3 oktyabr 2011-ci il tarixdə Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dünyası Günü tədbiri keçirilib. Tədbirin təşkilatçısı Türk Ocaqları, Avrasiya Yazarlar Birliyi, Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) Avrasiya Araşdırmalar və Uyğulamalar Mərkəzi (AVAR) idi. Tədbir Türk Dünyası rəssamlarının rəsm sərgisi ilə açılıb.
Açılış nitqini Türk Ocaqları genel sekreteri, prof. Dr. Orhan Kavuncu, TOBB Ekonomi və Teknoloji Universitetinin rektoru, prof. dr. Güven Sak və AVAR başqanı, prof. dr. İhsan Çomak ediblər.
Daha sonra “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı və Avrasiya Yazarlar Birliyinin başqanı, dr. Yaqub Dəliöməroğlu Türk Ocaqları tərəfindən Türk Dünyasına Xidmət mükafatı ilə mükafatlandırılıblar. Mükafatları Türk Ocaqlarının Bakı Təmsilçisi Xəlil Öztürk və Türk Ocaqlarının başqanı Nuri Gürgür təqdim edib.
Tədbirin birinci oturumu Türkiyə Prezident Aparatının rəhbəri, prof. dr. Mustafa İsenin başqanlığı altında baş tutub. M.İsenin çıxışından sonra sabiq səfir, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Konseyi) baş katibi Xəlil Akınçı, TÜRKSOY başqanı Düsein Kaseinov, Türk Ocaqlarının başqanı Nuri Gürgür, Türk Dünyası Hüquqşunaslar Birliyinin başqanı, prof. dr. Bəxtican Əbdürrahim, Qazaxıstanda fəaliyyət göstərən Əhməd Yesevi universitetinin rektoru, prof. dr. Osman Horata, “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı çıxış ediblər.
Fasilədən sonra başlayan ikinci oturumda TRT AVAZ koordinatoru Adnan Süer, Yunus İmrə Vəqfinin təmsilçisi, TİKA müstəşarı, Türk Dünyası Mahnı Topluluğunun başqanı və s. Şəxslər çıxış ediblər.
Üçüncü oturumda isə Türk Ocaqlarının genel sekreteri, prof. dr. Orhan Kavuncu, dr. Murat Yılmaz, y. doç. dr. İhsan Çomak, Avrasiya Yazarlar Birliyinin başqanı, doç. dr. Yakub Dəliöməroğlu və s. şəxslər çıxış ediblər.
Tədbir zamanı digər iştirakçılar da çıxış edərək Türk Dünyasının hazırkı durumu, gələcəkdə görülməli olan işlərlə bağlı fikirlərini bildiriblər.
Sonda Gazi Üniversitesi Gençlik Korosu - Yesevi Hikmetlerinden bəstələnmiş ilahilər (Yeseviye) oxuyub.







YENİLİKLƏR