Bəlli olduğu kimi 22 dekabr 2011-ci il tarixdə Fransa Milli Məclisinin aşağı palatası qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasi ilə bağli qanun qəbul edib. Fransa parlamentarilərinin heç bir tarixi fakta əsaslanmayan, yalnız kin və qəzəbdən qaynaqlanan bu qərarı təkcə Türkiyə Cümhuriyyətinə qarşı yox, bütövlükdə Türk Dünyasına, ilk növbədə Azərbaycan xalqına və dövlətinə qarşı yönəlmiş siyasi bir addımdır. Bu, eyni zamanda dünyada demokratya carçısı kimi tanınan Fransanın özünə, fransız xalqına, fransız mədəniyyətinə qarşı atılmış bədnam addım olub, Fransa demokratya ənənələrinə ləkədir.
1988-ci ildən etibarən silahli təcavüz nəticəsində Azərbaycan torpaqlarınin 20%-dən çoxunu işğal edən, 1 milyondan artıq soydaşımızı öz doğma torpaqlarından zorla çıxararaq qaçqın və məcburi köçkünə çevirən, XX yüzilin ən dəhşətli insanlıq dramlarından olan Xocalı soyqırımını törədən Ermənistana hərtərəfli dəstək verən Fransanın, onun Milli Məclisinin bu addımı onu göstərdi ki, bu dövlət ATƏT-in Minsk Qrupunun həmsədri kimi bitərəf və ədalətli mövqedən uzaqdır. Artıq heç kəsə sirr deyil ki, Fransa birbaşa Ermənistanın havadarı və dəstəkverici qüvvəsi kimi çıxış edir.
Biz bu bəyanatı imzalayan QHT-lər Fransa Milli Məclisinin aşağı paıatasının bu qərarını tam əsassız, qərəzli, heç bir tarixi fakta, məntiqə əsaslanmayan, demokratik ənənələrdən və dəyərlərdən uzaq siyasi bir aksiya hesab edirik.
ATƏT-in Minsk Qrupuna həmsədirlik edən Fransanın birtərəfli, yalnız Ermənistanın mənafeyinin təmin olunmasına hesablanmış bu mövqeyini və addımlarını, Azərbaycanı təslimçi sülhə sürükləyən fəaliyyətini nəzərə alaraq bu dövlətin həmsədrlikdən uzaqlaşdırılmasını tələb edirik.
Vüqar Qədirov- Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri
Əkbər Qoşalı-Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı
Kəmalə Əliyeva-Qadın və Uşaq Problemlərinin Araşdırılması ictimai birliyinin sədri
Şamil Sabiroğlu- Xocalı Soyqırımını Tanıtma ictimai birliyinin sədri
Anar Xəlilov- Saglam İnkişaf və Marifləndirmə ictimai birliyinin sədri
Səriyyə Müslümqızı- Erməni Təcavüzünü Tanıtma ictimai birliyinin sədri
Çingiz Bayramov- Türkiyə Universitetləri Məzunları ictimai birliyinin sədri
Şahin Qədirov-Zirvə Mədəniyyət və İncəsənət ictimai birliyinin sədri
Emin Həsənli-Tərxis Olunmuş Hərbçilərin Gəncləri Marifləndirmə ictimai birliyinin sədri
Füzuli Rzaquliyev- Vətən Meharibəsi Veteranları birliyinin sədri
Güldanə Agayeva- Təkamül və İnteqrasiya beynəlxalq ictimai birliyinin baş katibi
Ceyhun Fəhradov- Üçüncü Sektor ictimai birliyinin sədri
Şəfəq Qədirqızı-Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti ictimai birliyinin sədri
Dağıstan Heydərov-“Şans” Regionlara Dəstək ictimai birliyinin sədri
Gülnarə Şəbiyeva-Ailə Sosial Araşdırmalar ictimai birliyinin sədri
Natiq Əkbərov- İstehlakçıların Marifləndirilməsinə Dəstək ictimai birliyinin sədri
Bəyanat 23 dekabr 2011-ci il tarıxdə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının Qərərgahında keçirilən Yığıncaqda qəbul edilmişdir.







YENİLİKLƏR