Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

“Türk Dünyasının birliyi ideyası və Heydər Əliyev”

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Bu mövzuda yeni araşdırmalara başlanılıb

 “Türk Dünyası info” ictimai birliyi (TDİB) 06.08.2010-cu il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Birliyin məqsədi türkdilli xalqlar və ölkələr arasında mədəni əlaqələrin inkişafına – Türk Dünyasının görkəmli ictimai-siyasi, elm, ədəbiyyat və mədəniyyət xadimlərinin tanıdılmasına, Türkdilli xalqların mədəniyyətinin öyrənilməsinə, türk xalqlarının qarşılıqlı dostluq əlaqələrinin daha da möhkəmlənməsinə kömək etməkdən ibarətdir.

 Birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2011-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi birinci maliyyə yardımı müsabiqəsinin qaliblərindən biri olaraq “Türk Dünyasının birliyi ideyası və Heydər Əliyev” mövzusunda yeni araşdırmalar adlı  layihənin həyata keçirilməsi işinə start vermişdir. Layihə əsasən orta və ali təhsil müəssisələrində oxuyan yeniyetmə və gənclərə ünvanlanıb.
 Birliyin başqanı ədri Dəyanət Osmanlının bildirdiyinə görə, layihə çərçivəsində Türk Dünyasının böyük dövlət və ictimai-siyasi xadimi Heydər Əliyevin həyat və fəaliyyəti örnəyində türk birliyi, türk mədəni birliyinin əsasları istiqamətində görülmüş işlərə nəzər salmaq, araşdırma və ümumiləşdirmələrin nəticəsi olaraq “Türk Dünyasının birliyi ideyası və Heydər Əliyev” adlı kitab nəşr ediləcək, eləcə də  “Türk birliyi ideyası: dünən, bugün, sabah” adlı konfransın düzənlənməsi nəzərdə tutulmuşdur. Sözügedən kitabda türk birliyi siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün yeni bir dinamika ilə davam etdirilməsi də əks olunacaqdır.
 Dörd ay müddətinə həyata keçiriləcək layihənin icrası məqsədilə hazırda uyğun materiallar üzərində iş aparılır.

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az