Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Səlim Babullaoğlunun “Ədəbi söhbətlər”i təqdim olundu

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Bu gün Azərbaycan Yazıçılar Birliyində şair-çevirmən, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlunun “Ədəbi söhbətlər” toplusunun təqdimat törəni düzənləndi. Təqdimatda AYB-nin katibi Rəşad Məcid, Kinorejissor Oktay Mirqasım, şair Əjdər Ol, əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, DGTYB başqanı Əkbər Qoşalı, şair Əlisəmid Kür, publisist Əülxani Pənah, jurnalist Rafiq Həşimov, naisr Məqsəd Nur və başqaları çixış edib, kitabın içəriyindən, missiyasından, müəllifin uğurlu yanaşmalarından söz açdılar.

 Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə nəşr olunan kitaba müəllifin dünyanın 10 ölkəsindən olan, habelə ölkəmizin müxtəlif tanınmış yazıçı və şairləri, naşırləri, sənət adamları və ictimai-siyasi xadimləri ilə elədiyi  söhbətləri daxil edilib.
 Söhbətlər “Dünya”, “Biz”, “Teleintervülər” kimi üç bölümdə, müsahiblərin adlarına uyğun olaraq əlifba sırası ilə sunulub. Şərqşünas alim Məsiağa Məhəmmmədinin “Profeesional söhbətlər” adlı giriş sözü ilə açılan 320 səhifəlik topluya Türkiyədən ədəbiyyat üzrə Nobel Ödülçüsü Orxan Pamuk, Ataol Bəhramoğlu, keçmiş böyükelçi Əhməd Ünal Çeviköz, ünlü şair Çingiz Bektaş, Ənvər Ərcan, Yasəmin Bayer, «Hürriyət–Göstəri» dərgisinin baş redaktoru Hami Çağdaş, Gülsüm Çingiz və Yeşim Ağaoğlu ilə, ABŞ-dan  «Azerbaijan international» jurnalının  baş redaktoru Betti Bleyerlə, Qırğızıstandan Dalmira Tilepbergenovayla, Bolqarıstan parlamentinin başqanı Georgi Pirinski ilə, Kanadada yaşayan ünlü Güneyli ədib Rza Bərahəni, yenə Güneydən Məzahir Şəhaməd və «Yarpaq» qəzetinin baş redaktoru Eyvaz Tahayla, Polşadan Vislav Paradzinski və  Marçin Vyeçoreklə, Ukrananın Xalq artisti Larisa Kadırova və Ukraynanın Xalq rəssamı Vladimir Slepçenko ilə, Böyük Britaniyadan Françeska Bird və Malika Bukerlə, İraqdan DGTYB-nin keçmiş İraq təmsilçisi Fevzi Əkrəm Tərzioğluyla, görkəmli rus şairi Rimma Kazakova, «Literaturnaya qazeta»nın baş redaktoru Yuri Polyakov, «Drujba narodov» jurnalının baş redaktoru Aleksandr Ebanoidze, Lüdmila Lavrova, Mixail Sinelnikov, Oksana Bulanova ilə, habelə Xalq yazıçıları Anar və Əkrəm Əylisli, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, şairlər Adil Mirseyid, Əjdər Ol,  Çingiz Əlioğlu, Əlisəmid Kür, ünlü bəstəçi Fərəc Qarayev, millət vəkili Hüseynbala Mirələmov, ünlü nasir Əli İldırımoğlu,  şair Ədalət Əsgəroğlu, habelə İmir Məmmədli, Rasim Qaraca, Nigar Həsənzadə, Yavuz Cəlillə olan maraqlı söhbətlər daxil edilmişdir. Kitab “Mütərcim” nəşriyyatında çapa hazırlananıb.

 Səlim oxucaya ünvanladığı müraciətində zaman-zaman bu söhbətləri öz səhifələrində çap eləyən “525-ci qəzet”, “Kaspi”, “Yeni Azərbaycan”, “Sənət” qəzetlərinin başçılarına təşəkkür edərək yazır: “Mənim böyük olmayan kitabxanamda tez-tez, təkrar-təkrar müraciət etdiyim kitablar var-Höteylə, Miloşla, Borxeslə, Eliotla, Dağlarcayla, Odenlə, Lotmanla, Brodskiylə, Şeymas Xiniylə olan «söhbət kitabları». Bu kitablar həmin adamların yazdığı qiymətli bədii mətnlərdən az təsir etməyib mənə. Bir başıyla həmişə sükut olan mütaliə prosesi bizə, sanki həmin söhbətlərin baş verdiyi məkana səssizcə daxil olub, bir küncə çəkilb danışılanları istədiyimiz vaxt dinləmək, özünü həm sual, həm də cavab verənin yerində hiss eləmək imkanı verib. Səbəbi çox adidi. Danışıq, «söhbət janrı» ədəbiyyatşünaslıqda təsbit olunmuş heç bir janra bənzəmir, o, yəni danışmaq, bizim bu dünyaya göz açandan bəri həyat adlı səbrli məktəbdə hər gün öyrəndiyimiz ən təbii, ən səmimi dərsdi, bəzən isə həm də müəllimdi. Bəlkə də bu kitabların təsirindəndir ki, həmkarlarımızla söhbət eləmək imkanını ya onlar Bakıya gələndə, ya mən xaricə səfərlər edəndə qaçırmamışam.Əlbəttə, bu söhbətlərin bir qismi şəxsi canatımla baş verməyib, eləcə mənim deyək ki, peşəkar jurnalist işimə, vəzifə borcuma görə baş tutub. Əlbəttə, bölmələr daxilində adları, söhbətləri əlifba sırasına görə yer almış müsahiblərimə, onların ədəbiyyatdakı yerinə, nüfuzuna görə münasibətlər də müxtəlifdir, fərqli olacaq, elə mənim də münasibətim fərqlidir. Əlbəttə müsahiblərimlə ya elə söhbət vaxtı, yaxud sonradan, xəyalən polemikaya girmişəm, ya təsdiq, ya inkar etmişəm nələrisə. Amma mənimçün bir şey dəqiqdir, bu adamların hamısı ilə və istisnasız ünsiyyət qurmaq mənim üçün zamanında eyni qədər maraqlı olub, bu söhbətlərin hamısı məni dəyişib. Və elə bu da həmin söhbətləri, vaxtında kitab haqqında düşünmədən etsəm də indi kitablaşdırmağa sövq edib məni, ümidləndirib ki, söhbətlər sizin üçün də eyni qədər maraqlı olacaq, sizi də dəyişəcək…”

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az