Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

MƏNİM MÜQTƏDİR MÜƏLLİMİM

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image  Zülfüqar İBRAHİMOV - 60

 image

Zülfüqar müəllimn danışmaq istəyirəm Sizə. Rspublikanın əməkdar müəllmi Zülfüqar İBRAHİMOVdan. O, mənə Tovuz rayonunundakı Çatax kənd orta məktəbində dərs deyib – artıq ötən əsr olmuş XX əsrin 88/89 və 89/90-cı il tədris ilində... Zatən mən Çatax kənd məktəbinə Zülfüqar müəllimə görə getmişdim. Bizdə belə bir inam vardı: Zülfüqar müəllimdən dərs alan çöldə qalmaz..!.. O vaxtlar “çöldə qalmamaq” ali məktəbə girmək anlamına gəlirdi. Artıq yüz yaşı olmuş və bizdən sonra qazandığı adı ilə Şəhid Xəlil Cəfərov adına Çatax kənd orta məktəbinim yaddaşımda bütün digər amillərlə yanaşı, özəl olaraq müqtədir müəllimim Zülfüqar müəllimin adı ilə qalıb. Mənə riyaziyyatı öyrədən Zülfüqar müəllimdən mən nəyi əxz etmişəm, onun dediklərini necə təcalla etdirirəm –bunu iki olanaqla çatırmaq istərdim. Birincisi, 1990-cı ildə ali məktəbə qəbul imtahanları verərkən ilkin olaraq RİYAZİYYAT QAPISIndan keçməliydim. Siz təsəvvür edin müzəllim səni ən çətin məsələ-misala hazırlaya, gələ sənə ən asan suallar düşə... İnanın, bir ara yazım-yazmayım dilemması ilə qarşılaşdım, qarışıq düşüncələrə daldım.tta müəlimimin bizi nahaq yerə bərkə-boşa saldığını, özünün belə asan suallar düşəcəyini təxmin etdiyi düşündüm o zamankı ağlımla. Çevirmə düsturları-filan düşmüşdü mənə. Təbii ki, beş sualın beşini də anındaca yazdım, yenidən gözdən keçirməyə belə ehtiyac duymadan imtahan otağını tərk etdim. Axşam qəbula bərabər gəldiyimiz, keçici kirayə evində birgə qaldığımız dost-tanışlar, bizə baş çəkməyə gəlmiş əllimimiz qızğın müzakirələr edir, kimi alqışlanır, kimi danlanır, mən isə kefsizcə oturmuşam. –Niyə? – Çünkidambatdanmağ”a layiq çətin suallar düşməmişdi mənə... Digər yandan əllimim mənə nə qədər arxayınmış ki, heç şübhələnmirmiş mənim nəticəmdən...

 imageİkincisi, məlumunuz, mən riyaziyyat aləmində çalışmadım. Təhsilimi bitirməmişdən o qəzet sənin, bu qəzet mənim deyib, yazı-pozumla tanındım... Və həmişə də (deməsi ayıb olmasın) eşitdim: Sənin yazılarında konkretlik, dəqiq müşahidələr, simmetriya (harmoniya), bir sözlə, riyaziyyatçılıq var... Bilməm, anlada bildimmi, əfəndim? –Zülfüqar müəllim cam(ız)a riyaziyyat odunu bax, belə salmışdı...

***

Tanıtım: Zülfüqar İbrahimov 15 dekabr 1951-ci ildə Tovuz Rayonunun Çatax kəndində doğulub. Orta təhsilini Bakı şəhərindəki 1 saylı fizika-riyaziyyat təmayüllü orta məktəbdə bitirərək 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə daxil olub. 1973-cü ildə ali təhsilini başarı ilə bitirərək, Salyan rayonunun Sarvan kənd 8-illik məktəbində əmək fəaliyyətinə başlayıb. Növbəti tədris ilində isə Tovuz rayonu Çatax kənd orta məktəbində çalışan Zülfüqar müəllimin adı uzun illər Çatax məktəbinin adı ilə qoşa çəkilib, onun neçə-neçə pedaqoji uğuru bu məktəblə bağlı olub. Məktəbdə işlədiyi ilk günlərdən valideynlərin, şagirdlərin, peşə yoldaşlarının sevimlisi çevrilən Zülfüqar müəllim yalnız mahir riyaziyatçı deyil, eyni dərəcədə güclü müəllim və el-obanın xeyir-şərinə yaxından çiyin verən bir şəxsiyyət kimi tanınıb. Onun şagirdləri dəfələrlə rayon və respublika olimpiadalarında yüksək yerlər tutmuş, “fəxri fərman” və “diplom”larla təltif olunmuşlar. Tovuz rayon Təhsil Şöbəsinin əmri ilə Zülfüqar müəllimə (şəxsi işinə yazılmaqla) şəkkür elan olunub.

Zülfüqar müəllim, o zamankı adı ilə Maarif Nazirinin 26 may 1983-cь il tarixli 146 saylэ əmri ilə “Baş müəllim” adına layiq görülmüşüdür. Nəhayət, X.Cəfərov adına Çatax kənd orta məktəbinin Attestasiya Komissiyasının 1997-ci il 30 aprel tarixli qərarında oxuyuruq: “Məktəbin riyaziyyat müəllimi İbrahimov Zülfüqar Əkbər oğluna ali kateqoriyalı müəllim adı verilsin və həmin qərarın təsdiqi Tovuz rayonu Böyük Qışlaq Zona Təhsil Şöbəsi Attestasiya Komissiyasэndan xahiş edilsin”. Təbii ki, yuxarı orqan da məktəbin Zülfüqar müəllim haqqında qərarını təsdiq etmişdir.

Son illər Tovuz rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışan Zülfüqar müəllim Respublika Müəllimlərinin VII və ondan sonrakı Qurultaylarının nümayəndəsi olmuşdur. Və nəhayət, Azərbaycan Prezidentinin 3 oktyabr 2011-ci il tarixli Sərəncamı ilə mənim sevimli müəllimim “əməkdar müəllim” adına layiq görülmüşdür!

Zülfüqar müəllimin metodu

 Zülfüqar müəllim öz ixtisasını sevən və sevdirməyi bacaran müəllimdir. Əgər sənə Zülfüqar müəllim dərs deyirsə, sənin hansı qpupa hazırlaşmağından asılı olmayaraq, riyaziyyata... ən azı biganə qala bilməyəcəksən. Zülfüqar müəllim deyir: “Riyaziyyatı “bütün elmlərin açarı” adlandırırlar. Bu sözlər təsadüfən deyilməyib. Şagirdlərin biliklərin əsaslarına (yaxud əsas biliklərə!) dərindən yiyələnməsi fənni sevməkdən çox asılıdır. Pedaqoji təcrübəmlə müəyyən etmişəm ki, bu fənni, necə deyərlər, şagirdlərin şəxsi malı etmək üçün gərək onu sevdirəsən. Fənni sevdirmək üçün isə onun incəliklərinə varmaq lazımdır. Bu zaman məktəblilərdə ictimai fəallıq, biliyə məhəbbət hissi aşılanır.

Biliyə maraq və məhəbbət yarandıqda müəllim istər-istəməz şagirdlərin sevimlisinə çevrilir. Bu işin bir tərəfidir. Təlimdə əsas uğur isə çağdaş dərsə (məktəbə!) qoyulan (yaxud müəllimin özü öz qarşısında qoyduğu) tələblərlə bağlıdır. Gərək bu tələblərlə işləməyi bacarasan. Mən, həmişə çalışmışam ki, şagirdlər riyaziyyat kabinetlərində əyani vəsaitlərdən, o cümlədən özlərinin düzəltdikləri əşyalardan, fiqurlardan yararlansэnlar. Bu yanaşma təlimə marağı daha da gücləndirir.

image ...Riyaziyyat elmi bцyьk tarixə malikdir. Bu elmi dərindən öyrənmək istəyən bugünkü gənclərimizi orta məktəb proqramı materialları tam təmin etmir. Onlar daha dərin bilik öyrənmək, geniş riyazi hazırlığa malik olmaq istəyirlər. Gənclərin bu tələblərini yerinə yetrimək üçün mən riyaziyyatdan sinifdənxaric işlərə böyük önəm verirəm. Sinifdənxaric işlər şəkilcə çox müxtəlifdir. Örnəyi:

1. Riyaziyyat dərnəyi;

2. Viktorina, boks və estafetlər;

3. Riyaziyyat aylığı (həftəsi);

4. Riyaziyyat gecələri;

5. Riyazi olimpiadalar.

Bu işlərin əsas iştirakçıları şagirdlər olurlar. Hər bir sinifdənxaric işin təşkili üçün müəllim qarşısına müəyyən məqsədlər qoymalıdır.”

Sözünə davam edən Zülfüqar müəllim deyir: “Müəllim riyaziyyat dərnəyini təşkil edərkən qarşısına

1. Şagirdlərin biliklərini, riyazi görüşlərini genişləndirmək;

2. Şagirdlərin riyaziyyatın bəzi incəliklərini qavramalarına nail olmaq;

3. Tədris proqramэnda nəzərdə tutulan nəzəri materialın dərsdə mümkün olmayan tətbiqlərini göstərmək kimi məqsədlər qoymalэdэr.

Dərnəyin hər bir məюрələsi mьəyyən mцvzunun цyrənilməsinə həsr edildikdə yaxюэ sonuc əldə etmək olur.

Mən tövsiyyə edirəm ki, riyaziyyat müəllimləri dərs ilinin əvvəlində dərnəyi təşkil edərkən dərnək daxilində aşağıdakı bölmələri təşkil etsinlər –

1. Riyazi oyunlar, əyləncələr;

2. Əyani vasitələri hazэrlayan və təmir edən bölmə;

3. Divar qəzeti və bulleten hazırlayan bölmə;

4. Məsələзilər bölməsi.

Dərnəyin belə bölmələrə ayrılması şagirdlərin riyazi bacarıqlarının daha da aydэnlaşmasına kömək edir.

Riyaziyyat fənninin şagirdlərə sevdirməyin üsullarэndan biri də məktəbdə riyaziyyat aylığının keçirilməsidir. Bu aylığı keçirmək üçün örnəyi, “Gənc riyaziyyatзэ” qəzetində və “Riyaziyyat” bülletenində aylığın keçirilməsi vaxtı və müxtəlif testlər verilir. Hazırda belə duyurular və testlər internet üzərindən də aparılmalıdır və deyə bilərəm ki, bu iş artıq müəyyən qədər bölgələrimizdə də formalaşmaqdadır. Beləliklə, məktəbin bütün sinif şagirdləri riyaziyyat aylığının şərtləri ilə tanış edilir. Məktəbdə təşkil olunmuş “Dəqiq fənlər” metodbirləşməsinin üzvlərindən yaradılmış xüsusi komissiya ayın hər həftəsinin axırında həftə ərzində riyaziyyat fənnindən yalnэz “5” qiymət alan, “Gənc riyaziyyatçı” qəzetində və “Riyaziyyatçı” bülletenində verilmiş testlərə, riyazi fokslara düzgün cavab tapan şagirdləri müəyyən edir. Həmin şagirdlərin adları həftə ərzində xüsusi lövhədə saxlanır. Ayın axırında isə daha fəal şagirdlər məktəb rəhbərliyi tərəfindən hədiyyələrlə, müxtəlif həvəsləndirici ödüllərlə təltif edilir. Bu isə şagirdlərin riyaziyyat fənninə marağını daha da artırır.

Şagirdləri riyaziyyatın tarixi, görkəmli riyaziyyatçıların həyat və fəaliyyəti ilə yeri gəldikcə tanış etməkdə, onlara riyaziyyatı sevdirməkdə riyaziyyat gecələrinin böyük önəmi vardır. Riyaziyyat gecəsini mən hər yarımilin sonunda öncədən tərtib edilmiş plan əsasında keçirməyin tərəfdarıyam. Eyni zamanda bu sinifdənxaric tədbirlərdə şagirdlərin milli ruhda tərbiyə olunması üçün Azərbaycanın görkəmli riyaziyyatçılraının həyat və fəaliyyətinin öyrədilməsinə daha çox önəm verilməlidir.”

Bunlar, Zülfüqar müəllimin gördüyü işlər və yanaşmaları haqqında yalnız ştrixlərdir. Biz bu yazımızda onun təcrübəsini yaymağı qarşımıza məqsəd qoymamışıq, amma çox şadam ki, zamanında onun təcrübəsi əlaqədar təşkilatların qərarı ilə rəsmi olaraq öyrənilib, yayılıb; mətbuat bu barədə geniş yazıb. Onun təcrübəsinin öyrənilməsi və yayılması neçə yeni riyaziyyatçının yetişməsi, neçə yeni dalğanın yaranması anlamına gəlir, - deyə düşünürəm. Əziz müəllimimin yanar ürəyi, örnək savadı onun dərs dediyi şagirdlər arasından neçə alimin, ictimai xadimin, ayrı-ayrı sahələrdə ad çıxarmış mütəxəssisin çıxmasını şərtləndirmişdir. - Məgər Zülfüqar müəllim bizə yalnız riyaziyyatı öyrətmirmiş, həyatın özünü öyrədirmiş, dünyanı anladırmış..! 

“Hər kənddə, hər şəhərdə sənin meyvələrin var”...

 Sonda, dəyərli Azərbaycan aydını, mənim müqtədir müəllimim Zülfüqar İbrahimovu bir daha, uğurları, dövlət başçımızın sərəncamı ilə fəxri ad alması və əlamətdar yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, bundan sonra da əkdiyi ağacların bəhrə verdiyini görməyi arzulayıram!

  Əkbər QOŞALI



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az