Daha çox vətənpərvər mahnıların ifaçısı kimi tanınan bəstəkar-hərbiçi Şəmistan Əlizamanlı Rusiyanın Xabarovski diyarında səfərdə olub. Ş.Əlizamanlının SİA-ya verdiyi məlumata görə, o, Xabarovski vilayətinə həmyerlilərimizin rəhbərlik etdiyi bir cəmiyyətin dəvəti ilə gedib. “Səfərimiz dövlət əhəmiyəttəbbir idi. Həmyerlilərimiz üçün böyük konsert keçirilidi”, - deyə Ş.Əlizamanlı bildirib. Onun sözlərinə görə, səfərdə həmçinin Qeyri Hökumət Təşkilatlatı (QHT) Formunun sədri Rauf Zeyni, professor Vaqif Arzumanlı, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev kimi ziyalılar da iştirak ediblər. “ Konsertdən sonra atəşfəşanlıq da təşkil olunmuşdu. Bizim həmyerlilərimizi ziyarət etməyimiz onlarda yüksək ruh yüksəkliyi yaradır”, -deyə Ş.Əlizamanlı bildirib. ” Konsertdə oxuduğum bütün mahnılar vətənpərvərlik ruhunda və əlbəttə ki, Azərbaycan dilində idi ”, - deyə ifaçı bildirib. Ş.Əlizamanlı qeyd edib ki, konsertdə onunla bərabər özfəaliyyət kollektivləri, rəqs qrupları da çıxış edib. Tədbirin möhtəşəm keçdiyini bildirən Əlizamanlının sözlərinə görə, belə səfərlər bundan sonra da davam edəcək.






