Azərbaycan-Türkiyə hökumətlərarası Ortaq İqtisadi Komissiyasının Altıncı İclasının Protokoluna (V maddə, 6-cı bənd) əsasən qardaş ölkədə gənclər alanında çalışan mütəxəssis və gənclik ictimaiyyətinin nümayəndələrindən ibarət 10 nəfərlik heyət Azərbaycana rəsmi səfərləri çərçivəsində bu gün Atatürk Mərkəzində olmuşlar. Qonaqları salamlayan Mərkəzin İctimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı onlara qurumun tarixi, fəaliyyət prinsipləri, strukuru və nəzərdə tutulan işlər barədə bilgi vermişdir. Ə.Qoşalı həmçinin iki qardaş ölkənin gənclər siyasəti alanında işbirliyi, bu yöndə keçilmiş yol və qarşıda duran görəvlər barədə fikirlərini bölüşmüş, qonaqların respublikamıza səfər təəssüratları ilə maraqlanmışdır. Qardaş ölkə nümayəndə heyətinin başçısı, Türkiyə Gənclik və Spor Gənəl Müdürlüyünün yetkilisi Mustafa Cənk Azərbaycana səfər proqramlarının zəngin olduğunu, təcrübə mübadiləsi üçün göəzl fürsət qazandıqlarını, yeni layihələr üçün ilkin razılaşmaların əldə olunduğunu bildirmiş və respublikamızada gördükləri qonaqpərvərlikdən məmnun olduqlarını ifadə etmişdir. Nümayəndə heyətinin üzvlərindən Dəniz Siğan, Zəfər Aslantaş, Tarik Göydəmir, Şükran Avçı və başqaları da qardaş ölkələrin gənclər siyasəti alanında daha dərin işbirliyinin önəminə vürğu yapmışlar.
Görüşdə Azərbaycanda fəaliyyət göstərən bir sıra gəncləər təşkilatlarının liderləri, o cümlədən dr. Elməddin Behbud, Nailə İsmayılova, Gülnarə Bağırlı, Gülsel Səfərli, Nərgiz Eyvazova, Fərman Salmanlı və başqaları da də iştirak və çıxış etmişlər.
Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında hökumətlərarası müqaviləyə əsasən Azərbaycan tərəfdən Gənclər və İdman Nazirliyi, Türkiyə tərəfdən isə Başbakanlıq yanında Gənclər və Spor Gənəl Müdürlüyü qarşılıqlı tanışlıq səfərlərini bundan sonrada davam etdirəcəklər.







YENİLİKLƏR