Gənclər və İdman Nazirliyinin təşkilatçılığı( GİN) ilə gənc rəssamlar Həlimə Ələsgərova, Nahid Vahabov və gənc fotoqraf Fəridə Bayramlının yaradıcılıq sərgisi təşkil edilib. GİN-in ətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sərginin açılışı Muzey Mərkəzində keçirilib.Sərginin keçirilməsində məqsəd istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq fəaliyyətlərinin inkişaf etdirilməsi və yeni axtarışlarının stimullaşdırılmasından ibarətdir.
Sərgidə incəsənətin üç müxtəlif növünü - dekorativ-tətbiqi, rəngkarlıq, foto sənətini və üç gəncin yaradıcılığını əhatə edən 180-dən çox əsər nümayiş etdirilib.
Qeyd edək ki, sərgi 3 gün davam edəcək.






