Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Elçin Əfəndiyev: “Bu gün əsərləri ən çox tamaşaya qoyulan yazıçı İlyas Əfəndiyevdir"

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 “İlyas Əfəndiyev öz əsərlərinin 95-97 faizini sovet dövründə yazıb. Sovet dövründə ədəbiyyat hakim ideologiyanın tərkib hissəsi idi. Təsadüfü deyil ki, hakim ideologiya yox olduqdan, Sovet İttifaqı çökdükdən sonra bir çox hakim ideologiyaların böyük yazıçı vəzifəsinə təyin etdiyi yazıçılar da o ideologiya ilə bir yerdə getdi”. SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında xalq yazıçısı Elçin Əfəndiyev söyləyib. Yazıçının sözlərinə görə, bu gün əsərləri ən çox tamaşaya qoyulan yazıçı İ.Əfəndiyevdir.
Əsərləri ən çox nəşr edilən müəlliflərdən biri, bəlkə də birincisinin də İ.Əfəndiyev olduğunu deyən E.Əfəndiyev bildirib ki, sovet dövründə yazılan bu əsərlər bu gün müstəqil Azərbaycanda yaşayan yeni ideologiya sahiblərinə təqdim olunur və bu günkü Azərbaycan oxucusu onu sevir.
Xalq yazıçısı əlavə edib ki, xalq İ.Əfəndiyevi sevməsəydi, bu kitablar nəşr olunmazdı. Bu günkü Azərbaycan tamaşaçısının İ.Əfəndiyev yaradıcılığını sevdiyini və bu yaradıcılığa ehtiyac duyduğunu dilə gətirən E.Əfəndiyev qeyd edib ki, mərhum ədib sovet hakimiyyəti dövründə yazıb-yaratmağına baxmayaraq, ideologiyaya yox, ədəbiyyata xidmət edib. “Ədəbiyyata xidmət etmək isə xalqa xidmət etməkdir. Ədəbiyyata xidmət etmək Yaradana, xalqa, həqiqətə xidmət etməyə bərabərdir. Ədəbiyyata xidmət etmək, eyni zamanda xalqın rifahına xidmət etmək qədər önəmli və müqəddəs bir işdir", - deyə E.Əfəndiyev bildirib.

(Jalə ,SİA)



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az