Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

VI Beynəlxalq Türk İncəsənəti sərgisi açıldı

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Aprelin 1-də Milli Azərbaycan Tarixi Muzeyində VI Beynəlxalq Türk İncəsənəti sərgisinin açılışı olub.

 Lent.az-ın məlumatına görə, sərgi Milli Azərbaycan Tarixi Muzeyi, Akşehir Foto İlgililəri Dərnəyi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Sərgini açan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, Türk incəsənəti tarix boyunca Anadolu və Orta Asiyada memarlıqdan naxışlamağa, ev sənətkarlığına qədər bir çox sahədə öz damğasını vurub: “Şərqdən gətirilən elementlərlə Anadolunun yerli materialları və ənənəvi texnikası əslini pozmadan birləşib. Azərbaycanın möhtəşəm incəsənət və memarlıq keçmişi də daxil olmaqla, XI əsrdən başlayaraq Anadolu, memarlığında söz sahibi olan Anadolu səlcuqları məscid, mədrəsə, türbə, karvansara, mehmanxana, hamamlar, pavilyonlar, saray və körpülər, eləcə də bir sıra müxtəlif tikililərin əsasını qoyublar. Onlar zaman-zaman inkişaf edib və digər əsaslı dəyişikliklərə nail olublar. İnkişaf etmiş cəmiyyətin düşüncələrini, sənət zövqlərini və mədəni xüsusiyyətlərini əks etdirərək, ənənəvi özəlliklər qazanıb. Zaman keçdikcə fəth edilən Anadolu torpaqlarında da bu incəsənət anlayışı işlədilib”.
Mərasimdə Milli Azərbaycan Tarixi Muzeyi, “Miras” İctimai Birliyi və “Active Media” Şirkətinin birgə istehsalı olan, türk obalarının mənəvi mədəniyyətində axır çərşənbənin yerindən bəhs edən “Axtaçı obası: Tərəkəmə çərşənbəsi” filmi təqdim olunub.
Daha sonra “Türk –islam incəsənəti və memarlığı” seminarında Fariz Xəlilli “Mədəni irsimiz incəsənət, memarlıq və sənətkarlıq”, Mehmet Rıhtım “İslam incəsənəti: Xəttatlıq, miniatür, təzhib”, Ahmet Aytac “Türk incəsənətinin Qərb mədəniyyətinə təsiri” və digər mövzularda məruzələr dinlənilib.
Qeyd edək ki, iki gün davam edəcək VI Beynəlxalq Türk İncəsənəti sərgisində nümayiş olunan əsərlərin kataloqu Türkiyədə nəşr olunacaq.

Xəyalə



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az