Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Şərin dəyişə bilmədiyi

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Nurtəkin Atalı

Rafiq Tağını ilk dəfə yazılarından tanıdım. Yazıları özü haqqında sərt adam təsəvvürü yaradırdı. Tanış olanda isə təsəvvürümü dəyişdirdi. Tələsmədən yeriyən, tələsmədən danışan, həlim səsli, dinləməyi bacaran, həmişə təbəssümlü bir adam olduğunu gördüm. Elə bil yazılarında sərt ifadə işlədən adam deyildi. Tədbirlərimizdə iştirak edirdi. Münasibətini, razılaşdığı və razılaşmadığı məqamları deyirdi. Ayrı-ayrı məsələlərə yönəlik baxışlarımızda fərqlər olsa da, dostluğumuz qarşılıqlı güvənə, sayğı və doğmalığa əsaslanırdı. O, həm həkimimiz, dostumuz, anlayan, dinləyən, hər zaman xoş sözlər söyləməyi bacaran bir insan idi.

 "Sənət" qəzetində sərt  yazıları çıxanda təhqirlərə, hədələrə məruz qalırdı. O məqamlarda görüşüb söhbətləşərdik. Münasibəti və əhvaı heç dəyişməzdi. Çünki doğru gördüyünə və doğru yazdığına əmin idi. Həbs olunanda çox üzülmüşdük. Həbsdən çıxanda da sevindik, görüşdük. Həbsxana həyatından danışarkən, ondan soruşdum ki, "orda dustaqlarla görüş keçirmək olarmı?” Elə o anda həbsxana rəisini aradı və görüş təyin etdi. Təəsüf ki, həmin gün özü görüşə gedə bilmədi, amma Soylu Atalı həbsxanada dustaqlarla görüş keçirdi. Rafiq müəllimin salamını da çatdırdıq onlara.

Sadə, səmimi, mədəni, istiqanlı, köməyə can atan. Rafiq Tağı. Onun haqqında keçmiş zamanda  danışmaq ağırdı. Onun özünəözgü üslubu, yazısı, yanaşması vardı. Xarakteri, hadisələrə baxışı, yanaşması ilə Rafiq Tağı hadisəsi yaratmışdı. Öz vətənində azad düşünmək, azad yazmaq və ifadə etmək haqqı vardı. Onun timsalında özünəməxsus azad fikrə, düşüncəyə qıydılar, “hesablaşmaq lazımdır” mesajı verdilər cəmiyyətə. Yazılmamış icazəli düşünmək, icazəli yazmaq, icazəli yaşamaq qanununu sübut etmək istədilər. Şər üçün düşünən beyin təhlüsi var. Şərin qorxutmaq istədiyi, lakin qorxusunun təsirsizliyini görüncə yox etmək alçaqlığı var. Çünki Şər cəsarət qarşısında gücsüzdür. Hər kəs dilini qoruya bilmirsə, özünü də qoruya bilməz dedilər Rafiq Tağıya qıymaqla. Unutdular ki, Rafiq Tağını susdurdular, dəyişdirmədilər. Yeni düşüncələri olmayacaq, yeni yazılar yazmayacaq, amma diktə ilə yaşamadığını, qorxu ilə dəyişmədiyini həyatıyla sübut etdi Rafiq Tağı. Özü olaraq qaldı, özü olaraq da yaşayacaq xatirələrimizdə.

Asif Ata deyir ki, “Şər gücündə Qüdrət yoxdur”. Şərin gücsüzlüyünə inanıram, Şərin zülmətinin İnamla, Ruhun ölməzliyi ilə yeniləcəyinə inanıram. Şər sevinməsin qoy, onun susdura bilməyəcəyi həqiqət yaşayır, yaşayacaq.



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az