Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

ÜÇ GÜN DƏMİRƏLİN VƏTƏNİNDƏ… Əkbər QOŞALI

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image Bu günlərdə Göllər bölgəsi Yazarlar Dərnəyinin dəvətlisi olaraq qardaş Türkiyədə səfərdə oldum.
«Varsın, səni ömrüncə əzabın qolu sarsın,
Şair! Sən üzüldükcə, öldükcə yaşarsın»

-bu qatılımçılara göndərilmiş dəvətiyənin yuxarı başında yazılmış mübarək «qarğış» idi. …Yola «qarğış»la başlamaq da bir yazıymış. Üstəlik də Ankara-İsparta yolçuluğumuzu gerçəkləşdirdiyimiz «Kamil-Koç» şirkəti amtobuslarında hər oturacağın «cibinə» qoyulmuş «Yolçuluk» adlı dərginin bir neçə saatlıq yolçuluq boyu əsl yoldaşlıq etdiyini deməliyəm. Gizlətmirəm bir nəqliyyat şirkətinin bunca nəfis, estetik və də bunca ədəbi-fəlsəfi ağırlıqlı, həyat və yaşam dolu bir dərgi araya-ərsəyə gətirməsi şükranlığa layiqdir. Hələ-hələ heç bir çox hallarda adını ədəbiyyat dərnəyi, mədəniyyət qurumu qoyan bir çox quruluşların ədəbiyyat adına nəşr etdikləri dərgilər ələ alınası deyilsə bir nəqliyyat şirkətinin nəşrinin dəyəri daha da artmış olur.
***
Gedərkən də, gələrkən də yüküm kitab-dəftər idi. Apardıqlarımdan hansı kitabın daha çox rəğbət oyatdığını deyə bilmərəm, ancaq mən qayıdan baş yalnız kitablarla yox, arkadaşların «ürək söz»ləri ilə yükümlüydüm, açığı:
«Ayağınıza sağlıq, könlünüzə sağlıq. Tüm Azərbaycan-Bakü kardeşlərimə sevgilərimi və salamlarımı ən içtən diləklərimlə sunarım. İkbal Özaltın, İsparta/14.01.05»;
«Özüm Əkbər,
öz Vatanım, ata topraklarına ne olursun selam götür. …mektublaşmaq istərim.
Asim Kısbet/Simav-Kütahya.»

***
…Adıkeçən Dərnək İspartada yerləşir. İsparta göllər və güllər diyarı kimi ünlüdür. İsparta xalısı, İsparta tarixi abidələri və ümumən turistik yerləri və s. də yan-yörəyə az ün salmayıb, ancaq İsparta ilk sırada yetişdirdiyi insanları ilə dəyəplidir, ünlüdür desək yanlış olmasın gərək. O ünlü isimlərin başında isə bu gün üçün heç şübhəsiz Süleyman Dəmirəl ismi gəlir. İslamköydən Çankayaya siyasət yolçuluğu yapan Dəmirəl. Sağlığındaykən ucaldılmış, şapkası əlində-sanki eynən özü olan heykəli; adını daşıyan, bütövlükdə Türkiyənin, bəlkə dünyanın ən nəhəng universitetlərindən biri olan Süleyman Dəmirəl Universiteti isə bu ismi yalnız sırf siyasi məzmun daşımaqdan çıxarıb, bölgənin infrastrukturuna bilavasitə həkk etməkdə, necə deyərlər maddi-tarixi planda da, bir mədəniyyət hadisəsi kimi də əbədiləşdirməkdədir.
***
Güz gülləri kibiyim,
Hiç bahar yaşamadım
Ya sevmeyi bilemedim yıllarca,
Ya sevince gec kaldım…»

-Məlahət xanımın-Göllər bölgəsi Yazarlar Dərnəyinin şair başqanının müğənnilərin belə həsəd aparacağı məlahətlə Müəzzəz Ərsoyun repertuarından oxuduğu bu mahnı İspartalı günlərin simgəsinə, səsinə, rənginə çevrildi sanki…
Biz-İsparta dışından gələn bütün qatılımçılar Dəmirəl Universitetinin qonaq evində ağırlanırdıq. Göllər bölgəsi Yazarlar Dərnəyinin dəvəti ilə bu şəhərə səfər edən otuzdan artıq yazar, mədəniyyət işçisi və ictimai xadimin nümayəndə olaraq qatıldığı üç günlük tədbir sırasında ilk olaraq şəhər bələdiyyə kültür mərkəzində böyük şölən düzənləndi. 14 yanvarda düzənlənən şöləndə başqan Həsən Balaman başda olmaqla şəhər bələdiyyəsi Məclis üzvləri, şəhər toplumu təmsilçiləri iştirak edirdilər. Şöləndə Türkiyənin Kültür və Turizm Bakanı Ərkan Mumcunun, Azərbaycan Yazıçılar Birliyinin başqanı, millət vəkili Anarın, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərovun, şair, millət vəkili Sabir Rüstəmxanlının, xalq şairi Fikrət Qocanın göndərdiyi ürək sözləri oxundu, alqışlarla qarşılandı. Bakı Yıldırım, İsa Kayacan, Şəmsəddin Kuzəçi, Osman Karaarslan, Mustafa Ceylan, Bolat bəy və Məlahət Ecevitin şerləri, sonuncunun-ev sahibinin ümumən universal preformansı, Antalyadan gəlmiş-əsli Qarabağdan olan Mehmet Emin Ağbabanın, Ozan Hilminin sazla bağdaşlaşmaları, digər şərqiçilərin çıxışları şölənin rəngini-ruhunu, görkəmini bəlirlədi. Sayın Balamanın
«Harda qaldı Kərkükün gözəl havası,
bir başqaydı suyu, günü, dəvası.
Yandırdı, qovurdu bizi
Kərkük sevdası,
Türkmən sevdası…»

havacatına dayana bilməyib də yüyrək səhnəyə çıxması və Türkməneli bayrağını öpüb gözləri üstünə qoyması; Karaarslanın ustad Qısakürəyin ünlü «Sakarya türküsü»nü şahanə səsləndirişi isə özlüyündə qatıldığımız tədbirdə daha şeç nə olmasaydı blə bəsimiziydi…
Bizim haqqımızda da onların yazdıqları daha maraqlı olar deyə düşündüm. Artıq şölənin yıldızlarından biri, Türkiyənin tanınmış kültür-sənət adamlarından olan Mustafa Ceylan özünün www.antoloji.com-dakı qrup üzvləri ilə fikrini bölüşüb, zatən. Sağ olsun.
15 yanvarda valiliyin Kültür Müdürlüyünə, Göyçay Parkına, şəhərin görməli yerlərinə gəzi təşkil olundu. Ümumtürk fikir, elm və dövlət, hərb böyüklərinin büstlərinin, tarixi olaylar səhnəsinin şəkilləndirildiyi-ulusal harmoniya içərikli parkın girişində bayrağımızın bayraqlar içində olması və parkı sənət yönündən araya-ərsəyə gətirən memarlardan birinin Azərbaycanlı olması hər nə qədər qürurverici olsa da, Şah İsmayıl Xətainin, Məhəmməd Füzulinin büstlərinin qoyulmaması üzücü idi.
***
Ayın 15-i axşamı «Türk Bükü»ndə kültürəl proqram oldu. «Türk Bükü» də günün birinci yarısı gəzdiyimiz park kimi əski bələdiyyə başqanı Günyadının əsəridir, dedilər. Həmən də əlav etdilər ki, indiki bələdiyyə başqanımız da türkçülük sevdasına tutquludur, ədəbiyyata, sənətə dəər verən insandır. Bizdən fərqli olaraq orada bölgənin işçi həyatı əsasən bələdiyyələrlə döyünür və biz Balamanın snçicisi olmasaq da seçicilərinin onun haqqında necə ağız dolusu danışmaları diqqətimizdən yayınmamışdır, təbii.
***
«Türk Bük»ündə idik. Dışarıda İspartanın bu sövsüm ilk qarı yatırdı. Artıq «qar adam» hazır idi. Biz içəridə proqram gərəyi oturmuşduq. Bir də gördüm şair Kuzəçi bir əlçim kağız uzatdı, «al, indi yazılan («yazdığım» yox, ha-«yazılan»!) horyat» dedi:
yas tutu er
dostlar için yas tut er
şairler köç edərsə
bütün güllər yas tutar.

(saat 23.40.//15.01.2005. Türk Bükü/İsparta)
Hər kəsin kəlmə başı gül deyib, gül eşitdiyi İsrartda gül mövzusu adına «Dinin günəşi» dediyim Şəmsəddini də sarmışdı deyəsən.
***
Azərbaycandan özümlə aradığım fərqli ədəbiyyat öorənəklərini, o cümlədən Azərbaycan həqiqətlərini, mədəniyyətimizi əks etdirən kasetləri yaymaq, yerli KİV-ə müsahibələr vermək, Dünya Gənc Türk Yazarlar Birlyi adına yeni ədəbi-mədəni əlaqələr qurmaq, fərqli cərəyanlara, zövqlərə məxsus yazarlarla fikir alış-vnrişində bulunman, qarşılıqlı ilgi çəkən məqamları paylaşman o günlərdə gördüyümüz işlərdən idi. Türkmənelindən, habelə Türkiyənin ayrı-ayrı bölgələrindən gələn qatılımçılar tərəfindən Qarabağ, Kərkük, Quzey Kıprız və Türk Dünyasının digər sorunlu bölgələrinin üzüntülərinin dilə gətirilməsi də o sıradan.
***
Bir çox digər qatılımçılar bələdiyyə başqanı tərəfindən özəl plaketlərlə təltif olundu.
Yazarların bir çoxu həmçinin Göllər bölgəsi Yazarlar Dərnəyi Yönətim Kurulu tərəfindən «Onur bəlgəsi» ilə təltif edildi.
Bu yerdə Ecevit ailəsi, Hisarardınlı ailəsi ilə yanaşı, İsparta balası Səfiye Ağsunun, Antalyadan gəlmiş Nadirə Sönməzin igisini fərqləndirməsəm günah olar. Var olasız!
***
İspartaya yolumuz Ankaradan keçməklə başlamışdı. Ankarada bir neçə dəfə olsam da, sanki bu şəhəri ilk dəfə əli silah tutanları Tuna boyuna, Yaxın Doğuya, Qafqazlara getmiş kimi gördüm.-Elə bil hər kəs yalnız bir an öncə evin əsgər gedənini yola salmış, arxasınca bir qab su atıb evin içinə çəkilmişdi…
Ayrı-ayrı reklam şitlərində yazılmış mətnlərdən iki cümlə yadımda qaldı: «Gözəl yaşamaq sənətdir» və bir də mehmetciyin şəkli fonunda verilmiş «nöbətdəyiz» sözü…
Türkiyədə də hər nə qədər türk sözləri ilə süslənmiş iri plakatlar, çağrılar, reklamlar görsəniz də, sanki kürəsəlləşmənin bəlirtisiymiş kimi Bakının küçələrində addımbaşı bizi təqib edən, ekranlardan anladığım qədər, bütün dünyada ümumişlək olan sözlər göz dəlir:kola, bellona, BMV, Wolksvagen və s. Nə bilim vallah?!.
«Yolçuluk» Ankaranın keçmişi Osmanlı dbnəminə gedib çıxan əsnaf odalarında, dükanlarda «Amerikanlar girəməz» yazıldığına diqqət çəkir.
Hamı yaşadığı yerə haradansa gəlib. Bir materik, bir qitə, bir ölkə, bir el, heç olmasa bir tin o trərəfdən. Sözüm ona «Yolçuluk»da «Tanqo» rəqsinin necə meydana gəlişindən söz açılıb və bəlli olur ki, 17 yüzillikdə isranların, fransızların, italyan və d. Avropalıların Argentinaya, Brazilyaya kütləvi köçü zamanı adıkeçən o zamanın kasıb ölkələrində 15-20 kişiyə bir qadın düşürdü…-«Tanrqo»nun təbitindəki vəhşi ehtirasda o illərin nişanəsidymiş sən demə…-Sonrakı illər hər nə qdərə yan-ybrəsinə əl gəzdirilsə də hələ də öz sərtdiyini saxlamış «Tanqo»…
İsparta Tarix Muzeyində bizə əski dövrlərə aid nə göstərdilərsə aşağı-yuxarı Roma qaynaqlı çıxdı. İkili hisslər keçirdim. Əvvəla üryəimin dərinliyində hər nə qədər əski də olsa bundan daha əskilərdə biz buralarda olmamış olmarıq fikri. …Və bir də bir çox xalqlardan, dövlətlərdən fərqli olaraq məhz türk başqalarının yaratdıqlarına bunca dözümlü yanaşa bilir, bu ərdəmlik türkə yaraşır fikri!
…İspart Antalyanın turizm gəlirlərinə ortaq olacaq…



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az