Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

“Bu faktı bəzi köşə yazarları görməzliyə vururlarsa...”

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

"Bəs nə üçün Türkiyənin bəzi köşə yazaları bizim Fransa səfirliyi qarşısında təşkil etdiyimiz aksiyalardan yazmaq istəmirlər?"

Bu sözləri “Qafqazinfo”ya bir neçə dəfə Fransa səfirliyi qarşında keçirilən aksiyanın təşkilatçılarından, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Mübariz Quliyev Türkiyə mediasında bəzi köşə yazarlarının Azərbaycan əleyhinə çıxan yazılarını şərh edərkən bildirib.
İlk gündən Fransa Senatı tərəfindən qondarma “erməni soyqırımı”nı inkar etməyə görə cəza verilməsini nəzərdə turan qanunu qəbul etməsindən sonra Beynəlxalq Diaspor Mərkəzi ilə birgə Fransa səfirliyi qarşısında etiraz aksiyaları keçirilməsində ən çox təşəbbüs göstərən və həyata keçirən birlik olmuşuq. Türkiyə mediası buna diqqət ayırdı və ölkənin nüfuzlu media orqanları, televiziyaları aksiyaları geniş şəkildə işıqlandırdılar. Bu fakti Türkiyənin bəzi köşə yazaları görməzliyə vururlarsa, bu, ədalətsizlikdir. Azərbaycan dövləti, xalqı hər zaman qardaş Türkiyənin yanında olub, bundan sonra da olacaq”, - deyə Mübariz Quliyev bildirib.
Mübariz Quliyev bundan sonra da Türkiyənin haqq səsinin dəstəklənməsində öz səylərini gücləndirəcəklərini bildirib.
Türkiyəyə gələ biləcək bütün təhlükələri Azərbaycana qarşı yönəlmiş hesab edirik və Fransa dövlətinin ATƏT-in Minsk qrupu həmsədrliyindən çıxarılması ilə bağlı Türkiyənin qaldırdığı təşəbbüsləri dəstəkləyirik. Hesab edirik ki, Fransa bundan sonra bu qurumda münaqişənin həllində vasitəçilik missiyasını apara bilməz”,-deyə Qarabağ qazisi qeyd edib.

Elnur Eltürk



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib , 14 Fevral, 2012 12:38:02
    Mübariz bəy məmləkət uğrunda döyüşlərdə sücaət göstərdiyi kimi, ölkəmizin ictimai-siyasi həyatında da həmişə milliyətçi mövqedən çıxış edib. Onun Türkiyəni necə sevdiyinin Ərzurumda canlı şahidi oldum. Qazi qardaşımızın mövqeyini bölüşürəm.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az