Çağdaş Azərbaycan şeirinin qürurverici təqdimati
Həyatda ən qürurverici və eyni zamanda, ən çətin şey özünü layiq olduğun şəkildə təqdim etməkdir. Bunun nə üçün qürurverici olduğu aydındır. Çətinliyi isə təqdimat zamanı tarazlığın pozulmaması ilə bağlıdır. Yəni çalışmalısan ki, həm söylədiyin həqiqət olsun, həm də şişirdilmiş görünməsin, üz tutduğun insanlar səmimiyyətinə inansınlar.
Müasir Azərbaycan şeiri haqqında qısa da olsa məlumat verməyə çalışarkən bu fakta əsaslanmalı olduq. Düzdür, onsuz da, “Çağdaş Azərbaycan şeiri” kitabında təqdim edilən nümunələr özləri də oxucu ilə “danışacaqlar”. Amma onlara keçməzdən əvvəl türk oxucusunun müəyyən həqiqətləri bilməsi lazımdır.
Məsələn, bilməlidirlər ki, tarixi keçmişi, danılmaz ənənələri, fərqli məktəbləri, bu günü və təbii ki həm də sabahı olan Azərbaycan ədəbiyyatı təəssüf ki, yetərincə təbliğ ediləyib. Nə dünyada, nə də ədəbiyyatı, dili, mədəniyyəti ilə Azərbaycana bu qədər yaxın və doğma olan Türkiyədə. Amma bizim ədəbiyyatla, xüsusilə də poeziyamızla təmasda olan bütün mütəxəssislər – istisnasız olaraq - onun istər qərb, istərsə də şərq poeziya ənənələrini özündə birləşdirdiyini, güclü va özünəməxsus kaloritə malik olduğunu və zənginliyini hər zaman qeyd edirlər.
Illər keçsə də Azərbaycan poeziyası öz rəngarəngliyini, zənginliyini və gücünü itirmir, hər zaman olduğu kimi, yenə də nəsrdən, dramaturgiyadan çox-çox irəlidədir. Və dünyada müasir Azərbaycan ədəbiyyatının yalnız bir neçə məşhur isminin tanınması isə bu ədəbiyyatın kasadlığl ilə deyil, təbliğatının hələ ki zəif qurulması ilə bağlıdır.
Çağdaş Azərbaycan şeirinin zənginliyinin bir səbəbi də klassik xalq şeiri ənənələri üzərində yaranan və inkişaf edən poeziya ilə bərabər dünyada mövcud bir çox fərqli cərəyanların, ədəbi məktəblərin təsirindən yayınmaması, eksperimental nümunələrə marağın hər zamankı kimi aktual olması da əhəmiyyətli dərəcədə rol oynayır. Və onu da qeyd etməliyik ki, bu, təkcə son illərin poeziyasında özünü biruzə verən amil deyil. Ümumiyyətlə, Azərbaycan şeiri heç vaxt eksperimentlərə, yeni tendensiyalara qarşı qapalı olmayib. Amma bununla belə, onu da bilmək vacibdir ki, bu meyl klassik ənənəvi şeirin inkişafına heç bir zaman maneçilik törətməyib. Törədə də bilməzdi, çünki Azərbaycan poeziyasında klassik şeir ənənələri həddindən artıq güclüdür.
Indi isə keçək bu kitabdakı nümunələrə. “Çağdaş Azərbaycan şeiri”ndə təqdim edilən şeirlərin müəllifləri XX yüzilin sonlarında Azərbaycanın başından keçən fəlakətləri yaşamış şairlərdi. Yəni dövlətimizin, xalqımızın yaşadıqları şairlərimizin də mənəvi dünyasina, psixologiyasına, ruhuna, deməli həm də şeirinə təsirsiz qala bilməzdi.
Bu dövrün şairi çox çətinliklərdən keçdi, çox fəlakətləri adlatdı. Əlbəttə ki, burada azad olmaq, 70 illik əsarətdən sonra dövlət müstəqilliyinə qovuşmaq kimi böyük bir xoşbəxtlikdən də danışmaq vacibdir. Amma bununla bərabər, onu da bilməlisiniz ki, bir çox fəlakətlər o azadlığın doya-doya yaşanılmaslna imkan vermədi. Beləliklə, itirilən torpaqlardan, verilən şəhidlərdən, yaşanan mənəvi sarsıntılardan dolayı ağrı, acı, qəm, qüssə, kədər müasir poeziyamızın ruhuna hopdu. Yəni “gənc bir şairin şeirlərində bu qədər qüssə hardandır”, - deyə sual etmək istəsəniz, bilin ki, səbəbi var. Yəqin ki, buna görə sevgidən, məhəbbətdən yazdıqda belə müasir şairin şeirində tamam başqa bir acının, tamam başqa bir kədərin qatqısını duyursan:
Bu biz isteyen ayrılık,
Bu dertlerin şen güzeli.
Bir garip kuş gagasında,
Geldi saçın den güzeli.
garip kuşsa muhabbet de,
Yuva ısınmaz elbette,
Bu yurtta, bu memlekette,
Özlemektir en güzeli... (Ali Rza Hasret)
Azadlıqla bərabər müharibə sarsıntısından keçən gənc könüllərə, çırpınan qəlblərə yazılmış sevgilər, eşqlər belə doyunca yaşanılmadı. Eşq ünvanlı, sevgi ünvanlı şeirlər belə sonucda başqa kədərlə, başqa həsrətlə süslənəsi oldu.
Əlbəttə, şair ruhu hər zaman tənha, hər zaman kədərli, hər zaman iztirablı olub. Həqiqıti hər kəsdən əvvəl duyan, ədalətsizləyə hər kəsdən ağrılı yaşayan şairlər şeirlərində hər zaman kədərkərini bölüşməyə çalışıblar. Bu, doğrudur. Amma Azadlıq mücadilesi dövrünü, müharibə dönəmini yaşamış şairlərimizdə sanki bu ağri daha artıq duyulur.
Hayat bir hayalet gibi
Her şeyimi alır benden
Hatta umutumu bile.
Ve ben ruzgarların alıp götürdüyü
Bulut misali
Allah bilir nerelere gidiyorum
Başım havalı
Sevinçten bana ne?
Bana ne üzüntülerden?
Yalnızım, yalnızım ben.
Sensiz anlamını kaybetmiş hayat
Üzülmüyorum fakat
Yalnız ve yuvasızım,
Hayat her seyi alır benden
Hatta umutumu bile.
Deniz kıyısında durup
Dalğaların beni kucağına alıp
Götureceğini bekliyorum hala… (Aydın Efendi)
Əlbəttə, çağdaş Azərbaycan şeirinin başdan-başa dərd, kədər olduğunu söyləmirik. Bu, heç doğru da olmazdı. Amm həyatın bütün gözəlliklərini şeirə gətirən həyatın bütün gözəlliklərini şeirə gətirən gənc şairlərin daha dəqiq, daha dolğun anlaşılması üçün onlarin yaşadığı zamanı dəyərləndirmək və yaşanan həqiqətləri nəzərdən qaçırmamaq lazımdır.
Ellerim çiçek açacak,
Tanrım
Yorgun kipriklerin
Çeşme misali akan
gözyaşlarından,
Dergahına uzanan
kederli mezartaşlarından
ellerim çiçek açacak.
Yaprak yaprak,
çiçek çiçek,
Dert yeşerecek ellerimde.
Kaybolacak yazdığın yazı
Benim eldiven ellerimden. (Elçin Mirzebeyli)
Çağdaş şeirimizdən savaş qoxusu da gəlir. Döyüş acısı da var, savaşa çağırış da. Müasir poeziyamızı bu çalarsız təsəvvür etmək mümkün deyil. Və bu şeirlərə yalnız patreotik nümunələr, məqsədli təbliğat vasitəsi kimi yanaşmaq olmaz. Bu heç mümkün də deyil. Halbuki bizim poeziyanın tarixində belə nümunələr də olub. Amma oxuduqca özünüz də çağırışla bərabər acını, psixoloji gərginliyi, qeyri-müəyyənlikdən yaranan sarsıntını duyacaqsınız:
Amacın –
Vatan uğrunda ölümün peşinden koşmak
Zaferin –
Dusmanına kan kusturmak.
(yolunu bekleyenlerin olduğunu unutma…)
aç kaldığında –
toprak yiye bilecek kadar güclü,
susuz kaldığında –
duşman kanı icecek kadar
zalim!
Asker –
Çocukluk hayallerini süsleyen arzu!
Asker –
savaşsız bir hiç! (Ay Nur)
Həqiqəti dərk edərək, dərk etdirərək yaşamağın nə qədər ağır olduğunu anlamaq olur bu şeirlərdə. Bu çağdaş Azərbaycan şairinin bir obrazıdır. Onu yaxşı-yaxşı oxuyun. Onu tanimağa, anlamağa çalışın. Və bu işdə sizə ancaq və ancaq onun öz şeirləri yardımçı olacaq:
Şimdi yazılan şiirleri
Bitirmek mümkün değil, kardeşim.
Sonuna nokta koymak bile imkansız
Yarım yamalak elyazmalarının.
Dertlerimiz bitmedi ki,
Hala yurtlarımız hasret içinde
Hala cayır cayır yanıyor ruhumuz
Ağlar nemli gözlerimiz
Gönlümüzün son durağıdır.
Toprak gibi soğuk yüreğimizde
Isınmaz Hocalı yarası.
Üşütür soğukluk bizi
Olumla ölüm arasında.
Öfkeden cayır cayır yanıyor
Mezarında sevdası taşlara yaslanan
Ruhu sersefil dolaşan erenlerin.
Kaybolmuş nizamı tüm evrenin
Kaybolmuş sevgisi insanlığın
Şimdi yazılan şiirler gibi
Herşeyimiz yarım yamalak
Resimlerden bizi seyreden
Çırılçıplak dertlerimizin
Avret yerleri açık...
Dünyaya eksiksiz gelmiştik
Bir ev gelmiştik
Aramızda hüzün denizi
Söyle kim, söyle kim
Paramparça etti bizi?! (Elbariz Memmedli)
Amma bu obraza bir əlavə də edin. Bu savaşdan təkcə sözle, qələmlə deyil şəhidliklə çıxan şairlerimiz də var. Və bu kitabin ən dəyərli cəhətlərindən biri müharibə yaşamış ədəbiyyatımızın iki şəhid şairinin yaradıcılığından – Nizami Aydın və Ülvi Bünyadzadə - müəyyən nümunələrin təqdim olunmasıdır.
Kendi ömür sazımızda,
‘Dilqemi’yi bilmeliyiz.
Leylamızın yüreğini,
Mecnun gibi sevmeliyiz.
Bisütünü biz yaralım,
Çamlıbeller de kuralım,
Sazımızda ağlayalım,
Biz hayatda gülmeliyiz.
Savaşlarda yoğrulmuşuz,
Geleceğe uçan kuşuz,
Biz hayat için doğmuşuz,
Vatan için ölmeliyiz. (Ülvi Bünyadzadə)
Bizcə, DGTYB-nın hazırladığı “Cağdaş Azərbaycan şiiri” kitabı indiyə qədər türk oxucularına təqdim olunan seir antologiyalarından çox fərqlənir. Əvvəla, bu kitabda yalnız bir yaş nəslinə və bir cərəyana aid şairlərin şeirləri verilməyib. Yəni kitabda bu gün Azərbaycanda yaşayan-yaradan və çox fərqli ədəbi meyllərə mənsub şairlərin şeirlərini oxuya bilərsiniz. Bu isə öz növbəsində rəngarəngliyin yaranmasına səbəb olub.
Digər tərəfdən kitab vasitəsilə ümumilikdə Azərbaycan şeirinin yaxın tarixi, ümumi mənzərəsi, kaloriti haqqında türk oxucusunda təsəvvür yarana biləcək.
Onu da qeyd edək ki, kitabda müasir və gənc Azərbaycan poeziyasının artıq aparıcı qüvvəsinə, simasına çevrilmiş bir çox nümayəndələri - Salam, Rəsmiyyə Sabir, Səhər, Elçin İsgəndərzadə, Elçin Mirzəbəyli, Dəyanət Osmanlı, Məlahət Yusifqızı, Əkbər Qoşalı, Ələmdar Cabbarlı, Füzuli Sabiroğlu və b. kimi nümayəndələri ilə yanaşı müasir poeziyada hələ ki ilk sözünü deməyə çalışan gənclərin də yaradıcılığından nümunələr verilib. Ona görə də bu kitabın indiyə qədər baş tutan tanışlıqlardan dana maraqlı, daha dolğun olacağına qətiyyən şübhə etmirik.
Yorumunuz
Şərhlərə görə (1 göndərilib)
-
Yerləşdirilib Almaz Ülvi, 18 Avqust, 2009 04:06:11Ümumiyyətlə,"Çağdaş Azərbaycan şeiri” kitabını ədəbi xəzinəmizə yeni töhfə kimi dəyərləndirə bilərik. Nərgiz xanımın bu məqaləsində həmin kitabın məziyyətləri kifayət qədər açıqlanmışdır. Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyəti də Azərbaycan ədəbiyyatı tarixində böyük hadisədir. Bu sırada xidmətlərini əsirgəməyən dostları bağrımıza basır, onlara yeni-yeni uğurlar arzulayırıq. Səmimiyyətlə: A.ÜLVİ







YENİLİKLƏR