NAZİLƏ /1992-ci ildə Bakıda anadan olub. Hazirda Qırğızıstan-Rus Slavyan Universitetinin Jurnalistika fakultəsində təhsil alır./
***
Heca-heca oxudum səni...
Vergüllər qoydum gülüşlərinə,
Nöqtələr düzdüm baxışlarına,
Nidalar qoydum məndəki sənə,
Suallar əvvəlindəydim mənsə, səndə...
Dörd divar
Dörd divar ortasında mən,
Baxtım dörd divara,
Sakinləri,
Məsumlardı,
Bəyazdı onlar.
Kirlənməmişdilər heç
başqa rənglərlə.
Qapalıydılar həyata.
Bir daha baxdım divarlara
Oxşayırdılar bir-birlərinə,
Kədərləri eyniydi dördünün də.
dörd divar, dörd dustaqdı,
içində olan insanlara.
Bir də baxdım aynalara
dörd divar gördüm yenə,
ortasında mən.
Divarlar çox böyükdü
Kiçik qaldım mən...
Yüksək və soyuqdurlar,
Həsrətlə böylanarlar həyat günəşinə.
Gündüzləri çox ıssız,
Gecələri çox rəngliydi kölgələr,
Kölgələrdə əksimi axtardım.
Hər gün bir xəyal oldum,
Hər gün bir fiqur,
Divarlar yansıtdı xəyallarımı.
Aynalarsa şəffafdı,
Çirklənməmişdilər pislərin görüntüləriylə!
***
Atama
Sigaret qoxusu çökmüş üstümə
Darıxmışam heç sevmədiyim qoxudan ötrü.
Darıxmışam siqaret dumanında uçub gedən xəyallardan,
Qaranlıq otaqda, divarlarda canlandırdığım həyatdan ötrü.
Xəyal qırıntıları çökmüş üstümə.
Sevdiyim mahnıların yalnızlıq nəqarəti,
Altında əzildiyim sabahların qorxusu,
O sigaret qoxusu…
Gecənin hüznü sinmiş içimə.
Əldə edə bilməyəcəklərimin itirmə düşüncəsi,
durmuş gözümə.
Əslində “böyük men” ola bilməyən
“kiçik mənim” çökmüş “mən”im üstümə.
Həyat həndəsəm
Yuvarlanmış həyatımızın
Kor bucaqlı insanlarıyıq biz.
Kvadrat düşüncələrlə
Bir prizmadan baxarıq ayrı, ayrı bucaqlar
Toz Pəmbəsi
Bir dəyirmanım olsun istərdim
Acılarımı orada üyüdüb,
Toz kimi göye sovurmaq istərdim.
Bir qara cildli dəftərim,
Əlimdə boya,
Rəngləmək istərəm qaranlığımı,
günəşlə açılan sabahlara.
Nə ağ olmaq istərdim,
Nə qara.
Mən pəmbə olmaq istərdim,
Xəyallarımın toz pəmbəsi…
Gözlərindən oxunar mənsizliyin
Gözlərindən oxunar mənsizliyin,
Dodaqların pıçıldar əhvalını,
Üzünün sahilinə toxunduqca nəfəsim,
Saçların əsər külək kimi.
Duyduqca, eşitdikcə səsimi,
qızarır günəş kimi,
sevgi atəşində yanaqların.
Hər söz xoş gəlir sənə,
mən yanında olunca.
Eşqimizə susayar bütün gecələr
Səssizliyə çağırar bütün dunyanı.
Ay da şahid olar saf duyğulara
Gecənin zülmət qaranlığında.
Nağıllar aləmimdə
Həyatımın roman olmağını istəmirəm,
Həyatım nağıl olsun, kicik və sehirli.
Feyalar bəzəsin ətrafımı,
Qanadları dəysin yanaqlarıma.
Sehirli çubuqları olsun xəyallarımın reallığı.
Rəngarəng arzularla yayılsın sevinc nəğmələrrim,
Rənglərlə bütünləşsin həyatım.
Cehrayinin zərifliyi,
Narıncın çılğınlığı,
Mavinin hüzuru,
Yaşılın həyatiliyi,
Qırmızının ehtirasıyla dolsun həyatım.
Ağ gəmilər düzəldək umidlərimizdən, üzək buludlarda.
Ağ buludlar kimi olsun arzularımız
- saf və çirklənməmiş.
Onlar kimi yumşaq və yungul olsun, ötən zaman.
Düşündükcə keçmişi, ağırlıq verməsin xatirelerimiz.
Bir nağıl olsun həyatım.
Bir varmış,bir yoxmuşla başlasada nağıl kitabım
Daim vüsal olsun səifəmin sonu.
Divardakı xəyalım
Gözəl çəkilmiş bir portret kimi
Divardan asılar sənin xəyalın.
Toxunmağa qıymazsan,
Bir bakirə kimi,
paklığını qoruyar hər zaman.
Bir gün gələr,
xəyal dünyasına dalar bütün xəyalların,
Çıxa bilməzsən içindən,
saflığına qıydığın xəyalın.
Arxasınca gedərsən,
bəlkə də bir gün geri dönərsən də.
Asarsan yenə divardakı asılqana.
Kimsə götürməsin deyə,
Bəlkə də özün belə!
Ümidsizlik dumanı
Ümidsizlik dumanı bürümüş otağımı
Boğulmuşam içimə çəkdiyim dumanla.
Qapqara olmuş bədənim,
Duman dadı qonmuş dilimə,
Gözlərim görmüş qaranlığımı,
Yorğanım ümidsizlik olmuş,
Yastığım kədər,
Göz yaşlarımla dolmuş yatağım,
Yuxular xəyalım olmuş,
Kabuslar vətənim.
Oyanmışım yalnızlığıma.
Gözlərimdən asılmış
Otağımın pərdələri.
Pəncərələrim bağlanmış üfüqə
Üzüm işığa həsrət,
Saçlarım küləklərə.
Bəyaza bürünmüş otağım
Tavandan yağan qar dənələriylə.
Əlimi tutmuş, donmuş əlim.
Naharım olmuş, xatirələrim.
Keçmiş boğazımda qalmış,
Çörəyim olmuş-indiki zaman,
İçdiyim bir damla su
-gələcək ümidlərim
boğulmayım deyə...
Günaydın
Bir gün yastığımın altında xəyallar buldum
Röyalarla oyandım sabaha.
Əlimi uzatdım suya,
şəfəqlər töküldü qucağıma.
Sevgi şərabından bir udum içdim,
Şəfəq çörəyindən bir parça kəsdim.
Üstümə geydiyim əlbimisəmdəsə…
Sabahın ilk sözü - Günaydın oldu..!
Ada
Böyuk tənha bir ada və sən
bir gəmi gozləyirsən,
Nə vaxt gələcək böyük okeanın kiçik adasına,
bu böyuk tənhalıqdan səni qurtaracaq?
Uzaqdan görünür,
Amma qorxursan əl eyləyəsən.
Qorxursan,
Öncəki gəmi kimi səni yarı yolda qoya,
Xeyallarin kimi dağıla,
Okeanin lap dərinliyinə sürükləyə səni.
Yenidən olduğun yerə qayıdasan,
Bilmirəm,
sahilə yaxınlaşan gəmiyə məndəmi yaxınlaşım?!
Qorxularım, tənhalıq hissimi üstələyir.
Ölümün bir addımındayam
Ölümün bir addımındayam
Dünyanın kəndarında,
İçimin çıxmazlıqlarında,
İki yol ayrıcında.
Cənnətin qapısında
Cəhənnəm əzabında.
Sözümün bittiyi yerdə,
Hələ də durduğum yerdəyəm –
Ölümün bir addımında...
Ürəyimin eyvanındayam
Sanki bu gecə ürəyimin eyvanındayam
Hüzün şəhrim gəcəyə uzanmış,
qoynuna almış səssizliyi.
Ulduzlar salamlayır sanki gecə sakinlərini
işıqlandırırlar işıqsız evləri,
Ümid işığı olur sönmüşə ürəklərə ulduzlar.
Çoxları unudaraq işıqlarını yanılı qoyub
tərk etmişlər eşq yuvalarını.
Bəzilərinin işıqlarısa göz qamaşdırır,
Baxırsan hər yer al əlvan.
Gözlərim qamaşır mutluluğumdan.
Özümdən qopmayan işıqdan,
Bəziləri qərarsız qalmış,
Eşq yandırır, ağıl düşündürür,
Uzaqdan əyləncəli görsənir bu mənzərə.
Sarılmışam gecənin sükünətinə
Durmuşum ürəyimin eyvanında,
Çox soyuq, çox ısıs, çox yalnız
Çiçəklərə həsrət eyvanım
Yağışa həsrət torpaq kimi.
Durduğum yərdən həyat
çox gözəl görsənir.
Sanki bir yaz filimində,
bileti yanlış filmə verilmiş izləyici kimi
seyr edirəm yaşamadığım xəyali həyatı.
Səni sevmək üçün baharı gözləməyəcəm
Səni bu payız sevəcəm
Yarpaqların əlçimlərini izləyəndə,
Yağmur yanaqlarımdan süzüləndə,
Sarı yarpaqlar sənin baxışından qızaranda,
zamanın rüzgarı əsəndə başımda,
Küləklər nəfəsini toxundurar üzümün sahilinə.
Dalğalananda üzümdə baxışların,
Gülüşün qayıq olanda göz yaşlarımda.
Yorumunuz
Şərhlərə görə (4 göndərilib)
-
Yerləşdirilib Elşən Əzim, 12 Fevral, 2012 03:19:45Sarı yarpaqlar sənin baxışından qızaranda... çox əla
-
Yerləşdirilib Zamir Erkin Agazade, 23 Yanvar, 2012 10:15:22Ugurlar ve davamini dileyirem..
-
Yerləşdirilib Farida Abdullayeva, 23 Yanvar, 2012 02:47:55nazi sene ugurlar.men senin sherlerinin turkce variantini cox beyenirem.cunki sen hisslerini birinci turkce yazmisan.tercumede ise hisslerin dushunduyu geder alinmir.amma buda yaxshidi.hele yolun bashindasan.sene gapisi aciq yollar arzusu ile.
-
Yerləşdirilib Nofəl Ədalət, 21 Yanvar, 2012 14:19:45Çox maraqlı gəldi mənə. Yeni bir deyim tərzi var yazar xanımımızda. Xususi ilə seçilən ifadələr var kı, çox uğurlu və yerində işlədib. İnanıram ki daha da gözəl şeirlər yazacaq Nazilə xanım.







YENİLİKLƏR