıram.
Ana təbiətə sığınsan bir an,
Neçə gözəlliyə olarsan heyran.
Oxuna tuş gəlsə balalı ceyran,
Ovçuya mahirlik arzulamıram.
Səxavət, demə ki, bəhrəsi boldu,
Bir yandan cücərdi, bir yandan soldu,
Bir cətin sənətdi bir ağır yoldu,
Heç kəsə şairlik arzulamıram.
***
Daha ayrılıqa tablaşa bilməm,
Söylə, sən ürəyi, qəlbi daşmısan.!?
Sənə xəyalanda çata bilmirəm
Gör məndən nə qədər uzaqlaşmısan.
Tək bircə şəkilin qalıb əlimdə,
Nə vaxtı üzumun hayası getdi.
Gecələr o qədər basdım bağrıma,
Əzildi onun da boyası getdi.
Şaxta da, sazaq da toxuna bilməz,
Sən mənim ömurümə, əbədi gülsən.
Səni and verirəm bu saf eşqimə,
Qayıt, gəl yanıma, qayıda bilsən...
DAHA SOLDU,
BU SEVGİNİN BAHARI
Külə dönmüş arzuların birisən ,
Ürəyimdə iki qəm var, biri sən.
Sənki, bunu özün yaxsı bilirsən,
Daha soldu, bu sevginin baharı.
Gördüklərin bir gecəlik yuxundu,
Düşünməki xoşbəxtliyin, yoxundu,
Çiçəyinə qış nəfəsi toxundu,
Daha soldu bu sevginin baharı.
Səxavətəm, becərərəm sən gətir,
Cadar olmuş torpağına, çən gətir,
Yenə bitməz, xəzəlindən dən gətir,
Daha soldu bu sevginin baharl.
***
Dərd köksünə, bir dərd olub, təpərəm,
Yaram üstə, yaralı duz səpərəm,
Kövrələndə, gözlərindən öpərəm,
Yanağına qoymaram ki, yaş dəyə.
Bir vüsalla, min həsrəti talayıb,
Üşüyəndə qəmdən ocaq qalayıb,
Kipriyimlə kipriyini calayıb,
Yanağına qoymaram ki, yaş dəyə.
Daha illər həsrətimlə barışıb,
Səxavətin eşq oduna alışıb.
Ürəyini dilə tutub danışıb,
Yanağına qoymaram ki, yaş dəyə.
Yorumunuz
Şərhlərə görə (2 göndərilib)
-
Yerləşdirilib Akem XAQAN, 18 Mart, 2011 05:42:07"Arzulamiram" şerində həqiqi bir şair qəlbinin döyüntüləri diqqət çəkir. Yaxşıdı. İkincisi, məncə zəifdir - qəlblə yox, qələmlə yazılı-sönük... Ugurlar diləyirəm.
-
Yerləşdirilib Elşən Əzim, 17 Mart, 2011 06:09:30Hörmətli Əkbər bəy, yurdumuzun bölgələrindən olan gənc yazarların əsərlərini dərc rtməyiniz təqdirəlayiq haldır. Səxavət istedadlı gəncdir, onun ayrı-ayrı deyimlərindən gözəl şair olacağı açıqca hiss olunur







YENİLİKLƏR