Bakı. Ülkər Qasımova - APA. Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Rafiq Babayev adına Musiqi Məktəbinin 30 illik yubileyi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən məktəbin direktoru Əmirhüseyn Hüseynov 30 ildir, fəaliyyət göstərən musiqi məktəbinin Azərbaycan incəsənəti üçün tanınmış simalar yetişdirdiyini vurğulayıb. Ə. Hüseynov musiqi məktəbinin Rafiq Babayevin adını daşımasının önəmini qeyd edib. Musiqi məktəbində bir çox tanınmış simaların yubiley tədbirlərinin, xatirə gecələrinin keçirildiyini deyən məktəb direktoru bu yaxınlarda musiqi məktəbində bəstəkar Oqtay Zülfüqarovun yubiley tədbirinin keçirildiyini bildirib.
Yubiley tədbirində məktəb şagirdlərinin ifasında Vasif Adıgözəlovun “Bayram suitası” ifa olunub. Məktəbin 30 illik fəaliyyətinin əks etdirən filmin nümayişindən sonra bəstəkar Cahangir Zülfüqarovun “İthaf” əsəri səslənib.







YENİLİKLƏR