Şriftin ölçülərini müəyyənləşdirin:
Gürcüstanda başlayan Azərbaycan Mədəniyyət Günləri münasibətlə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana gedib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldlğı məlumat görə, dünən ilk olaraq Tiflisdə Rövşən Mustafayevin rus dilində çap olunmuş “Mirzə Şəfi nəğmələri” kitabının təqdimat mərasimi keçirilib. Axşam saat 19.00-da isə Tiflis Dövlət Opera və Balet Teatrında Azərbaycan incəsənət ustalarının qala-konserti olub. Hər iki tədbirdə Ə. Qarayev və Gürcüstanın mədəniyyət naziri Nika Rurua iştirak ediblər. Mədəniyyət Günləri çərçivəsində Azərbaycanın incəsənət ustalarının azərbaycanlıların kompakt yaşadığı bölgələrdə - Rustavi, Bolnisi və Tiflis şəhərlərində konsertləti gözlənilir.