08 dekabr 2011-ci il tarixində Rezident Twinning Müşaviri Alain Laferte və Avropa Qadın Lobbi təşkilatının Fransadakı koordinatoru Monique Harpern Milli QHT Forumunda oldu. İlk öncə Milli QHT Forumunun prezidenti Rauf Zeyni qonaqları salamladı. Forumun 12 illik fəaliyyəti, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti, nailiyyətləri və problemləri haqqında məlumat verdi.Görüş zamanı məlum oldu ki,Twinning Layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Fransanın GİP Beynəlxalq və Sosial Birlik Baş Direktorluğu, Həmrəylik və Sosial Birlik Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında həyata keçirilir. 2011-ci ilin iyul ayından 2013-cü ilin aprel ayına qədər davam edəcək layihənin məqsədi həssas qruplardan olan ailə,qadın və uşaqların hüquqlarının təbliği və müdafiəsi məqsədilə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin potensialının gücləndirilməsidir.Layihə tədbirləri həm Bakıda,həm də rayonlarda həyata keçiriləcək.Fransaya 3-dən artıq təcrübə səfəri təşkil olunacaqdır.
Qonaqlar Twinning layihəsi və yaradılacaq Qadın QHT Şəbəkəsi haqqında məlumat verdikdən sonra Forum rəhbərliyindən öz fikirlərini bildirməyi xahiş etdilər.MQF-nin prezidenti Rauf Zeyni öz növbəsində müasir imkanlardan və qazanılmış beynəlxalq təcrübədən irəli gələrək sivil bir şəbəkənin yaradılacağına inandığını bildirdi və bu şəbəkəyə MQF-nin tam dəstək verəcəyini qeyd etdi.
Sonda qonaqları maraqlandıran sualları Rauf Zeyni cavablandırdı.
Görüşün sonunda Rauf Zeyni MQF-yə gəldiyinə görə Cənab Alain Laferte və Xanım Monique Harpernə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, Milli QHT Forumu beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıdır.







YENİLİKLƏR